AZ

“Yeni sərhədin haradan keçəcəyini Paşinyanın özü də bilmir” – Benyamin Matevosyan

“Strateji əhəmiyyətli Ermənistan əraziləri Azərbaycanın nəzarəti altına keçir. Nəticədə Ermənistanı Gürcüstanla birləşdirən kommunikasiyaların bir hissəsini itiririk. Ermənistan-Gürcüstan qaz kəməri təhlükə altına düşür. Xalqımız və dövlətimiz dalana dirənib”.

KONKRET.az xəbər verir ki, bu sözləri politoloq Benyamin Matevosyan bildirib.

O vurğulayıb ki, gələcəkdə də Azərbaycanla bacarmaq mümkün olmayacaq: “Çünki strateji mövqelər birdəfəlik itirilib. Üstəlik, gözlənilən fəlakətin miqyası o qədər böyükdür ki, bir gün əvvəl Nikol Paşinyan Tavuş sakinlərinə yeni sərhədin harada olacağını dəqiq deyə bilmədi”.

Onun sözlərinə görə problem göründüyündən qat-qat böyükdür: “Azərbaycan və Türkiyə mediası demək olar, hər gün Bakı və Ankaranın real niyyətlərini əks etdirən xəritələr dərc edir. Dərc olunan materiallardan, Azərbaycan və Türkiyə rəsmilərinin şərhlərindən belə məlum olur ki, Bakı və Ankaranın planları təkcə Zəngəzurdan bir dəhliz əldə etmək deyil, bütün bölgəni və  Ermənistanı keçid meydançasına çevirməkdir”.

Natiq Səlim,

KONKRET.az

Seçilən
3
Mənbələr
Şərh ()
Bağla

Reytinq