AZ

“Qərb ilk dəfə belə bir oyunçu ilə rastlaşıb: onun gedişlərini öncədən təxmin edə bilmir”

Olaylar.az Milli Məclisin deputatı, Azərbaycan-Kuzey Kıbrıs Türk Cümhuriyyəti parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri Cavanşir Feyziyevlə müsahibəni ikinci hissəsini təqdim edir.

Müsahibənin birinci hissəsi ilə linkdən tanış ola bilərsiniz:

- Son illər Azərbaycanın Çinlə münasibətlərində yüksəliş, yaxınlaşma müşahidə edilir. Çin Orta Dəhliz layihəsində əsas maraqlı tərəfdir. Orta Dəhlizin vacib komponentlərindən biri də Zəngəzur koridorudur. Pekin-Bakı yaxınlaşması yalnız bu amillə çərçivələnir, yoxsa bu münasibətlərdə daha dərin qatlar, daha aktual məqamlar var? ABŞ-ın Çinlə siyasi-iqtisadi, eləcə də hərbi rəqabəti fonunda ölkəmizin Çinlə bu qədər yaxınlaşması riskli sayıla bilərmi? Bu iki gücün geopolitik savaşında bizi hansı perspektiv gözləyir?

- Çin hazırda dünyada de-fakto formalaşmış geosiyasi və geoiqtisadi qütblərdən biridir və son illərdə qlobal siyasət arenasında baş verən bütün hadisələrdə Çinin mövqeyi bütün güc mərkəzləri tərəfindən, o cümlədən ABŞ tərəfindən nəzərə alınır. İqtisadiyyatının həcminə görə dünyada ikinci yerə çıxan Çin planet miqyaslı iqtisadi ekspansiya siyasəti yürüdür. Azərbaycanın Qərb və Şərq dünyaları arasında geostrateji mövqeyi onun istənilən güc mərkəzi ilə əlverişli münasibətlər yaratmağına imkan verir. Azərbaycan hakimiyyəti malik olduğu bütün üstünlüklərdən məharətlə istifadə edir. Qərbin də, Şərqin də marağında olduğu Orta Dəhliz konsepsiyası Azərbaycan və bütövlükdə Türk dünyası üçün həyati əhəmiyyət kəsb etdiyi kimi, həm də Çinin maraqları ilə üst-üstə düşür. Bu baxımdan Zəngəzur dəhlizinin açılmasında Çinin də maraqlı olmasını təmin etmək və lazımi məqamda bu layihənin reallaşması üçün Çin tərəfindən də müvafiq addımların atılmasına nail olmağı hazırda Azərbaycan xarici siyasətinİn gündəliyində duran vacib məsələ kimi görürəm. Çinin həm siyasi, həm də iqtisadi təsir mexanizmlərindən faydalanmaq bizim üçün zəruridir. Ona görə də son zamanlar Azərbaycanla Çin arasında intensivləşən əlaqələri yalnız pozitiv trend kimi qiymətləndirmək olar. O ki, qaldı ABŞ-Çin rəqabətinə, bu da üçüncü ölkələr üçün çox maraqlı bir paradiqmadır. Baş-başa gələnlər qlobal nəhənglərdir. Nəhənglərin barışmaz rəqabəti fonunda bütün digər ölkələr üçün bu rəqabətdən maksimum fayda götürmək əsil siyasi məharət sayıla bilər. Azərbaycan belə bir siyasəti çox yaxşı apara bilir, ona görə də ABŞ-Çin rəqabətindən ölkəmiz üçün heç bir risk görmürəm..

- Qərbin Azərbaycanla bağlı son vaxtlar tutduğu mövqe nə ilə bağlıdır? Bu daha çox Ermənistanın dəstəklənməsi, Azərbaycanın təklənməyə çalışılması kontekstindən izah edilir. Bəs arxa planda nələr olur? Bu, sırf sivilizasiyaların toqquşması, rəqabəti kimi dəyərləndirilməlidir, yoxsa geosiyasi prosesin tərkib hissəsi kimi qəbul edilməlidir?

- Vətən müharibəsinə qədər Qərb Azərbaycanı saxta istiqanlılıqla qəbul edir, dinləyir, amma problemlərinin həlli üçün heç nə etmirdi. Bütün bu oyunların arxasında problemin heç zaman həll olunmaması və bölgədə hər zaman Qərbin dəstəyinə ehtiyac hissinin, yəni Qərbdən asılılığın qorunub saxlanması və bu yolla bütün bölgə dövlətlərindən istənilən vaxt istədiyini ala bilmək arzusu dayanırdı. Lakin Azərbaycanın uğurlu Vətən müharibəsi bu oyunu pozdu. Qərb dövlətləri gözlənilmədən yeni bir hərbi-siyasi vəziyyətlə üzləşdilər. Yaranmış yeni reallıqlar şəraitində oyunçuların yeri dəyişdi. İndi Azərbaycan heç kimdən heç nə istəmir və ummur. Əksinə, Ermənistan və onun havadarları, o cümlədən Qərb Azərbaycandan nəyinsə onların istədiyi kimi həll olunmasını istəməyə başladılar. Azərbaycan tərəfindən bu qlobal oyunun belə dramatik şəkildə dəyişdirilə biləcəyini nə Qərb, nə də Rusiya təxmin edə bilərdi. İlham Əliyevin şəxsində Qərb ilk dəfə elə bir oyunçu ilə rastlaşıb ki, onun gedişlərini öncədən təxmin edə bilmir. Ona görə də Qərb çox qəzəblidir. Burada heç bir sivilizasiya toqquşması və ya rəqabəti axtarmaq lazım deyil. Burada sadəcə Qərbin Realpolitik konsepsiyası ilə Şərq siyasi müdrikliyinin toqquşmasını görə bilərik.

Davamı olacaq...

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
60
5
Mənbələr
Şərh ()
Bağla

Reytinq

“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
21798
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
19461
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
18323
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
17793
Çingiz Mustafayevin toyudur - FOTOLAR
17242
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
17122
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
16226
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
15644
4 ailə üzvünü öldürən polisin mesajları yayıldı - FOTO
12163
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
11311
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
9788
"Zaur, yenə çaşdın..." - VİDEO
8900
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
8692
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
8079
Elçin boşandığını etiraf etdi - FOTOLAR
7652
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
7283
Minimum əmək haqqı nə qədər arta bilər?
7122
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
6471
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
5829