AZ

Azərbaycan cəmiyyəti əsrlər boyu tolerantlığı, qarşılıqlı hörməti, dostluq və tərəfdaşlığı qoruyub

May ayının 1-də Bakıda “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu öz işinə başlayıb. 100-dən çox ölkəni təmsil edən 700 mötəbər qonağın iştirak etdiyi Forumda AZərbaycan Prezidenti cənab İlham Əliyev iştirak edib.
Qeyd edilməlidir ki, Azərbaycan əsrlər boyu müxtəlif mədəniyyətlərin, etnik qrupların və dinlərin nümayəndələrinin birgə yaşayıb-yaratdığı və təmasda olduğu bir məkandır. Multikulturalizmi həyat tərzinə, həm də siyasətinin mühüm elementinə  çevirən Azərbaycanın bugünkü sürətli inkişafı  məhz bu mədəni irsimizə və cəmiyyətimizin bütün nümayəndələrinin nümayiş etdirdiyi həmrəyliyə əsaslanır. Həm İslam Əməkdaşlıq Təşkilatı, həm də Avropa təsisatlarına eyni zamanda üzv olan nadir ölkələrdən biri olan Azərbaycan dünya miqyasında mədəniyyət və dinlərarası münasibətlərin qurulmasında və dialoq üçün imkanların yaradılmasında  önəmli rol oynayır. Hətta 2008-ci ildən Prezident İlham Əliyevin təşəbbüsü ilə  müxtəlif qitələrdə yaşayan fərqli etnik, mədəni, dini və linqvistik mənsubiyyəti olan ayrı-ayrı insanlar və qruplar arasında qarşılıqlı anlayış çərçivəsində səmimiyyət və hörmətə əsaslanan fikir mübadiləsi üçün “Bakı Prosesi” adlı  platforma  da təşkil olunub.
“Bakı Prosesi” çərçivəsində indiyədək beynəlxalq aləmdə müxtəlif mədəniyyətlərin qovuşduğu məkan kimi tanınan paytaxtımız bir sıra tədbirlərə – Bakı Beynəlxalq Humanitar Forumuna,  Dünya Dini Liderlərinin Sammitinə, Birləşmiş Millətlər Təşkilatı Sivilizasiyalar Alyansının Qlobal Forumuna, o cümlədən mədəniyyətlərarası dialoq sahəsində beynəlxalq və qlobal səviyyədə yeganə platforma olan Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna  ev sahibliyi edib. Bu baxımdan Azərbaycan həm daxildə, həm də xaricdə qarşılıqlı anlaşma və əməkdaşlığa söykənən siyasət yürüdür. 2011-ci ildən indiyədək ölkəmizdə beş Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu təşkil olunub. Amma qlobal pandemiya ilə əlaqədar bu Forumun işində fasilə yaranmışdı.
Mayın 1-də öz işinə başlayan “Sülh və qlobal təhlükəsizlik naminə dialoq: Əməkdaşlıq və qarşılıqlı əlaqələr” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Heydər Əliyev Fondunun dəstəyi və ənənəvi olaraq Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının (UNAOC), UNESCO-nun, İSESCO-nun və BMT-nin Ümumdünya Turizm Təşkilatının tərəfdaşlığı ilə baş tutub. Tədbirdə dünyanın müxtəlif ölkələrindən ümumilikdə 100-dən çox ölkəni təmsil edən 700 mötəbər qonağın, o cümlədən 60-a yaxın ölkənin mədəniyyət nazirliklərinin, 28 beynəlxalq təşkilatın nümayəndələri  iştirak ediblər.
Forumunun açılış mərasimində çıxış edən Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan əsrlər boyu mədəniyyətlərin qovuşduğu məkan olub. Ölkəmizin coğrafi mövqeyi, Şərq ilə Qərb arasında yerləşməsi bu tendensiyaya imkan yaradıb. Forumunun açılış mərasimindəki çıxışında ölkəmizin başçısı qeyd edib ki, “Çoxmədəniyyətli və böyük etnik müxtəlifliyə malik Azərbaycan cəmiyyəti əsrlər boyu mühüm dəyərləri – tolerantlığı, qarşılıqlı hörməti, dostluq və tərəfdaşlığı qoruyub. Azərbaycanda müxtəlif etnik qrupların və dinlərin təmsilçiləri bir ailə kimi yaşayır. Onlar Azərbaycanın dəyərli vətəndaşları, bizim dövlətimizin, dövlətçiliyimizin əsl vətənpərvər insanlarıdır. Biz bu müsbət tendensiyaları, mədəni dialoqu və mədəni müxtəlifliyi gücləndirməliyik. Bütün bunlar əsrlərdən gələn nemətdir”, – deyə dövlətimizin başçısı vurğulayıb.
