AZ

“GreenTech” startap və yaşıl texnologiyalar” müsabiqəsi keçirilib

Gəncə, 1 may, AZƏRTAC

Azərbaycan Texnologiya Universitetində “GreenTech” startap və yaşıl texnologiyalar” müsabiqəsi keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə elan edilmiş “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində baş tutub.

Yarış Azərbaycan Texnologiya Universitetinin təşkilatçılığı, Təhsilin İnkişafı Fondunun, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin, Kapital Bankın, “Bir” Tələbə-Könüllü Təşkilatının, “Azersun”un, “ATS Food” və “AzGranata”nın dəstəyi ilə həyata keçirilib.

Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin rəhbərliyi, Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov, Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektor əvəzi Vazeh Əkbərov, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin Səriştələrin inkişafı departmentinin müdiri Fatimə Ələkbərova, “Bir” Tələbə-Könüllü Təşkilatının rəhbəri Leyla Zeynalova və universitetin kollektivi iştirak ediblər.

Azərbaycan Texnologiya Universitetinin rektor vəzifəsini müvəqqəti icra edən Yaşar Ömərov çıxış edərək müsabiqənin bölgədə bir ilk olduğunu, tələbələrin elmi-innovativ təşəbbüslərinin reallaşmasına, eləcə də təşviqinə şərait yaratdığını bildirib.

Digər çıxış edənlər müsabiqə iştirakçılarına uğurlar arzu ediblər.

Daha sonra yarışa təqdim olunan layihələrdən ibarət stendlərə baxış keçirilib.

Müsabiqədə 17 universitetin 200 tələbədən ibarət 60-dan çox komandası 5 kateqoriya üzrə mübarizə aparıb. Robototexnika, Mexatronika, Enerji sistemləri mühəndisliyi, İnsanlıq naminə texnologiyalar, Davamlılıq üçün Sİ olmaqla hər kateqoriya üzrə 3 yer müəyyənləşib. Münsiflər heyətinin dəyərləndirməsindən sonra yarışın qalib komandaları sertifikat və qiymətli hədiyyələrlə mükafatlandırılıb.

 

Seçilən
24
Mənbələr
Şərh ()
Bağla

Reytinq

“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
21925
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
19465
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
18346
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
17811
Çingiz Mustafayevin toyudur - FOTOLAR
17346
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
17182
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
16268
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
15663
4 ailə üzvünü öldürən polisin mesajları yayıldı - FOTO
12179
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
11324
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
9882
"Zaur, yenə çaşdın..." - VİDEO
8907
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
8751
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
8092
Elçin boşandığını etiraf etdi - FOTOLAR
7670
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
7315
Minimum əmək haqqı nə qədər arta bilər?
7126
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
6496
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
5830