AZ

Gürcüstanda “xarici agent” üsyanı – RAKURS

Ölkəni xaosa sürükləyən qanunun qəbulu kimləri narahat edir?

Bir vaxtlar Avropa İttifaqının ayrı-ayrı institutlarının nümayəndələri Cənubi Qafqazda qeyri-hökumət təşkilatlarının sayına görə Gürcüstanı qalan ölkələrə örnək kimi göstərirdilər. Gürcüstan cəmiyyəti də bundan qürrələnən kimi görünürdü. Amma daxili sabitliyin qorunmasında maraqlı olan hakimiyyətlər isə kənar müdaxilələrin ağır fəsadlar verə biləcəyini nəzərə alıb buna ehtiyatla yanaşırdılar. Və təxminlərində heç də yanılmayıblar. Bu gün QHT bolluğundan fəxr duyan Gürcüstanda ara qarışıb, məzhəb itib. Hakimiyyət ölkədə baş verən xaosun başında Qərbin maliyyəsindən asılı olan QHT-lərin olduğunu anlamaqdadır. Bəs Gürcüstan hakimiyyəti bunu nə vaxt anladı?

Tbilisidə Gürcüstan parlamentinin binası qarşısında “Xarici agentlər haqqında” qanun layihəsinə qarşı növbəti aksiya keçiriləndə sirlər çözülməyə başladı. Parlamentdə layihənin müzakirəsi getdiyi vaxtda bir anlıq ara qarışdı. Bir gün əvvəl, aprelin 29-da parlamentin hüquq komitəsi tərəfindən layihə bəyənilsə də bu bəzi “avropalıları” qəflət yuxusundan oyadıb. Deputatlar qanun layihəsinə sona qədər baxmağa vaxt tapmayıblar və prosedurun mayın 1-də davam etdirilməsinə qərar veriblər. Etirazçılar isə oturaq aksiya keçirərək binanın girişini bağlamağa çalışsalar da, polis əvvəlcə onları oradan uzaqlaşdırmağa çalışıbonlara, etirazçılar dirəniş göstərincə güc tətbiq edilib. Tezliklə həbslər başlayıb. Polis əməkdaşlarına xüsusi təyinatlılar da qoşulub.

Məlumata görə, çevik polis etirazçılara qarşı bibər qazından istifadə etməyə başlayıb. Hətta həbslər polislə toqquşmaya çevrilib. “Rustavi 2” telekanalının məlumatına görə, mitinqə müxalifət deputatları da qoşulub. Telekanal həmçinin nümayişçilərlə polis arasında toqquşmaların olduğunu da bildirib. “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsi “Gürcü arzusu” partiyası tərəfindən 2023-cü ilin martında Gürcüstan parlamentinə təqdim edilib. Lakin etirazlara görə qanun layihəsi geri götürülüb. Bu il aprelin əvvəlində layihə yenidən baxılmaq üçün təqdim edilib. Qanun layihəsinə əsasən, xaricdən 20%-dən çox maliyyələşən istənilən təşkilat hər il öz mənbələri və vəsaitdən məqsədli istifadəni göstərən gəlir bəyannaməsi təqdim etməlidir. Qanun layihəsinə qarşı çıxanlar bunun Rusiyanın xarici agentlər qanununa bənzədiyini iddia edirlər.

Etirazçılara qarşı rezin güllələr

Xüsusi təyinatlılar Tbilisidə etirazçılara qarşı rezin güllələrdən və su şırnaqlarından istifadə etməyə başlayıb, Məlumata görə, aksiyanın keçirildiyi yerdə həkimlər zərərçəkənlərə yardım edir. Təhlükəsizlik qüvvələri etirazçıları Rustaveli prospektindən sıxışdırmağa başlayıb. Mitinq iştirakçıları təhlükəsizlik qüvvələrinə şüşə və daş atırlar. Gürcü xüsusi təyinatlılarının izdihamı su şırnaqları və gözyaşardıcı qazla dağıtması əks olunub. “Rustavi 2” televiziya kanalı təhlükəsizlik qüvvələri ilə etirazçılar arasında “fiziki qarşıdurma” olduğunu bildirib. Gürcüstan Daxili İşlər Nazirliyi bildirib ki, departament əməkdaşları “hüquqi tədbirlər görməyə” başlayıblar, çünki “hərəkət qanundan tamamilə kənara çıxıb” və “zorakılığa çevrilib”.

