AZ

Rusiyanın daha bir regionunda Qələbə paradı ləğv edilib

Udmurtiyada Qələbə Günü şərəfinə keçirilməli olan parad təhlükəsizlik səbəbilə ləğv edilib.

Herbiand.az bildirir ki, bu barədə Rusiya regionunun rəhbəri Aleksandr Breçalov öz Telegram kanalında məlumat verib.

Respublikanın rəhbəri belə bir qərarı çətinliklə qəbul edib: “Region müdafiə sənayesi mərkəzləri baxımından strateji əhəmiyyətli statusa malikdir. Biz bilirik ki, müxtəlif təxribatlar planlaşdırılır, respublikanın bütün xidmətləri yüksək hazırlıq vəziyyətindədir”.

Bununla belə, Aleksandr Breçalov deyib ki, rayonda mədəni tədbirlər planlaşdırıldığı kimi baş tutacaq: “Əminəm ki, respublikanın bütün sakinləri bu müqəddəs gündə öz qəhrəmanlarını xatırlayacaqlar. “Ölməz alay” mütləq onlayn şəkildə keçiriləcək”.

Bəxtiyar CƏFƏRLİ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
70
herbiand.az

1Mənbələr

Şərh ()
Bağla