AZ

İşləyən qadınlar üçün hansı güzəştlər var?

Yazını böyüt
Yazını kiçilt

Dünyanın bir çox ölkələrində olduğu kimi, bizdə də bəzi özəl şirkətlərdə işləyən qadınlar iş prosesində. Bu hal daha çox hamiləlik və ya yenidoğum vaxtı müşahidə olunur. Bir çox yerlərdə onlar əmək müqaviləsinin yenilənməyəcəyi ilə təhdid edilərək, zamanından tez işə qayıtmağa məcbur edilir və ya daha gec analıq məzuniyyətinə göndərilir, bəzi hallarda isə əməkhaqları kəsilir. Əslində isə mövcud qanunvericiliyə əsasən, əmək münasibətləri zamanı müəyyən kateqoriyalardan olan şəxslərə, o cümlədən qadınlara bəzi güzəşt və azadolmalar tətbiq edilir.

Maraqlıdır, görəsən, ölkə qanunvericiliyində işləyən qadınlar üçün hansı güzəşt və azadolmalar mövcuddur?

İlk növbədə onu qeyd edək ki, işə qəbul olan şəxsin peşəkarlıq səviyyəsini yoxlamaq məqsədilə işçi və işəgötürən arasında bağlanan əmək müqaviləsində əvvəlcə sınaq müddəti müəyyən oluna bilər. Sınaq müddəti işə götürənlə işçi arasında qarşılıqlı razılıq əsasında müəyyən olunmuş əmək şəraitinin şərtlərindən biridir və əmək müqaviləsində sınaq müddətinin təyin olunması mütləq deyildir. Lakin “Dövlət qulluğu haqqında” Qanunun 28.7-ci maddəsinə əsasən, dövlət qulluqçuları ilə bağlanmış əmək müqavilələrində sınaq müddətinin təyin olunması mütləqdir. Əmək qanunvericiliyində sınaq müddəti 3 aydan çox olmamaqla müəyyən edilir. Bununla belə, tərəflərin qarşılıqlı razılığı əsasında daha az sınaq müddəti də müəyyən oluna bilər. Sınaq müddəti yalnız əmək fəaliyyəti olmayan və ya əmək fəaliyyətinə yeni başlayan şəxslər üçün təyin olunmur, ümumilikdə əmək stajı çox olan şəxslərlə də əmək müqaviləsi bağlandıqda da sınaq müddəti təyin oluna bilər.  Əmək Məcəlləsinin 52-ci maddəsinə əsasən, hamilə və 3 yaşına çatmamış uşağı olan qadınlara sınaq müddəti şamil edilmir. Bundan başqa, Əmək Məcəlləsinin 66-cı maddəsinə əsasən, hamilə qadınların, uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra bir ildən az müddətdə müvafiq vəzifədə(peşədə) çalışan qadınların attestasiyası keçirilmir. Əmək Məcəlləsinin 67-1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan hamilə qadınların, uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra bir ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınların sertifikasiyası keçirilmir. Əmək Məcəlləsinin 67-2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dö vlət təhsil müəssisələrində) işləyən hamilə qadınların, uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra bir ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınların (uşağını təkbaşına böyüdən kişilərin) sertifikatlaşdırılması keçirilmir. Əmək Məcəlləsinin 79-cu maddəsinə əsasən, hamilə, habelə üç yaşınadək uşağı olan qadınların əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsi qadağandır. Əmək məcəlləsinin 91-ci maddəsinə əsasən, qısaldılmış iş vaxtının müddəti həftə ərzində hamilə və yaşyarımadək uşağı olan qadınlar və 3 yaşınadək uşağını təkbaşına böyüdən valideynlər üçün 36 saatdan artıq olmamalıdır. Əmək Məcəlləsinin 94-cü maddəsinə əsasən, işçinin səhhəti və fiziolofi vəziyyəti (hamiləlik) müvafiq tibbi rəyə görə əmək funksiyasının natamam iş vaxtında yerinə yetirilməsini tələb edərsə, habelə on dörd yaşına çatmamış, yaxud sağlamlıq imkanları məhdud uşağı olan qadınlara ərizələri ilə işəgötürən natamam iş vaxtı (iş günü, yaxud iş həftəsi) müəyyən etməlidir. Əmək Məcəlləsinin 98-ci maddəsinə əsasən, gecə vaxtı görülən işlərə hamilə və üç yaşınadək uşağı olan qadınların cəlb edilməsinə yol verilmir.

Əmək Məcəlləsinin 125-ci maddəsinə əsasən, hamiləlik dövründə və doğuşdan sonrakı dövr üçün işləyən qadınlara 126 təqvim günü (doğuşdan əvvəl 70 təqvim günü və doğuşdan sonra 56 təqvim günü) müddətində ödənişli məzuniyyət verilir. Doğuş çətin olduqda iki və daha çox uşaq doğulduqda doğuşdan sonrakı məzuniyyət 70 təqvim günü müddətində verilir.

Kənd təsərrüfatı istehsalında çalışan qadınlara hamiləliyə və doğuşa görə məzumiyyət aşağıdakı müddətlərdə verilir:

- normal doğuşda 140 təqvim günü (doğuşdan əvvəl 70 təqvim günü və doğuşdan sonra 70 təqvim günü);

- doğuş çətin olduqda 156 təqvim günü (doğuşdan əvvəl 70 təqvim günü və doğuşdan sonra 86 təqvim günü;

- iki və daha çox uşaq doğulduqda 180 təqvim günü (doğuşdan əvvəl 70 təqvim günü və doğuşdan sonra 110 təqvim günü).

