AZ

Aşıqların qalmaqalı böyüyür: "Yoldaşıma deyib ki, "sənin arvadın ağzının danışığını bilmir"

“Mən Telli barədə pis heç nə deməmişəm, pis mənada söz demədim ona".

Bu sözləri Bakıvaxtı.az-a açıqlamasında Aşıq Zülfiyyə İbadova Telli Borçalının onun ünvanına səsləndirdiyi iddialara cavab verərkən deyib.

Telli Borçalıyla zarafat etdiyini və onu digər həmkarlarından daha çox istədiyini bildirən Aşıq Zülfiyyə olanlardan təəssüfləndiyini qeyd edib:

"Axşamüstü Telli xanımla bir yerdə olmuşduq, sazı da yaddan çıxıb orada qalmışdı. Bu problem deyil, hamımızın başına gələ bilər. Efirdə məndən soruşdular ki, "sazın kimə ümidli olmasın?" Mən də axşamkı söhbət yadıma düşdü deyə güldüm və dedim ki, "Telliyə. Axşamüstü sazı yaddan çıxıb, bizdə qalmışdı". Bundan sonra güldüm. Mən onu təhqirmi etmişəm? Yoxsa söymüşəm? Bəlkə ona artıq-əskik söz demişəm, ya dünya dağılıb? Bu sözləri Telli mənim üçün desəydi, mən ən azından deyərdin ki, "əcəb eləmişəm, sazımı da orada qoyaram, çantamı da. Ora bizim hər zaman yığıldığımız ocaqdır". Mən belə deyərdim, amma o tam əksini dedi".

Aşıq Zülfiyyə həmkarı ilə aralarındakı anlaşılmazlıqdan sonra ona zəng vuraraq bu açıqlamanın zarafat olduğunu bildirib:

"Mən ona zəng edib hər şeyi izah elədim. Dedim ki, başılığa "aşıq Zülfiyyə Tellini biabır elədi" yazıblar. Bu da məni narahat elədi. Mən bilsəm belə anlaşılacaq, heç deməzdim. Mən bunu ərk edib, zarafat kimi demişəm. Durub mənə deyəsən ki, "nə zarafat, sənin mənə qarşı kinin var imiş". Bircə kəlmə qayıtdım ki, "əgər sözlərim sənin xətrinə dəyibsə, səndən üzr istəyə bilərəm". Nətər olur ki, sən mənə bütün gün "a dınqıla, a dınqıla" deyə müraciət edə bilirsən. Mən də gördüm ki, bunun mənə qarşı içində aqressiya var imiş. Mən belə bilməzdim".

O, yaşananlardan sonra həmkarını bloka atdığını bildirib:

"Mən uzatmağı xoşlamıram, mənə qarşı aqressiyası var imiş. Buna görə də bloka qoydum onu. Mən elə şeyi xoşlamıram axı. Biz milyon dənə zarafat etmişik. Bunu hər kəs təsdiqləyə bilər. Mənim şahidlərim də çoxdur. Mənə deyirdilər ki, Telli gedir hər yerdə oranı pisləyir. Mənə çox şeylər deyirdilər. Mən də bunu ciddi qəbul etmirdim. Nə olar ki, başqa yeri bəyənə bilər. Bu, onun şəxsi işidir. Əksinə, həmişə ora gələndə biz onu yaxşı qarşılamışıq. Demişik, gülmüşük, çalmışıq, oxumuşuq".

Aşıq Zülfiyyənin sözlərinə görə, yaşananlardan sonra aşıq Telli Zülfiyyənin həyat yoldaşına zəng vurub:

"Mənim yoldaşıma zəng vurub deyib ki, "Sənin arvadın ağzının danışığını bilmir". Bu kimi sözlər mənə xoş gəlmədi. Amma o, mənim haqqımda danışsa idi, mən nə onun qardaşına, nə də kimsəsinə zəng edib, nəsə deməzdim. Hər kəs bilir ki, mənim kiminləsə problemim yoxdur, olmayıb da. Mən də sözü uzatmamaq xatirinə susdum. Mənə deyib ki, "danışa bilmirsənsə, mumla". Mən mumlayacaq nə etmişəm? Təhqir etmişəm? Mən dediklərimi zarafata demişəm və hətta bu zarafata görə də üzr istəmişəm. Əgər bunun qarşısında o nəsə deyirsə, özü bilər. Şəxsiyyətinə sığışdırırsa, danışsın, Onun mənə qarşı başqa aqressiyası var. Mənə dedilər yəqin ki, paxıllıqdır, gözü götürməzlikdir. Mən də etiraz etdim ki, niyə belə danışırsınız, elə bir şey ola bilməz".

Xatırladaq ki, Telli Borçalı bu gün "Rəngarəng səhər" verilişində qonaq oalrkən həmkarı aşıq Zülfiyyə İbadovanın ünvanına xoşagəlməz sölər işlədib. O, həmkarını yalan danışmaqda ittiham edib.

Ziyafət Əlisoy

Seçilən
78
24
Mənbələr
Şərh ()
Bağla