AZ

BDU-da elmi seminar: “Tədqiqat universitetində dərsin psixopedaqoji məsələləri” - FOTO

Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsində “Tədqiqat universitetində dərsin psixopedaqoji məsələləri” mövzusunda elmi seminar keçirilib.
 
Bu barədə Moderator.az-a BDU-dan məlumat veriilb.
 
Elmi seminarda BDU-nun Pedaqogika kafedrasının professoru Hikmət Əlizadə mövzu üzrə məruzə edib. Məruzədə əvvəlcə təhsilə fəlsəfi yanaşma meyarlarından bəhs olunub, ənənəvi, fəal və interaktiv təlim metodları izah edilib. İntellekt, intellektual məntiq, təfəkkür anlayışları barədə məlumat verilib, dünya psixoloqlarının tədqiqatlarında əksini tapmış intellektin inkişaf modelləri diqqətə çatdırılıb.
 
Təlim məqsədlərinin taksonomiyasını şərh edən məruzəçi qeyd edib ki, bu prosesdə əksini tapan bilik, anlama, tətbiqetmə, analiz, sintez, qiymətləndirmə meyarları təfəkkürün hərtərəfli inkişafına istiqamətlənib. Məruzəçi tələbələrdə təfəkkürün inkişaf etdirilməsinin fəal təlim metodlarının yaranmasına, bütün bunların isə Universitet 3.0 və Universitet 4.0 modellərinin formalaşmasına səbəb olduğunu diqqətə çatdırıb: “Tədris prosesində fəal təlimi səciyyələndirən xüsusiyyətlər kimi müəllim-şagird əməkdaşlığı, müəllim və şagirdin idraki fəallığı intellektin və təfəkkürün inkişafını təşviq edən amillərdir. Bu mənada tədqiqat universitetində dərsin psixopedaqoji məsələlərinin təhlili hədəflərin müəyyən edilməsi və yaxşı nəticələrə nail olmaq baxımından mühüm əhəmiyyətə malikdir”.
 
Məruzədə bu sahədə tədqiqat aparan dünya alimləri ilə yanaşı, görkəmli Azərbaycan alimləri, professorlar Əkbər Bayramovun və Əbdül Əlizadənin araşdırmaları və elmi nəticələrinə istinadlar edilib.  
 
Elmi seminar müzakirələrlə davam etdirilib.
Seçilən
46
3
Mənbələr
Şərh ()
Bağla

Reytinq

“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
19641
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
19032
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
18102
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
17407
Çingiz Mustafayevin toyudur - FOTOLAR
15966
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
15911
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
15667
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
15154
4 ailə üzvünü öldürən polisin mesajları yayıldı - FOTO
11667
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
11184
"Zaur, yenə çaşdın..." - VİDEO
8781
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
7862
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
7414
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
7296
Elçin boşandığını etiraf etdi - FOTOLAR
7271
Minimum əmək haqqı nə qədər arta bilər?
6998
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
6800
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
6028
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
5677