2024-cü ilin aprelində “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsi baxılmaq üçün yenidən parlamentə təqdim edilib. Layihə ikinci oxunuşda qəbul edilib. Tbilisidə parlament binası yaxınlığında mitinqlər aprelin 15-də başlayıb. Gürcüstan prezidenti Salome Zurabişvili buna veto qoyacağını vəd edib. Mayın 1-də deputatların üçüncü oxunuşda baxacaqları qanun layihəsini müxalifət Rusiyaya oxşar adlandırıb.

Gürcüstan Səhiyyə Nazirliyi Tbilisidə parlamentin qarşısında keçirilən aksiyalar zamanı üç polis əməkdaşının yaralandığını bildirib. Bundan əvvəl media polislə etirazçılar arasında toqquşmalardan yazıb. Mitinq yerinə kifayət qədər çoxlu sayda təcili yardım briqadası cəlb edilib və tibb işçiləri “vətəndaşları bütün lazımi dərmanlarla təmin edir”. Xəsarət alan 3 polis əməkdaşı xəstəxanaya yerləşdirilib. Xəsarət alan etirazçılar barədə məlumat verilməyib. Bundan əvvəl Rusiya və Gürcüstan KİV-lərinin müxbirləri xüsusi təyinatlıların etirazçılara qarşı rezin güllə, su şırnaqları və gözyaşardıcı qazdan istifadə etməyə başladığını yazmışdılar. Yaralanan nümayişçilər barədə məlumat verilir.

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin müxalifət partiyası olan Vahid Milli Hərəkat Partiyasının sədri Levan Xabeişvili Tbilisidə keçirilən aksiyada həbs olunub və polis əməkdaşları tərəfindən döyülüb. Bu barədə “Mtavari Arkhi” telekanalı məlumat yayıb. Telekanal Levan Xabeişvilinin fotosunu dərc edib. Kişinin üzündə çoxsaylı hematomlar görünür. “Mtavari Arxi” müxalifətçinin həbsi zamanı xüsusi təyinatlılar tərəfindən döyüldüyünü iddia edib. O, xəstəxanaya yerləşdirilib.

“Levan Xabeişvilinin xüsusi təyinatlılar tərəfindən yaralanan gənclərdən birinə kömək etmək istəyərkən necə oğurlanmasının şahidləri var. Bu zaman xüsusi təyinatlılar onu mühasirəyə alıb və həbs ediblər”, - deyə Xabeişvilinin partiya yoldaşı Levan Bejaşvili telekanala bildirib.

Yenə Zurabişvili...

Aprelin 30-da axşam saatlarında Tbilisidəki mitinq yenidən gərginləşib - xüsusi təyinatlılar nümayişçilərə qarşı rezin güllələr, gözyaşardıcı qaz və su şırnaqlarından istifadə etməyə başlayıblar. Buna cavab olaraq etirazçılar təhlükəsizlik qüvvələrinə şüşə atıblar və dava ediblər. Media nümayişçilər arasında itkilər olduğunu bildirir, onların sayı məlum deyil. Gürcüstan prezidenti Salome Zurabişvili polisin hərəkətlərini pisləyib və videomüraciətində Gürcüstan Daxili İşlər Nazirliyinin rəhbəri Vaxtanq Qomelaurini etirazçılara qarşı güc tətbiqini dayandırmağa çağırıb. Bundan əvvəl media xüsusi təyinatlıların nümayişçilərə qarşı rezin güllə, su şırnaqları və gözyaşardıcı qazdan istifadə etməyə başladığını yazmışdı.

Zurabişvili müraciətində etiraz aksiyasını “dinc” və təhlükəsizlik qüvvələrinin güc tətbiqini “qeyri-mütənasib” adlandırıb. O, həmçinin Gürcüstanın ictimai müdafiəçisi Levan İoselianiyə mitinqin dağıdılması zamanı polisin “heç bir təhlükə yaratmayan” hərəkətlərinə cavab verilməsi xahişi ilə müraciət edib. “Tbilisidə dinc etirazçılara qarşı tamamilə əsassız və qeyri-mütənasib güc tətbiqi davam edir. Gürcü xalqı dinc etiraz etmək hüququndan məhrumdur”, - deyə xanım Zurabişvili yazıb.