Prezident İlham Əliyev bu ilin noyabr ayında Bakıda keçiriləcək COP29-la bağlı məlumat verdi. “Azərbaycan yekdil qərarla COP29-a ev sahibliyi edəcək ölkə kimi seçildi. Biz indi öz rolumuzu körpülərin salınmasında görürük”. Tariximiz, coğrafiyamız, qarşılıqlı əlaqələrimiz, Avropa təsisatları ilə münasibətlər, eyni zamanda, coğrafi baxımdan Qərb ilə Şərq arasında yerləşməyimiz sayəsində çox işlər görə biləcəyimizi xatırladan dövlətimizin başçısı deyib: “Maliyyə COP29-un əsas mövzusu olacaq. Amma bizə həmrəylik və qarşılıqlı etimad lazımdır”.
Mayın 3-dək davam edəcək VI Forum çərçivəsində dünyada baş alıb gedən haqsızlıqlara, ayrı-seçkiliyə, ksenofobiyanın və ekstremizmin bütün formalarına qarşı açıq-aydın mesaj göndəriləcək, tərəfdaşlıq, həmrəylik və əməkdaşlıq gücləndiriləcək, nəticədə mədəniyyətlər arasında növbəti körpü yaradılacaq.
Yeri gəlmişkən qeyd edək ki, üç gün davam edəcək Forum çərçivəsində 12 panel müzakirə və 4 plenar sessiyanın keçirilməsi nəzərdə tutulur. Forumda təhsil, gənclər, iqlim dəyişikliyi, süni intellekt, mədəni irsin mühafizəsi, dini müxtəlifliyin qorunması, qanunsuz miqrasiya və digər məsələlər müzakirə ediləcək. Forum iştirakçılarının işğaldan azad edilmiş ərazilərə səfəri də gözlənilir. Bu çərçivədə Ağdam və Şuşada iki xüsusi panel sessiyanın da keçirilməsi nəzərdə tutulur. Bununla tədbir iştirakçıları işğaldan azad edilmiş ərazilərimizdə  erməni vandalizminin vəhşiliklərini görməklə yanaşı, aparılan yenidənqurmanın şahidi ola biləcəklər. Bu, şübhəsiz, Çənubi Qafqazda sülhün bərqərar olması məqsədilə bütün imkanlarından yararlanan və bu istiqamətdə yorulmadan çalışan Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında önəmli rol oynayacaq.
Başqa sözlə desək, VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu  Azərbaycanın işğaldan azad etdiyi ərazilərdən beynəlxalq ictimaiyyətə müraciət üçün bir platformaya da çevriləcək. Bir sözlə, Forumun nəticələri çox müsbət olacaq və bu mötəbər tədbir mədəniyyətlərarası dialoqun inkişafı üçün yeni imkanlar olacaq.

Adil Hüseynov – Azərbaycan Dövlət İqtisad Universitetinın dosentı, iqtisadiyyat üzrə fəlsəfə doktoru

Seçilən
32
Mənbələr
Şərh ()
Bağla

Reytinq

“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
22073
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
19500
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
18378
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
17842
Çingiz Mustafayevin toyudur - FOTOLAR
17426
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
17290
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
16293
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
15697
4 ailə üzvünü öldürən polisin mesajları yayıldı - FOTO
12204
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
11335
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
10016
"Zaur, yenə çaşdın..." - VİDEO
8922
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
8828
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
8111
Elçin boşandığını etiraf etdi - FOTOLAR
7692
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
7345
Minimum əmək haqqı nə qədər arta bilər?
7135
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
6541
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
5865