AZ

Rusiya Dövlət Dumasında məmurların seksual oriyentasiyasını yoxlamaq təklif edildi

 
"Mənim iki oğlum var və onların müəllimlərindən kimsənin qeyri-ənənəvi seksual dəyərləri təmsil etməsinə qarşı olmuşam və olacağam..."
 
Rusiya Dövlət Dumasının deputatı Aleksandr Xinşteyn məmurların vəzifəyə təyin olunmazdan öncə seksual oriyentasiyasını yoxlamağı təklif edib. 
 
Moderator.az xəbər verir ki, bu barədə "topnews.ru" nəşri yazıb.
 
"Mən belə yoxlamada hər-hansı qəbahət və pis bir şey görmürəm", - o, deyib və belə intim yoxlamanın hansı üsulla aparılacağını dəqiqləşdirməyib.
 
Rusiyalı qanunvericinin sözlərinə görə, uşaqlar və gənclərin tərbiyəsi ilə birbaşa bağlı olan müəssisələr və hakimiyyət orqanları  LGBT nümayəndələri üçün "əlçatmaz zonalar" olmalıdır.
 
"Ənənəvi ailə dəyərlərinin müdafiəsi dövlət siyasətinin postulatlarından biridir və bununla məşğul olan insanlara xüsusilə diqqət yetirmək lazımdır", - deputat bəyan edib.
 
"Mənim iki övladım var. Mən oğlanlarımın müəllimlərindən kimsənin qeyri-ənənəvi seksual dəyərləri təmsil etməsinə qarşı olmuşam və olacağam", - o, əlavə edib.
 
Son zamanlar Xinşteyn Rusiya isteblişmenti nümayəndələri arasında qeyri-ənənəvi seksual münasibət mövzusunu xüsusi canfəşanlıqla qabardır.
 
Aprelin 20-də o, özünün "Teleqram-kanal"ında dərc etdiyi postunda Samara Dövlət Dumasının vitse-spikeri Aleksandr Jivaykini hömöseksuallıqda şübhəli bilib.
 
Jivaykinin dərc etdiyi fotoşəkillərin birində əl dırnaqlarında olan çəhrayı boya Xinşteynin xoşuna gəlməyib.
 
Dövlət Dumasının deputatı həmçinin "Jivaykinin qeyri-ənənəvi oriyentasiyalı gənclərlə birgə şəkil çəkdirməsinə qəribə meylini" sezib.
 
Bundan öncə Samara vilayəti gənclər siyasəti naziri Sergey Burtsev Xinşteynin onu tabeçiliyində olanlarla eynicinsli əlaqədə olduğu ittihamlarından sonra istefa verib.
 
Deputat iddia edib ki, Burtsev öz əməkdaşı ilə mehmanxanaların birində bir həftə vaxt keçirib.
Seçilən
43
Mənbələr
Şərh ()
Bağla