AZ

BMU ilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi arasında əməkdaşlıq məsələləri müzakirə olunub

Xırdalan, 1 may, AZƏRTAC

Bakı Mühəndislik Universitetində (BMU) Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) nümayəndə heyəti ilə görüş keçirilib.

Bu barədə AZƏRTAC-a universitetdən bildirilib. BMU ilə RİNN arasında nəqliyyatın idarə edilməsi sahəsində əməkdaşlıq imkanlarının müzakirəsi məqsədi daşıyan görüşdə rektor Yaqub Piriyev nazirliklə yüksək səviyyədə qurulan sıx əlaqələrdən söz açıb. RİNN yanında Elektron Təhlükəsizlik Xidməti, nazirliyin tabeliyində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ilə BMU-da keçirilən görüşlərdə müzakirə edilən istiqamətləri xatırladan rektor xüsusən ali təhsil müəssisəsinin tələbə və müəllim heyətinin müxtəlif texnoloji layihələrə cəlbində və iştirakında dəstəyi yüksək dəyərləndirib.

Son dövrlər nəqliyyatın idarə edilməsi üzrə ölkədə həyata keçirilən tədbirlərə toxunan Yaqub Piriyev bu sahədə səmərəli və keyfiyyətli xidmətlərin təşkili baxımından nəzəri və təcrübi biliklərin birləşdirilməsinin əhəmiyyətini, həmçinin uğurlu elmi yanaşmanın tətbiqi məqsədilə nazirliklə ali təhsil müəssisəsi arasında əməkdaşlığın mümkünlüyünü önə çəkib.

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri, Nəqliyyatı Əlaqələndirmə Şurasının katibi Aida Bədəlova universitetlə sözügedən istiqamətdə əlaqələrin qurulmasına və dərinləşdirilməsinə böyük önəm verdiklərini vurğulayıb. Nəqliyyat sisteminin koordinasiyalı fəaliyyəti, eyni zamanda, yol və nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi ilə bağlı görülən işlərdən danışan nazirlik rəsmisi nəqliyyat sisteminin tənzimlənməsi məqsədilə rəqəmsal əkizin (fiziki obyekti dəqiq əks etdirmək üçün nəzərdə tutulmuş obyekt və ya sistemin virtual təsviri) hazırlandığını da deyib.

RİİN-in Nəqliyyat sahəsinin tənzimlənməsi şöbəsinin müdiri Vasif Əmiraslanov, şöbənin baş məsləhətçisi Rauf Səfərovun da iştirak etdiyi görüşdə tərəfləri maraqlandıran konkret sahələr üzrə geniş fikir mübadiləsi aparılıb, gələcək əməkdaşlığın ilkin istiqamətləri müəyyənləşdirilib.

Seçilən
29
1
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Bakıda hoteldə yanğın başlayıb
1081
Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
709
Sabah 5 kəndin qazı kəsiləcək
517
Bu yol qovşağında təmir işləri aparılacaq
470
AFFA "Karvan"a bu qədər cəza "yüklədi"
418
Bakıda 84 yaşlı kişi bərbərxanada dünyasını dəyişib - Məhkəmə qərar verdi
307
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
266
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
245
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
228
Bakıda 9 otaqlı evdə yanğın baş verib
213
"Qarabağ"ın Norveçdəki oyundan əvvəl son məşqi Bakıda olacaq
209
Çingiz Mustafayevin toyudur - FOTOLAR
170
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
162
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
161
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
123
Gözəllik salonunda işləyən qadınların başına görün taksidə nə iş gəldi: Biri öldü - VİDEO
109
Prezident İlham Əliyev Slovakiyanın Baş nazirinə sui-qəsdlə bağlı paylaşım edib
74
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
73
32 il əvvəl həyat yoldaşı tərəfindən tərk edilən Aybəniz Məsimova sosial müavinət ala bilmir - VİDEO
70
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
62