AZ

Qəzza hara, "Arsax" hara- Mirzoyan lap "ağ elədi"...

Image

Məhərrəm Zülfüqarlı: “Erməni nazirin Qarabağla Qəzza bölgəsini eyniləşdirməsi, bu cür anormal paralel aparması kökündən yanlışdır”

Ermənistan rəsmiləri əllərinə düşən hər fürsətdən istifadə edib çoxdan məhv olmuş “Arsax”ı   gündəmə gətirməyə çalışır. Elə bir məsələ yoxdur ki, orada Qarabağda olmayan “erməni irsi” barədə danışmasınlar.  

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Əl-Cəzirə televiziyasına müsahibəsində böyük saxtakarlıq edərək, Qarabağdakı “vəziyyətlə” Qəzza zolağındakı vəziyyət arasında paralellər aparıb.

O, İrəvanın mülki şəxslərə qarşı hücumları qətiyyətlə pislədiyini vurğulayıb və vəziyyətlərin oxşarlığına (?) işarə edib. Guya onlar Qarabağda “oxşar vəziyyətlə” üzləşiblər, “100 mindən çox erməni “xilas naminə öz ata-baba yurdunu tərk etmək məcburiyyətində qalıb” - deyə Mirzoyan sərsəmləyib. Buna başqa ad vermək olmaz, məhz sərsəmləyib.

Mirzoyan deyib ki, bu kontekstdə Ermənistan da mədəni və mənəvi irsin, xüsusilə yazı sahəsində, qorunub saxlanmasına töhfə verməyə hazırdır.

O təklif edib ki, Qəzzanın yazı irsini Matenadaranda qorumaq olar (?).

 “Biz əlyazmaların təhlükəsizliyini təmin etmək üçün, lazım gələrsə, münaqişə zonasından müvəqqəti olaraq təxliyə etməyə və vəziyyət sabitləşdikdən sonra geri qaytarmağa hazırıq” - deyib.

Qəzza hara, “Arsax” hara”? Ermənistanın xarici işlər naziri niyə belə uğursuz və uyğunsuz paralel aparıb?

“Ermənistan bu cür təxrubatlardan əl çəkməlidir…” 

AVCİYA-nın vitse-prezidenti, professor Məhərrəm Zülfüqarlı “Bakı-Xəbər”ə şərhində bildirdi ki, erməni nazirin Qarabağla Qəzza bölgəsini eyniləşdirməsi, bu cür anormal paralel aparması kökündən yanlışdır. Ümumiyyətlə, ermənilər dünyada bütün məsələləri özlərinə uyğunlaşdıraraq daim tarixi saxtalaşdırıblar, yalan məlumatlarla dünya ictimaiyyətini çaşdırmağa çalışıblar. Hətta bilirsiz ki, yəhüdilərin İkinci Dünya  müharibəsində məruz qaldığı soyqırıma, Holokosta uyğun olaraq öz qondarma “soyqırım” məsələlərini ortaya atıb dünya ictimaiyyətini çaşdırmağa cəhd ediblər. Dünya yəhidiləri onların bu hərəkətini həmişə  qınayıb. İndi isə Qarabağla Qəzza bölgəsindəki vəziyyəti eyiləşdirmək cəhdləri tamailə səhvdir.  İkincisi, Qarabağda və digər ərazilərdə yaşayan ermənilər bura “Türkmənçay” müqaviləsindən sonra köçürülüblər, onlar vətəni olmayan xalqdır. Ona görə də, Çar Rusiyası bunlardan istifadə edərək onları işğal etdikləri ərazilərə yayıb. Ermənilər belə tayfadır ki, hara düşsələr oranı özlərinə vətən hesab edirlər. Dünya ictimaiyyətinin də bu məsələni dərindən bilməməsindən istifadə edib belə uyğunsuz paralellər aparırlar. Artıq dünya ictimaiyyəti, o cümlədən hazırkı Ermənistan rəhbərliyi Qarabağın Azərbaycan ərazi olduğunu bildirib. Ermənistanın baş naziri Paşinyan bildirir ki, biz əfsanələr uydurmuş insanların ardınca getməməliyik, reallıqla hesablaşmalıyıq, Qarabağ Azərbaycan torpağıdır, biz öz “tarixi ərazilərimiz”lə bağlı uydurulan o əfsanələrə uyub getməməliyik, konkert olaraq SSRİ parçalanarkən mövcud 29 min kvadrat kilomertlik ərazimizi qoruyub saxlamalıyıq.  Paşinyan özü deyir ki, dünya ictimaiyyətini çaşdırmaqla öz dövlətçiliyimizi də itirə bilərik”-deyən M.Zülfüqarlının sözlərinə görə, artıq Ermənistan rəhbərliyi bu əfsanələrin puç olduğunu bildirsə də, təəssüf ki, yenə də Ermənistanın xarici işlər naziri bu cür sərsəmləmələri davam etdirir. 

“İndiki dövrdə Azərbaycan çoxmilətli ölkə kimi dünyaya nümunədir, Azərbaycanda müxtəlif milli azlıqların nümayəndələri yaşayır, əhalinin 10 faizi milli azlıqlardan ibarətdir. Müxtəlif dinlərə aid abidələr Bakıda və digər ərazilərdə qorunub saxlanılmaqdadır. Hətta Bakının ən görkəmli yerində katolik kilsəsinin inşası da həyata keçirilib. Erməni kilsəsi də paytaxtımızın mərkəzində qorunub saxlanılır. Biz dünyaya tolerantlıq nümayiş etdirən bir dövlət kimi öz nümunəmizi göstəririk, Ermənistan isə monoetnik dövlət kimi yenə də faşist ideologiyasından əl çəkmək istəmir, suları bu cür bulandırmaqda davam edir. Mənə belə gəlir ki, bu cür paralellərin heç bir əsası olmadığı kimi, Ermənistan rəhbərliyi də gələcəkdə ölkənin konstitutsiyasını, gerbini və sairləri dəyişməyə məcbur olacaq. Ermənistan bu cür təxrubatlardan əl çəkməlidir, qonşu Türkiyə və Azərbaycanla normal münasibətlərin yaradılmasında maraqlı olmalıdır. Əks təqdirdə, Ermənistan rəhbərlərinin dediyi kimi, onlar öz dövlətçiliyini itirə bilər” - deyə M.Zülfüqarlı qeyd etdi.

İradə SARIYEVA





Seçilən
46
Mənbələr
Şərh ()
Bağla

Reytinq

“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
21643
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
19414
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
18315
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
17771
Çingiz Mustafayevin toyudur - FOTOLAR
17158
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
17026
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
16198
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
15610
4 ailə üzvünü öldürən polisin mesajları yayıldı - FOTO
12124
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
11299
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
9678
"Zaur, yenə çaşdın..." - VİDEO
8888
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
8633
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
8063
Elçin boşandığını etiraf etdi - FOTOLAR
7615
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
7236
Minimum əmək haqqı nə qədər arta bilər?
7118
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
6456
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
5807