AZ

İkistandartlı kənar təzyiqlərlə mübarizə cəmiyyətin siyasi fəallıq mənbəyidir...

Image

Bir sıra beynəlxalq qurumlar, hüquq müdafiə təşkilatları Avropada insan haqlarının kütləvi surətdə pozulmasına, mitinqlərin zorakılıqla dağıdılmasına və jurnalistlərin həbsinə susqunluq nümayiş etdirir, Azərbaycanda isə kiçik bir hadisəni xüsusi olaraq qabardır, ona siyasi məzmun verərək ölkəmizə qarşı ittihamlar irəli sürürlər. 

XXI əsrdə qloballaşma şəraitində milli dövlətlərə qarşı təsir mexanizmləri və vasitələri dəyişikliyə uğrayır. Klassik siyasi və iqtisadi vasitələrdən fərqli olaraq, müəyyən ümumbəşəri dəyərlərdən istifadə olunur ki, bu sırada da “demokratiya” və “insan hüquqları” kimi institusional məfhumlar xüsusilə fərqlənir. Məsələ ondadır ki, bu dəyərlər siyasi manipulyasiya vasitəsinə çevrilir, bunun fonunda çoxsaylı ikili standartlar nümunəsi ortaya çıxır. 

Azərbaycan müstəqil olandan bəri, daim müxtəlif ölkələrin, onların nəzarətində olan beynəlxalq təşkilatların basqıları ilə qarşılaşıb. Onlarla mübarizə bizdə bəlli bir immunitet də formalaşdırıb.

Belə hallar İnsan hüquq və azadlıqlarının müdafiəsi, sosial və siyasi fəallığının artırılmasında nə kimi rol oynayır?

Belə manipulyasiyalarla Azərbaycanda ictimai rəyə neqativ təsir etmək mümkün deyil 

Azərbaycanda hər bir vətəndaş qanunla müəyyən olunmuş qaydada öz hüquq və azadlıqlarından sərbəst surətdə istifadə edə bilir, eləcə də qeydə alınmış qanunazidd hərəkətlərin qarşısının alınması istiqamətində adekvat strukturlar tərəfindən müvafiq tədbirlər görülür. Lakin təəssüflər olsun ki, bəzi qurum və şəxslər “insan hüquqlarının müdafiəsi” adı altında qanun pozuntularına haqq qazandırır, qanunların aliliyi prinsipini heçə sayırlar.

“Beşinci kolon”un fəallarını demokratik dəyərlər deyil, aldıqları və alacaqları qrantlar düşündürür.

Bununla yanaşı, “sapı özümüzdən olan balta”lar - ermənipərəst, antimilli şəxslər isə anti-Azərbaycan dairələrin sifarişlərini yerinə yetirir, Azərbaycanın milli maraqlarına zidd mövqe sərgiləyirlər. Həmin ünsürlərin xarici maraq qruplarından aldıqları qrantların “haqq”ını vermək və maliyyə axınının davamlılığını təmin etmək üçün istinad etdiyi vasitələrdən biri məhz anti-azərbaycançı çağırışlar səsləndirmək, ölkəmizin əleyhinə yönəlmiş pozucu fəaliyyətlərə dəstək vermək, həmçinin ümummilli məsələlərdə dövlətimizin və xalqımızın ali mənafeyinə zidd mövqe tutmaqdır. 

Bütün hallarda, Azərbaycan öz inkişaf yolunda irəliləyir və ölkəmizə qarşı ikili standartlar, eləcə də “qara piar” kampaniyası heç bir nəticə verməyəcək. Eyni zamanda, belə manipulyasiyalarla Azərbaycanda ictimai rəyə neqativ təsir etmək, ölkəmizin pozitiv beynəlxalq imicinə kölgə salmaq mümkün deyil.

