AZ

“Sabah”ın baş məşqçisi: “Qarabağ” çempionatda ayrı dünya kimidir” – MÜSAHİBƏ

“Sabah”ın baş məşqçisi Krunoslav Xorvatiya mətbuatına müsahibə verib.

Msport.az xəbər verir ki, o, Azərbaycandakı həyatından, Premyer Liqadakı mövcud vəziyyətdən, “Qarabağ”la rəqabətdən və digər məsələlərdən danışıb.

– Azərbaycanda həyat necədir?
– Yaxşıdır. Bakıda sizə lazım olan hər şeyə malik meqapolisdir. Futbol şəraiti çox yaxşıdır. 10 komandadan 7-8-nin çox yaxşı stadionu və şəraiti var. Arenamız 13 min tamaşaçı tutumuna malikdir və bütün tribunalar örtülüdür. Məşq etmək üçün ehtiyat meydançamız da var.

– “Sabah”a keçidiniz necə baş tutdu?
– Təsadüfən. Bəlkə də yox. İşsiz olanda həmişə nəsə gözləyirsən. Təsadüfən dostum vasitəsilə “Sabah”dan olan şəxslərlə tanış oldum. Məni danışıqlara çağırdılar, Bakıya uçdum və qısa zamanda işə qəbul olundum. “Sabah” qeyri-adi vəziyyətdə idi, əvvəlki məşqçi (Murad Musayev – red.) mövsümün ikinci hissəsində komandadan ayrılmışdı. Onlara təcili məşqçi lazım idi. Əlbəttə ki, bu, heç bir məşqçi üçün ideal vəziyyət deyil.

– Yeni komandaya özünüzlə kimi apardınız?
– “Zrinski”də mənimlə birlikdə olan eyni adamlardır. Bunlar köməkçim Saşa Sablyak, fiziki hazırlıq üzrə məşqçi Domaqoy Periçdir. Analitik Filip Lekiçin də bir aydan sonra bizə qoşulacağına ümid edirik. Oyunçularla bağlı heç bir problem yox idi, əvvəlki məşqçi komandanı yığa bilmişdi.

– Heyətdə çoxlu azərbaycanlı futbolçu, eləcə də ispanlar, nigeriyalılar və bir lüksemburqlu var. Onlarla necə ünsiyyət qurursunuz?
– Ünsiyyət ingilis dilində aparılır. Bunu bir az daha yaxşı başa düşən və başqaları üçün tərcümə edən oyunçularımız var. Bizim iki tərcüməçimiz var: biri ingilis dilindən, digəri ispan dilindən tərcümə edir. Bu, xüsusilə oyunlar zamanı təlimatlar vermək üçün ideal vəziyyət deyil. Sən nəsə deyirsən, başqası tərcümə edir, yanından isə “peraşki” satan nənə keçir.

– Komandanızda ən böyük ad İshak Belfodildir. O, necə futbolçudur?
– Onun böyük karyerası var, müstəsna keyfiyyətlərə malikdir və istənilən komandaya kömək edə bilər. Belfodil bizim üçün faydalıdır, inanıram ki, sona qədər belə qalacaq. Onun səviyyəsi hər hərəkətində nəzərə çarpır. 5-6 il əvvəlki kimi güclü deyil, amma yenə də çox yaxşı oyunçudur.

– Çempionatın bitməsinə 4 tur qalmış avrokuboklara vəsiqəni təmin edən yerlərdən bir xal uzaqdasınız. Komandanızı son iki turda “Neftçi” və “Sumqayıt”la iki vacib görüş gözləyir. Klubda sizə təzyiq varmı?
– Mən heç bir təzyiq hiss etmirəm. İşimizdən maksimum nəticə əldə etmək istəyirik. Məqsədimiz ikinci olmaqdır, çünki bura Avropa Liqasına çıxışı təmin edən yerdir. Şanslar bərabərdir. Bununla belə, çətin qrafikimiz var: dörd matçdan üçünü səfərdə keçirəcəyik.

– Çempionatdakı digər komandalar necədir və “Qarabağ” onlardan fərqlənirmi?
– “Qarabağ” çempionatda ayrı dünya kimidir. Liqanın ən yaxşısıdır, amma biz onları məğlub etdik. “Qarabağ”la matçda meydanı qolla nəticələnən iki zərbə ilə tərk edəndə yaxşı oynadığını anlayırsn. Qalan komandalar onlardan çox geridədir. Amma asan matçlar heç bir halda yoxdur.

Seçilən
43
1
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Bakıda hoteldə yanğın başlayıb
355
Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
243
Bu yol qovşağında təmir işləri aparılacaq
166
Bakıda 84 yaşlı kişi bərbərxanada dünyasını dəyişib - Məhkəmə qərar verdi
166
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
90
AFFA "Karvan"a bu qədər cəza "yüklədi"
86
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
84
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
77
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
68
Prezident İlham Əliyev Slovakiyanın Baş nazirinə sui-qəsdlə bağlı paylaşım edib
67
Bakıda 9 otaqlı evdə yanğın baş verib
65
32 il əvvəl həyat yoldaşı tərəfindən tərk edilən Aybəniz Məsimova sosial müavinət ala bilmir - VİDEO
57
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
55
Gözəllik salonunda işləyən qadınların başına görün taksidə nə iş gəldi: Biri öldü - VİDEO
55
Çingiz Mustafayevin toyudur - FOTOLAR
51
"Qarabağ"ın Norveçdəki oyundan əvvəl son məşqi Bakıda olacaq
39
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
32
Ожидается перезапуск франшизы «Бегущий в лабиринте»
31
Güllələnən baş nazirin dosyesindən sensasion detallar - katibəsindən HƏMAS-a qədər...
27
Kirayə evə görə vergini kim ödəməlidir?
27