AZ

Parisdə 1 May nümayişi zamanı qarşıdurma baş verdi

Parisdə 1 May nümayişində nümayişçilərlə polis arasında ilk toqquşma baş verib.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, polis iğtişaşçıları mağazanın şüşələrini sındırmasının qarşısını almaq üçün rezin qumbara və gözyaşardıcı qaz qumbaralarından istifadə edib. Qalxan və dəyənəklərlə mobil polis qrupları kütləni hadisə yerindən uzaqlaşdırır. Lakin vandallar avtobus dayanacağını və bir neçə mağazanın vitrinini sındırmağa, zibil qabını yandırmağa müvəffəq olublar.

LCI telekanalının məlumatına görə, nümayiş başlamazdan əvvəl saxlanılanların sayı 25 nəfərə çatıb. Ümumilikdə, 900-dən çox insan üzərində axtarış aparılıb.

Qeyd edək ki, hər il Fransanın hər yerində Beynəlxalq İşçilər Günü münasibətilə nümayişlər keçirilir. 

T.İSMAYIL

Seçilən
38
Mənbələr
Şərh ()
Bağla