AZ

Şuşanın ilk 20 xoşbəxt ailəsi tarixə düşəcək...

Image

Səyyar Əliyev: “Bu aydan etibarən şuşalılar sevinc və qürur hissilə Şuşaya geri dönür”

44 günlük Vətən müharibəsi başladığı gündən rəşadətli ordumuzun ardıcıl qələbələrindən sonra hər kəs həyəcanla Şuşanın azad olunması xəbərini gözləyirdi. Vətən müharibəsinin 43-cü günündə millətin bu arzusu reallaşdı. 2020-ci il noyabrın 8-i  tariximizə şanlı zəfər günü kimi yazıldı.

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz Azərbaycanın tarixi, mədəni və strateji əhəmiyyətə malik, Qarabağın baş tacı olan Şuşa şəhərini işğalçılardan azad etdi. Bu, 44 gün ərzində aparılan uğurlu əks-hücum əməliyyatlarının sırasında ən mühüm tarixi hadisə və böyük hərbi qələbə oldu. Azərbaycanın hərbi-diplomatik uğurları, xüsusilə strateji əhəmiyyətli Şuşa şəhərinin azad edilməsi müharibənin sonrakı gedişinə və taleyinə həlledici təsir göstərdi. Bu gün Şuşa artıq bərpa və böyük quruculuq dövrünə qədəm qoyub. 2021-ci il 14 yanvar tarixindən Prezidentin Şuşa səfərindən etibarən Şuşanın bərpası başlandı və qısa müddət ərzində böyük işlər görülür və görülməkdədir. Şuşa yenidən qurulur, özü də daha möhtəşəm, daha əzəmətli. Azərbaycanın mədəniyyət paytaxtı elan edilən Şuşada şəhərin əsl tarixi simasının bərpası yönündə nəhəng layihələr gerçəkləşdirilir. Görülən işlər nəticəsində Şuşa artıq sakinlərini qarşılamağa hazırdı. Belə ki, gələn aydan Şuşa şəhərinə köç başlayacaq. Bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi məlumat yayıb.

Bildirilib ki, Şuşa şəhərinə ilkin mərhələdə köçürüləcək ailələr arasında püşkatma keçirilib. İlk püşkatma şəhid ailələri, qazilər və şəhərdə tikinti, bərpa-quruculuq işlərində çalışan 20 ailə arasında keçirilib və onların hər birinə ailə tərkibinə uyğun mənzil təqdim edilib. Püşkatmada iştirak etmiş ailələrin may ayının əvvəllərində Şuşa şəhərinə yola salınması nəzərdə tutulur.

“Şuşaya qayıdan zaman orda rəsm qalereyası açacam, həmçinin, ödənişsiz rəssamlıq məktəbi də…”

Şuşalıların öz yurduna qayıtmasının sevinci  barədə   əslən şuşalı olan tarix üzrə fəlsəfə doktoru, rəssam Səyyar Əliyevlə həmsöhbət olduq.

- Səyyar müəllim, bu aydan etibarən şuşalılar öz yurduna geri qayıdır. Şuşalı kimi siz hansı hissləri keçirirsiz?

- Prezident İlham Əliyev və Azərbaycan ordusunun gücü sayəsində Şuşa da azaddır. Qarabağın azad olunması ilə məcburi köçkünlər  öz yurdlarına geri qayıdır və qayıdacaq. Doğma torpağımıza qayıtmaq böyük qələbə və sevincdir. Bu aydan etibarən şuşalılar sevinc və qürur hissilə Şuşaya geri dönür. Şuşada aparılan infrastruktur işləri nəticəsində Azərbaycanın mədəniyyət incisi günü-gündən gözəlləşir. Şuşa rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi  Aydın Kərimov bu sahədə çox yüksək işlər görür.

- Şuşaya qayıdanda rəssamlıq fəaliyyətini davam etdirəcəksiz?

