AZ

“Medal qazanmaq üçün sona qədər mübarizə apardım” - Amil Ramazanov

“Uzun zamandır biz bu yarışa hazırlaşırdıq”. SİA xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında “Prezident kuboku-2024” beynəlxalq reqatasında 200 metr məsafədə kayak yarışında 3-cü olan Amil Ramazanov deyib.

O, medal qazanmaq üçün sonadək mübarizə apardığını deyib: “Mingəçevirdəki bu yarışın gələn illərdə də təşkil olunmasını istəyirik. Yarış çox gərgin idi. Rəqiblərimiz çox güclü idi. Amma buna baxmayaraq rəqiblərimizin güclü olacağını zənn edirdik. Birinci yerə çıxmağıma rəqiblərimin daha da güclü olması mane oldu”.

Qeyd edək ki, reqata mayın 2-3-də Mingəçevir “Kür” Olimpiya Tədris-İdman Mərkəzində davam edəcək. Burada komandalar avarçəkmənin kayak, kanoe və akademik növündə mübarizə aparacaqlar.

Seçilən
45
Mənbələr
Şərh ()
Bağla