AZ

Gömrük Akademiyası Finlandiyada keçirilmiş təlimdə təmsil olunub - FOTO

Dövlət Gömrük Komitəsinin Akademiyası (DGKA) tərəfdaş olduğu “Azərbaycanda İnstitusional Repozitoriyalar Şəbəkəsi vasitəsilə Tədqiqat Potensialının İnkişaf etdirilməsi” (DIRNA) adlı Erasmus+ layihəsi çərçivəsində Finlandiyanın Yüvəskülə Universitetində (University of Jyväskylä) keçirilən təlim proqramında təmsil olunub. Ölkəmizin 7 ali təhsil müəssisəsinin, İtaliyanın L’Aquila Universitetin və Türkiyənin İzmir Yüksək Texnologiya İnstitutunun nümayəndələrinin qatıldığı təlimdə Akademiyanın kitabxanasının əməkdaşı və layihə komandasının üzvü Aysel Cəfərzadə və İKT-nin Tətbiqi şöbəsinin böyük mütəxəssisi Aslan Hüseynov iştirak ediblər.
 
Moderator.az xəbər verir ki, təlimin məqsədi bütövlükdə elmin və elmi tədqiqat məhsullarının əlçatanlığı üçün Avropanın qabaqcıl ali təhsil müəsissələrindən biri olan Yüvəskülə Universitetinin inkişaf etmiş İnstitusional Tədqiqat İnformasiya Sistemi, Açıq Data, Açıq Elm və Açıq Giriş konseptləri, mexanizmləri, imkanları və modellərinin, bu sahədə Yüvəskülə Universitetinin beynəlxalq əməkdaşlıq mexanizminin və təcrübəsinin öyrənilməsi olub.
 
Səfər proqramı çərçivəsində Universitetin İnformasiya Texnologiyaları fakültəsinin əməkdaşları Kati Clements, Saana Mehtala və Universitetin Açıq Elm Mərkəzinin informasiya mütəxəssisləri Universitetin fəaliyyəti, təhsildə İKT-dən istifadəyə yanaşma, süni intellektdən istifadə, Açıq Elm Mərkəzinin fəaliyyəti, açıq girişli xidmətlər, JYX – Universitetin rəqəmsal arxivi, JYKDOK – Universitetin kitabxanasının axtarış sistemi, metaməlumatların keyfiyyəti, tədqiqat məlumatlarının idarə edilməsi kimi mühüm istiqamətlərdə müxtəlif təqdimatlarla çıxış ediblər. Səfər proqramı çərçivəsində layihənin konsorsium iclası keçirilərək, planlaşdırılmış növbəti layihə fəaliyyətləri üzrə konsorsium müzakirəsi təşkil edilib.
 
Proqramın sonunda təlim iştirakçıları Yüvəskülə Universitetinin sertifikatları ilə təltif olunublar.
 
2023-2026-ci illəri əhatə edən, Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Erasmus+ beynəlxalq konsorsium layihəsinin Finlandiya, İtaliya və Türkiyədəki üç universitetdən başqa Azərbaycanda benefisiar qurumları Xəzər Universiteti (koordinator), Dövlət Gömrük Komitəsinin Akademiyası, Bakı Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti, Gəncə Dövlət Universiteti, Mingəçevir Dövlət Universiteti, Lənkəran Dövlət Universiteti və Naxçıvan Dövlət Universitetidir.
 
Avropa İttifaqı tərəfindən maliyyələşdirilir. Bununla belə, ifadə edilən fikirlər və mülahizələr yalnız müəllif(lər)ə aiddir və Avropa İttifaqının və ya Avropa Təhsil və Mədəniyyət üzrə İcraçı Agentliyinin (EACEA) fikirlərini əks etdirmir. Avropa İttifaqı və EACEA onlara görə məsuliyyət daşımır.
Seçilən
34
Mənbələr
Şərh ()
Bağla

Reytinq

“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
19868
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
19088
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
18136
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
17475
Çingiz Mustafayevin toyudur - FOTOLAR
16119
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
15948
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
15891
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
15203
4 ailə üzvünü öldürən polisin mesajları yayıldı - FOTO
11720
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
11202
"Zaur, yenə çaşdın..." - VİDEO
8790
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
7885
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
7673
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
7573
Elçin boşandığını etiraf etdi - FOTOLAR
7323
Minimum əmək haqqı nə qədər arta bilər?
7003
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
6843
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
6083
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
5696