- Şuşaya qayıdan zaman orda rəsm qalereyiyası açacam. Həmçinin, ödənişsiz rəssamlıq məktəbi yaradacam. Bu haqda Aydın müəllim Kərimova və digər aidiyyəti şəxslərə məlumat vermişəm, onlar bu ideyanı çox bəyəniblər. Qalereyanın adını belə fikirləşmişəm “Xarı bülbül” olacaq. Şuşada görüləsi işlərimiz çoxdur.

- Şuşaya səfər edibsiz. İllər sonra Şuşaya qayıtmaq necə hiss idi?

- Bu gün şuşalıların sevincinin həddi-hüdudu yoxdur. Çünki onlar uzun illər sonra öz evlərinə geri qayıdacaq. Şuşaya səfər edən zaman fərqli hisslər keçirtdim. Ata-baba yurduna, uşaqlıq xatirələrinin olduğu yerə geri qayıtmaq, yenidən görmək çox başqa bir hissdir. Həm sevincli idim, həm də kədərli. Həyətimizə də getdim. Orda olan armud ağacını möhkəm qucaqlayıb ağladım. Həmin ağac bədənimdə olan 30 illik stresi çıxartdı. Özümü cənnətdə sanırdım. Oranın daşı, qayası, suyu, gül-çiçəyi möcuzədir. Şuşa təbii gözəlliyinə görə digər şəhərlərdən fərqlənir. Coğrafi yerinə görə də dünyanın ən gözəl şəhəri sayılır. Əhalinin sayına və yetişdirdiyi dahilərin kəmiyyətinə görə Şuşa dünyanın ən nadir şəhərlərindən biridir. Şuşanın möcüzələri saymaqla bitməz.

- Yaradıcılığınızda Şuşa sevgisi, həsrəti xüsusi yer tutur…

- Bəli, yaradıcılığımda  Qarabağ həsrəti, Şuşa sevgisinə üstünlük vermişəm. “Sarı qayanın kədəri”, “Cıdır düzünün həsrəti”, “Xarı bülbül, “Qarabağ mənzərəsi”, “Şuşa qalası” və digərləri bu qəbildəndir. Sarı qaya Qarabağın hər yerində var. Sarı qayaya Qarabağın bir çox yerlərində – Ağdamda, Qarqar çayının sahilində, Kəlbəcərdə və digər işğaldan azad olunan ərazilərdə də rast gəlinir. “Cıdır düzünün həsrəti” tablosu isə nisgilli, həsrət dolu bir süjetdən ibarətdir. Cıdır düzü bomboşdur, arxa fonda yamyaşıl Topxana meşəsi görünür. “Narahat ruhlar” əsəri isə adından bəllidir: işğal müddətində ordakı ruhlar rahat deyildi.

Günel CƏLİLOVA





Seçilən
60
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Bakıda hoteldə yanğın başlayıb
816
Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
523
AFFA "Karvan"a bu qədər cəza "yüklədi"
365
Bu yol qovşağında təmir işləri aparılacaq
354
Bakıda 84 yaşlı kişi bərbərxanada dünyasını dəyişib - Məhkəmə qərar verdi
208
"Qarabağ"ın Norveçdəki oyundan əvvəl son məşqi Bakıda olacaq
207
Sabah 5 kəndin qazı kəsiləcək
195
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
192
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
188
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
139
Çingiz Mustafayevin toyudur - FOTOLAR
133
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
121
Bakıda 9 otaqlı evdə yanğın baş verib
120
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
111
Gözəllik salonunda işləyən qadınların başına görün taksidə nə iş gəldi: Biri öldü - VİDEO
86
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
83
Prezident İlham Əliyev Slovakiyanın Baş nazirinə sui-qəsdlə bağlı paylaşım edib
71
32 il əvvəl həyat yoldaşı tərəfindən tərk edilən Aybəniz Məsimova sosial müavinət ala bilmir - VİDEO
64
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
53
Güllələnən baş nazirin dosyesindən sensasion detallar - katibəsindən HƏMAS-a qədər...
39