Əmək Məcəlləsinin 131-ci maddəsinə əsasən, qadınların hamiləliyə və doğuşa görə - sosial məzuniyyətdən bilavasitə əvvəl, yaxud sonra əmək müqaviləsinin bağlandığı vaxt nəzərə alınmadan işin birinci ili üçün əmək məzuniyyətindən istifadə etmək hüququ var.

Əmək Məcəlləsinin 240-cı maddəsinə əsasən, hamilə və ya 3 yaşına çatmamış uşağın olması səbəbinə görə qadınla əmək müqaviləsinin bağlanmasından imtina etmək yolverilməzdir. Bu qayda işəgötürənin müvafiq işi (vəzifəsi) olmadığı, habelə qadın əməyindən istifadə olunmasına yol verilməyən iş yerlərinə işə götürməkdən imtina olunan hallara şamil olunmur. İşəgötürən hamilə və ya 3 yaşına çatmamış uşağı olan qadınla bu səbəblərə görə əmək müqaviləsi bağlamaqdan imtina etdikdə, qadın imtinanın səbəbi barədə işəgötürəndən yazılı cavab verilməsini tələb etmək hüququna malikdir. Əmək müqaviləsi bağlamaqdan imtina edilməsinin səbəblərinə görə qadın öz hüququnun müdafiə olunması üçün məhkəməyə müraciət edə bilər.

Əmək Məcəlləsinin 241-ci maddəsinə əsasən, hamilə və 3 yaşınadək uşağı olan qadınların bu maddədə nəzərdə tutulmuş işlərin görülməsinə cəlb olunması qadağandır. Əmək Məcəlləsinin 242-ci maddəsinə əsasən, hamilə qadınların və 3 yaşına çatmamış uşağı olan qadınların gecə işlərinə, iş vaxtından artıq işlərə, istirahət, iş günü hesab edilməyən bayram və digər günlərdə işə cəlb edilməsinə, habelə onların ezamiyyətə göndərilməsinə yol verilmir. Əmək Məcəlləsinin 243-cü maddəsinə əsasən, tibbi rəyə uyğun olaraq hamilə qadınlar üçün hasilat və ya xidmət norması azaldılır, yaxud onlar zərərli istehsal amillərinin təsirini istisna edən daha yüngül işə keçirilirlər.

Hamiləlik və ya uşağının yedizdirilməsi səbəblərinə görə qadınların əməkhaqqının azaldılması qadağandır. Əksinə yaş yarımına çatmamış uşağı olan qadınlara iş vaxtı ərzində istirahət və yemək üçün verilən ümumi fasilədən başqa, həm də uşağını yedizdirmək üçün əlavə fasilələr verilməlidir. Bu fasilələrin hərəsi azı 30 dəqiqə olmaqla, hər 3 saatdan bir verilir. Qadının yaş yarımına çatmamış iki və daha çox uşağı olduqda hər fasilənin müddəti azı bir saat müəyyən edilir. Bu fasilələr iş vaxtına daxil edilir və orta əmək haqqı saxlanılır. Qadının istəyi ilə uşağın yedizdirilməsi üçün fasilələr cəmlənərək nahar və istirahət vaxtına birləşdirilə, habelə iş vaxtının (növbəsinin) əvvəlində, yaxud axırında istifadə edilə bilər. Əgər qadın uşağın yedizdirilməsi üçün fasilələri cəmləyərək iş vaxtının sonunda istifadə etmək istəsə, onda onun iş günü həmin fasilələrin müddəti qədər qısaldılır.

Hamilə və 3 yaşınadək uşağı olan qadınların həm özünün, həm də uşağının tibb müəssisələrində dispanser və ambulator müayinələrinin keçirildiyi, həkim məsləhətləri aparıldığı günlərdə orta əməkhaqqı saxlanılır. Belə müayinələrin keçirilməsi üçün işəgötürən hökmən hamilə qadınlara zəruri şərait yaratmalıdır. Bundan başqa, əsas və əlavə məzuniyyətlərin müddətindən asılı olmayaraq, 14 yaşınadək iki uşağı olan qadınlara 2 təqvim günü, bu yaşda üç və daha çox uşağı olan, həmçinin sağlamlıq imkanları məhdud uşağı olan qadınlara isə 5 təqvim günü müddətində əlavə məzuniyyət verilir. Bu əlavə məzuniyyət hüququ müvafiq təqvim ilinin sonunadək uşaqlardan birinin 14 yaşı tamam olduğu hallarda da saxlanılır. On dörd yaşınadək iki və daha çox uşağı olan və ya sağlamlıq imkanları məhdud uşağı olan qadınlara, 16 yaşınadək uşaqları təkbaşına böyüdən valideyə və ya qəyyuma, hərbi qulluqçunun arvadına (ərinə) əmək məzuniyyəti onların arzusu ilə onlar üçün əlverişli olan vaxtda verilə bilər.

Seçilən
5
Mənbələr
Şərh ()
Bağla

Reytinq

“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
20183
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
19169
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
18170
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
17529
Çingiz Mustafayevin toyudur - FOTOLAR
16340
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
16117
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
15985
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
15296
4 ailə üzvünü öldürən polisin mesajları yayıldı - FOTO
11803
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
11220
"Zaur, yenə çaşdın..." - VİDEO
8802
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
8118
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
7932
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
7733
Elçin boşandığını etiraf etdi - FOTOLAR
7372
Minimum əmək haqqı nə qədər arta bilər?
7017
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
6907
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
6173
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
5707