Bütün cəmiyyətimizdə bir mübarizlik əzmi və təcrübə formalaşdırıb… 

Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, rəhbərlik etdiyi qurum “Müasir dünya və ikili standartlar” mövzusunda bir neçə dəfə konfrans keçirib: “Son vaxtlar dünyada ədalətsizlik hallarının və ikili standartların daha çox müşahidə edilir. Təəssüflər olsun ki, beynəlxalq standartları yaradan böyük dövlətlərin həmin standartlara əməl etmir. Azərbaycan son vaxtlar belə ədalətsizliklərlə, ikili standartlarla daha çox üzləşir. Vətəndaşlarımız və onların çəmləşdiyi bir sıra QHT-lər bu basqılarla ciddi mübarizə aparır. Məsələn, iki il əvvəl Azərbaycanda fəaliyyət göstərən bir qrup qeyri-hökumət təşkilatının rəhbəri Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreşə müraciət ediblər. QHT sədrləri Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramında çalışan bir qrup erməninin Azərbaycana qarşı apardıqları nifrət zəminində fəaliyyətin qarşısının alınmasını istəyiblər. Vurğulanıb ki, BMT-nin İnkişaf Proqramında çalışan və öz sosial şəbəkə platformalarını nifrət zəminində istifadə edən adamlar  yalnız Azərbaycanı deyil, bütün türk xalqlarını hədəf alırlar. Böhtan və təhqirlər səsləndirir, açıq şəkildə separatizmi təbliğ edirlər. BMT-nin əməkdaşı statusundan sui-istifadə edərək türklərə və azərbaycanlılara, ölkəmizə və Azərbaycan rəhbərliyinə hədyanlar yağdırırlar. Qurumun baş katibi Antonio Quterreşə göndərilən müraciətdə bildirilib ki, Azərbaycandakı vətəndaş cəmiyyəti təşkilatlarının BMT ilə uzun və səmərəli tərəfdaşlıq təcrübəsi var. Bu müraciətin çox yaxşı effekti oldu.  Azərbaycan ictimaiyyəti, vətəndaş cəmiyyətinin nümayəndələri, o cümlədən mediamız bu məsələdə həssas olmalıdır. Hesab edirəm ki, belə əsassız basqılar bizim vətəndaşlarımızda, dövlət mövqeyini üstün tutan bütün siyasi təsisatlarmızda və ümumən bütün cəmiyyətimizdə bir mübarizlik əzmi və təcrübə formalaşdırıb”.

Cəmiyyətin siyasi şüurunun inkişaf etdirilməsində, xüsusən də plüralist yönümdə onların siyasi təfəkkürünün formalaşdırılmasında müxalifət partiyaları daha mühüm rola malikdirlər. Əslində isə demokratik cəmiyyətdə əhalinin siyasi proseslərə qarışması, müdaxiləsi heç də onların bütün həyatlarının siyasətlə məşğul olmasından ibarət olmamalıdır. Hər bir fərd öz öhdəsinə düşən vəzifəni yerinə yetirməli, yeri gəldikdə sosial varlıq olaraq siyasi proseslərdə iştirak etməlidir. Cəmiyyətin və onun bir üzvü olaraq şəxsiyyətin  sosiallaşması  siyasətinin subyekti kimi, siyasi dəyərlərin daşıyıcısı kimi daim təkmilləşməyə, siyasi biliklərini, təsəvvürlərini zənginləşdirməyə möhtacdır.

Məhəmmədəli QƏRİBLİ
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.





Seçilən
31
Mənbələr
Şərh ()
Bağla

Reytinq

“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
20412
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
19201
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
18179
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
17570
Çingiz Mustafayevin toyudur - FOTOLAR
16433
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
16234
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
16034
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
15329
4 ailə üzvünü öldürən polisin mesajları yayıldı - FOTO
11831
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
11241
"Zaur, yenə çaşdın..." - VİDEO
8819
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
8353
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
7947
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
7837
Elçin boşandığını etiraf etdi - FOTOLAR
7399
Minimum əmək haqqı nə qədər arta bilər?
7039
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
6971
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
6209
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
5727