AZ

Avropa Ravvin Konqresinin nümayəndəsi: Dinlərarası dialoqa inanırıq

"Bakı dünyada çox nadir şəhərlərdəndir ki, mən bir yəhudi olaraq, küçədə tam sərbəst gəzə bilirəm”.

APA xəbər verir ki, bunu Avropa Ravvin Konqresinin nümayəndəsi Ravvin Qedi Qroniç Mədəniyyətlərarası Dialoq Forumunda “Sülh və Qlobal Təhlükəsizlik Naminə Dialoq” adlı plenar sessiyada çıxışı zamanı deyib.

“Mən Bakıda Sinoqoqa gedirəm, gedə bilirəm. Mənə heç kəs mane olmur. Biz dinlərarası dialoqa inanırıq, biz bu dialoqun iştirakçısıyıq”, - o əlavə edib.

Seçilən
24
2
Mənbələr
Şərh ()
Bağla