AZ

Əli Əsədov Türkiyə rəsmisini qəbul etdi

Yazını böyüt
Yazını kiçilt

Azərbaycanın Baş naziri Əli Əsədov mayın 1-də Türkiyənin İnsan Hüquqları və Bərabərlik Qurumunun sədri Muharrem Kılıçla görüşüb.

 

Nazirlər Kabinetindən hafta.az-a verilən məlumata görə, görüşdə ölkəmizdə demokratik, hüquqi dövlət və vətəndaş cəmiyyətinin formalaşmasına, insan hüquq və azadlıqlarının səmərəli müdafiəsinə yönəlmiş davamlı islahatlar barədə söhbət açılıb.

 

Azərbaycan ilə Türkiyə arasında müxtəlif istiqamətlərdə olduğu kimi insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində mövcud əməkdaşlığın davamlı inkişafından məmnunluq ifadə olunub.

 

İki ölkənin Ombudsman təsisatları arasında 2021-ci ildə Bakıda imzalanmış Anlaşma Memorandumunun əhəmiyyəti vurğulanıb, bu çərçivədə görülən işlərin müvafiq sahədə əməkdaşlığın inkişafına töhfə verdiyi bildirilib.

 

Görüşdə Azərbaycan-Türkiyə qarşılıqlı faydalı əməkdaşlığının müxtəlif sahələrdə, o cümlədən insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində inkişaf perspektivləri müzakirə olunub.

 

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva da görüşdə iştirak edib.

Seçilən
85
30
Mənbələr
Şərh ()
Bağla

Reytinq

“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
19861
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
19088
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
18136
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
17475
Çingiz Mustafayevin toyudur - FOTOLAR
16119
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
15948
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
15887
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
15203
4 ailə üzvünü öldürən polisin mesajları yayıldı - FOTO
11720
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
11202
"Zaur, yenə çaşdın..." - VİDEO
8790
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
7885
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
7669
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
7572
Elçin boşandığını etiraf etdi - FOTOLAR
7323
Minimum əmək haqqı nə qədər arta bilər?
7003
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
6843
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
6083
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
5696