AZ

Talassemiyalı uşaqların ailələrindən 1 milyon alan qadınlardan biri də həbs edildi

Talassemiyadan əziyyət çəkən uşaqlar üçün toplanmış pulları ələ keçirməkdə ittiham olunan “Urmedhelp” və “My Doc Tour” adlı şirkətlərin sahibi Nuridə Seyidova və iki işçisi - Aynur Bayramova və Aysel Məmmədovanın cinayət işi üzrə məhkəmə araşdırması davam edir.

“Qafqazinfo” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda zərərçəkmiş şəxslər vəsatət qaldıraraq ev dustaqlığında olan Aynur Bayramovanın da həbs edilməsini tələb ediblər. Onlar bunu ziyanın ödənilməsinin gecikməsi ilə əlaqələndiriblər.

Azad Məcidovun sədrlik etdiyi hakimlər heyəti zərərçəkmişlərin vəsatətini əsaslı sayıb.

Qərara əsasən, A.Bayramova məhkəmə zalında həbs edilib. Bundan sonra tərəflər arasında mübahisə yaranıb. A.Bayramova xərçəng xəstəliyindən əziyyət çəkən övladının olduğunu deyərək etiraz edib.

Prosesə ara verilib.

***

Həbs edilən A.Bayramovanın vəziyyəti pisləşdiyinə görə proses təxirə salınıb.

Müttəhim konvoyun köməyi ilə cəzaçəkmə müəssisəsinə göndərilib.

Qeyd edək ki, prokuror qətimkan tədbirinin həbslə əvəz edilməsinə ehtiyac görməyib. Lakin hakimlər şəxsin həbsini uyğun bilib.

Xatırladaq ki, talassemiyalı xəstələrin valideynlərinin Daxili İşlər Nazirliyinə müraciətindən sonra ötən ilin fevralında cinayət işi başlanılıb. Müəyyən edilib ki, Nuridə Seyidova digərləri ilə əlbir olaraq 36 nəfər talassemiya xəstəsinin valideynlərinin etibarından sui-istifadə edərək həmin şəxslərin övladlarını Türkiyədə müalicə etdirmək adı ilə 1 milyon manata yaxın dələduzluq edib. Təqsirləndirilən şəxslərdən Nuridə Seyidova həbsdədir. Digərləri haqda həbsə alternativ qətimkan tədbiri seçilib.

Sail Ağasəlim

Seçilən
36
7
Mənbələr
Şərh ()
Bağla

Reytinq

“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
20152
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
19161
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
18170
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
17521
Çingiz Mustafayevin toyudur - FOTOLAR
16309
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
16077
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
15974
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
15284
4 ailə üzvünü öldürən polisin mesajları yayıldı - FOTO
11799
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
11219
"Zaur, yenə çaşdın..." - VİDEO
8798
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
8056
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
7924
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
7723
Elçin boşandığını etiraf etdi - FOTOLAR
7368
Minimum əmək haqqı nə qədər arta bilər?
7017
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
6885
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
6169
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
5704