Tbilisidə hüquq-mühafizə orqanları xarici agentlər haqqında qanun layihəsinə etiraz edənlərdən 63-ünü saxlayıb. Bunu Gürcüstanın daxili işlər nazirinin müavini Aleksandr Daraxvelidze deyib. O, həmçinin bildirib ki, hüquq-mühafizə orqanlarının 6 əməkdaşı ağır yaralanıb, Daxili İşlər Nazirliyinin əməkdaşlarına hücum edənlərə qarşı cinayət işi açılıb. “Gürcüstan Daxili İşlər Nazirliyinin əməkdaşları Rustaveli prospektində keçirilən aksiyada 63 nəfəri xırda xuliqanlıq və polis əməkdaşının qanuni tələblərinə tabe olmadıqları üçün saxlayıblar. Aksiya iştirakçılarının zorakılıq hərəkətləri nəticəsində 6 polis əməkdaşı müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb”, - deyə cənab Daraxvelidze bildirib.

Hadisənin təxmini təfərrüatını verməkdə məqsədimiz var. Sifarişin icraçıları bəllidir və onlar xaricdən aldıqları maliyyə vəsaitlərinin hara və necə xərclənəcəyini hökumətlə bölüşmək istəmirlər. Hakimiyyət isə hər kəsin qanun qarşısında bərabər olduğunu xatırlatmaqla yanaşı xarici mənbələrdən əldə edilən pulun mənbəyinin şəffaflığını istəyir. Təbii ki, pulu-paranı göndərən təşkilat onun hara xərclənəcəyi barədə hesabatı onlardan tələb etməklə yanaşı, həm də onları istiqamətləndirir. Müxtəlif sektorların və ümumiyyətlə ölkə ictimaiyyətinin hansı istiqamətə yürüyəcəyini də o mərkəzlər idarə edir. Beləliklə, Gürcüstan bu gün xarici agentlərin işğalı altındadır, hökumət “demokratik dəyərləri formalaşdıran” QHT sektorunun sözdə Gürcüstanla, əməldə isə xarici dövlətlərin xüsusi xidmət orqanları ilə birgə fəaliyyət göstərdiyinin fərqindədir.

Yəqin ki, oxucular Gürcüstandan verilən məlumatlarda prezident Salome Zurabişvili ilə hökumət arasında böyük ziddiyyətlərin olduğu görməmiş deyil. Bəs dövlətin iki strukturu arasında qarşıdurma niyə bu həddə çatıb. Yadınızdadırsa hələ bir il bundan əvvəl Gürcüstan Parlamentində Zurabişviliyə etimadsızlıq müzakirəyə çıxarılmışdı. Məsələ o qədər ciddi xarakter almışdı ki, hətta prezidentin həbs olunacağı da ortalarda dolaşırdı. Son anda hansısa əl Gürcüstanda prosesin axarını dəyişə bildi və etimadsızlıq məsələsi gündəmdən çıxarıldı, əvəzində Salome Zurabişviliyə hökumətin nəzarəti gücləndirildi. Əslində Gürcü hökuməti həmin vaxt hədəfi düz tapmışdı, bütün baş verənlərin başında prezidentin dayandığını dəqiqləşdirmişdi. Bu gün Zurabişvilinin “xarici agentlər haqqında” qanun layihəsinə bu sayaq münasibət göstərməsi, etirazçılarla birlik nümayişi onun bir nömrəli agent olduğuna işarədir.

V.VƏLİYEV

Seçilən
10
Mənbələr
Şərh ()
Bağla

Reytinq

“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
21917
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
19465
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
18345
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
17811
Çingiz Mustafayevin toyudur - FOTOLAR
17341
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
17178
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
16267
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
15663
4 ailə üzvünü öldürən polisin mesajları yayıldı - FOTO
12179
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
11324
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
9882
"Zaur, yenə çaşdın..." - VİDEO
8907
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
8747
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
8092
Elçin boşandığını etiraf etdi - FOTOLAR
7670
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
7315
Minimum əmək haqqı nə qədər arta bilər?
7126
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
6496
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
5830