AZ

“Şəhərdən kəndə” layihəsi üzrə aqroturizm təsərrüfatları yaradılır

Lənkəran və Astara rayonlarında “Şəhərdən kəndə” layihəsi üzrə aqroturizm təsərrüfatları yaradılır.

Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, Lənkəranın Osaküçə kəndində aqroturizm təsərrüfatının yaradılması istiqamətində dəstək göstərilib. 1 hektar ərazisi olan təsərrüfatda sitrus meyvələri, tərəvəz məhsulları əkilib, mal-qaraçılıqla məşğul olunur. Dəstək tədbirləri çərçivəsində təsərrüfatda turistlərə xidmət göstərilməsi üçün ləvazimatlar təqdim edilib.

Layihə çərçivəsində Astaranın Motlayataq kəndində yerləşən təsərrüfata da müxtəlif avadanlıqlar təqdim edilib. Ərazisi 2 hektar olan təsərrüfatda arıçılıq, bağçılıq, maldarlıqla məşğul olunur.

Qeyd edək ki, “Şəhərdən kəndə” layihəsinin məqsədi ölkədə aqroturizmin inkişaf etdirilməsi, regionlarda yaşayan əhalinin məşğulluğunun artırılması, yerli fermer təsərrüfatları üçün alternativ satış kanalı, eləcə də şəhər sakinləri və xarici turistlər üçün fərqli turizm imkanlarının yaradılmasıdır.

Layihə çərçivəsində bu günədək təsərrüfat sahəsinin inkişaf etdirilməsi və turistlər üçün xidmət səviyyəsinin artırılması məqsədilə 22 təsərrüfat zəruri avadanlıqlarla təmin olunub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
86
vergiler.az

1Mənbələr