AZ

“Sea Breeze”də daşınmaz əmlaka yatırım - investorlar nələrə diqqət etməlidirlər

Son dövrlərdə daşınmaz əmlaka yatırım göstəricilərində getdikcə yüksələn tendensiya müşahidə olunur. Bazar iştirakçıları arasında artan rəqabət fonunda bu sahəyə yatırım etmək istəyənlər geniş seçim ilə üz-üzə qalırlar. Buna görə də investorlar üçün ən vacib məsələ doğru əmlak seçimidir. O əmlak ki, nəinki özünü ödəyəcək, həm də gəlir gətirəcək. Bunun üçün bir sıra mühüm məqamlara diqqət yetirmək lazımdır:

- Daşınmaz əmlakın yerləşməsi – unutmaq olmaz ki, insanların böyük əksəriyyəti ağır iş günündən sonra evdə rahatlıq tapırlar. Məsələn, dəniz kənarında yerləşən “Sea Breeze”də sakinlər dalğaların zərif səsindən zövq ala, səhərlər möhtəşəm günəş çıxmasını izləyə, yaşıllıqlar içində, yaxud da sahildə gəzişə bilərlər. Bu, həyat keyfiyyətinin artmasına təsir edən vacib amildir. Eyni zamanda, “Sea Breeze” Bakının mərkəzindən də uzaq deyil. Hazırda tikintisi davam edən yeni yol ilə bu şəhərciyə 23 dəqiqəyə çatmaq mümkün olacaq. Bu da günü faydalı planlamağa imkan verəcək. 

- Daşınmaz əmlakın ətrafında infrastruktur obyektləri – müasir şəhər planlamasına görə sakinlərin rahat və dolğun həyatı üçün yaşayış binasının ətrafında, piyada məsafədə əsas sosial və mədəni obyektlərin olması şərtdir. Belə ki, “Sea Breeze”də bu ideya xüsusi həssaslıqla tətbiq olunur. Burada məktəb, uşaq bağçası, xəstəxana, mağazalar, ticarət mərkəzi, kafe və restoranlar, idman mərkəzləri, əyləncə məkanları fəaliyyət göstərir. Hər yaş qrupunun maraq və zövqü nəzərə alınıb. Bunun sayəsində, investorların yatırım etdiyi daşınmaz əmlakda gələcəkdə qiymət artımının müşahidə olunacağı şübhə doğurmur.

- Daşınmaz əmlakın rentabellik göstəriciləri –  rəqəmlər və statistik göstəricilər doğru seçim etməyə imkan verən mühüm məqamdır. “Sea Breeze”də mənzillərin qiyməti hər il 15-35% arasında artır. Bu, mənzil alıb, daha sonra satmaq istəyənlər üçün nəzərə alınmalı göstəricidir. Mənzil icarəsini düşünənlər isə illik 8% və daha çox gəlir qazanacaqlar. Hər iki halda, investorun gəlir əldə edəcəyi aydındır.

- Daşınmaz əmlak seçimi – müasir dövrdə tikinti və memarlıq sahələri yeni inkişaf səviyyəsinə çatıb. Bu, bir tərəfdən investora doğru əmlak seçimində çətinlik yaratsa da, digər tərəfdən gələcək tendensiyaları nəzərə almağa imkan verir. Hazırda mövcud olan müxtəlif daşınmaz əmlak formatları arasında doğru seçimi etməyə bu sahənin peşəkarları kömək edə bilərlər. Bu xüsusda, “Sea Breeze”in mütəxəssislərini misal göstərmək olar. Bu şəhərcikdə 25 daşınmaz əmlak layihəsi tikilir və ya artıq hazırdır. Mənzillərlə yanaşı, taunhauslar, villa və penthauslar da təklif olunur. Təmirli və təmirsiz seçim də var. “Sea Breeze”in mütəxəssisləri investorun büdcəsi, gələcək biznes ideyaları və tərcihlərinə əsasən, təkliflər edirlər, hətta “Sea Breeze” boyunca xüsusi qolf maşınında fərdi ekskursiyalar da təşkil edirlər.  

Beləliklə, ümumiləşdirərək qeyd etmək olar ki, daşınmaz əmlaka yatırım, həqiqətən də, diqqətli olmağı və düşünülmüş addım atmağı tələb edir. İnvestorlar nəinki bugünkü şərtləri, gələcək dəyişiklikləri də nəzərə almalıdırlar. Həm Azərbaycanda, həm də beynəlxalq səviyyədə etibarlı tərəfdaş kimi tanınan “Sea Breeze”ə yatırım etmək dayanmadan inkişaf edən, müsbət imici ilə seçilən və 12 mindən çox insanın yaşadığı layihəyə yatırım, bu isə öz növbəsində, gələcəyə yatırım deməkdir.

Seçilən
70
Mənbələr
Şərh ()
Bağla

Reytinq

“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
21370
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
19361
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
18294
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
17701
Çingiz Mustafayevin toyudur - FOTOLAR
16956
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
16782
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
16113
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
15560
4 ailə üzvünü öldürən polisin mesajları yayıldı - FOTO
12058
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
11286
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
9397
"Zaur, yenə çaşdın..." - VİDEO
8880
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
8467
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
8021
Elçin boşandığını etiraf etdi - FOTOLAR
7558
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
7192
Minimum əmək haqqı nə qədər arta bilər?
7107
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
6395
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
5785