AZ

Bu iyrənc müstəmləkəçilik siyasətinə dözmək mümkün deyil-Mübariz Göyüşlü- ÖZƏL

"Əvvəla onu qeyd edim ki, yeni müstəmləkəçilik neokolonializm dünyada ən çox pislənilməli, qarşısı alınmalı, ləğv edilməli olan məsələlərdən biridir".

Bu fikirləri Olaylar.az-a açıqlamasında Müasir İnkişaf İctimai Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü qeyd edib:

"Artıq XXI əsrin  ilk 30 illiyini yaşayırıq. Yəni artıq bir dönəm keçirir və belə bir situasiyada yeni müstəmləkəçilik siyasətinin hələ də mövcud olması və özünü demokratiya, insan hüquqlarının beşiyi adlandıran dövlətlərin başqa xalqlara qarşı bu yeni müstəmləkəçilik siyasətini yürütməsi dözülməzdir.. Dözülməməlidir. Buna qarşı etiraz səsi ucaldılmalıdır. Azərbaycan buna qarşı etiraz səsini ucaldan ölkələrdəndir. Qoşulmama Hərəkatının sədri olduğumuz dönəmdə də, ondan sonrakı dönəmdə də, Bakı Təşəbbüs Qrupunun yaradılması da Azərbaycanın öz etiraz səsini ucaltmasının göstəricisidir. Baxmayaraq ki, bu yeni müstəmləkəçilik siyasətinin arxasında Fransa kimi bir dövlət dayanır və yaxud bir başqası, biz, bu mövzuda həqiqətləri dilə gətiririk, dilə də gətirəcəyik. Hesab edirəm ki, Azərbaycanın bu cəhdləri, Bakı Təşəbbüs Qrupunun yaradılması, digər yerli və beynəlxalq platformalarda məsələnin gündəmə gətirilməsi yeni müstəmləkəçilik siyasətinə, Fransanın müstəmləkə siyasətinə vurulan ən ağır zərbələrdən biridir. Bu mənada təqdir eləyirəm, bu iyrənc müstəmləkəçilik siyasətinə dözmək mümkün deyil və dözülməməlidir.Beynəlxalq ictimaiyyət,   mütərəqqi bəşəriyyət  bu məsələyə  öz etiraz səslərini ucaltmalıdırlar. Biz, beynəlxalq ictimaiyyətin də dəstəyi ilə, bu məsələyə-müstəmləkəçilik siyasətinə, xüsusən Fransanın müstəmləkəçilik siyasətinə ağır zərbə vurmalıyıq. Bu çalışmalarımız davam edir və davam etməlidir. Bugünki dönəmdə biz diqqət etsək görərik ki, bu məsələlər insanlığın üz qarasıdır. Ona görə də mən düşünürəm ki, bizim bu mübarizəmiz mütərəqqi ictimaiyyət tərəfindən dəstəklənir, dəstəklənəcək və dəstəklənməlidir. Effektiv nəticələrini də biz görə biləcəyik".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
27
Mənbələr
Şərh ()
Bağla

Reytinq