AZ

“Keyfiyyət portalı”nda yeni xidmət - İSTİFADƏYƏ VERİLİB

Standart nümunələrin və ya ölçmə vasitələrinin tipinin təsdiq edilməsi haqqında sertifikatların əldə olunması ilə bağlı müraciətlər “Keyfiyyət portalı” (e-keyfiyyet.gov.az) vasitəsilə elektron qaydada qəbul ediləcək.

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən FED.az-a bildirilib ki, Azərbaycanda texniki tənzimləmə, standartlaşdırma, metrologiya və akkreditasiya sahəsində rəqəmsallaşmanın təşkili məqsədilə cari ilin aprelin 1-dən “Keyfiyyət portalı” (e-keyfiyyet.gov.az) real rejimdə istifadəyə verilib. İlkin mərhələdə portal vasitəsilə ölçmə vasitələrinin yoxlanılması haqqında şəhadətnamələrin, ölçmə vasitələrinin kalibrlənməsi haqqında sertifikatların, yoxlama və kalibrlənmə nişanlarının, yararsızlıq haqqında bildirişlərin verilməsi, o cümlədən ləğv edilməsi, inspeksiya orqanının rəylərinin verilməsi, sınaq laboratoriyalarında aparılmış tədqiq (sınaq) nəticələrinə dair protokolun verilməsi və digər aidiyyəti xidmətlər elektronlaşdırılıb.

May ayından etibarən isə "Keyfiyyət portalı"na daha bir xidmət əlavə olunur. Belə ki, mayın 1-dən etibarən ölçmə vasitələrinin idxalı və ya dövriyyəsi ilə məşğul olan, o cümlədən onları istismar edən fiziki və hüquqi şəxslər standart nümunələrin və ölçmə vasitələrinin tipinin təsdiqi barədə sertifikatların əldə olunması üçün “Keyfiyyət portalı” vasitəsilə müraciət edə bilərlər.

Müraciətlərin elektron qaydada edilməsi sahibkarlara gömrük rəsmiləşdirməsi zamanı prosedurların sürətli həyata keçirilməsi və xidmətdən qısa müddətdə yararlanmaq imkanı təmin edəcək. Sertifikatların verilməsi “Bakı KOB evi”ndə ənənəvi qaydada həyata keçiriləcək.

Qanunvericiliyə əsasən, ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsinə aid olan sahələrdə tətbiq edilən standart nümunələrin və ya ölçmə vasitələrinin tipi təsdiq edilməlidir. Ölçmə vasitələrinin tipinin təsdiq edilməsi ölçmələrin obyektiv, etibarlı və müqayisə edilə bilən nəticələrinin əldə edilməsinə xidmət edir. Tip təsdiq edilərkən onların dəqiqlik göstəriciləri, yoxlamalararası intervalı və yoxlama metodikası müəyyən edilir. Standart nümunələrin və ya ölçmə vasitələrinin tipi 5 il müddətinə verilən sertifikatla təsdiqlənir.

Seçilən
85
7
Mənbələr
Şərh ()
Bağla

Reytinq

“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
21249
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
19349
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
18281
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
17685
Çingiz Mustafayevin toyudur - FOTOLAR
16913
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
16749
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
16109
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
15542
4 ailə üzvünü öldürən polisin mesajları yayıldı - FOTO
12033
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
11277
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
9299
"Zaur, yenə çaşdın..." - VİDEO
8875
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
8409
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
8009
Elçin boşandığını etiraf etdi - FOTOLAR
7540
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
7178
Minimum əmək haqqı nə qədər arta bilər?
7095
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
6383
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
5777