AZ

Türk dövlətlərinin kardioloqları arasında əlaqələri gücləndirmək üçün layihələr hazırlanır -Professor Gülnaz Dadaşova

Qurultayın nəticələri kardiologiyanın üzləşdiyi ən aktual problem olan ürək transplantasiyası ilə bağlı proqramın hazırlanmasına təkan verəcək

Səhiyyə Nazirliyi və nazirliyin akademik C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun (ETKİ) birgə təşkilatçılığı ilə aprelin 19-dan 21-dək Bakıda Birinci Türk Dövlətləri Kardioloji Qurultayı keçirildi.

Qurultayın nəticələri ilə bağlı "İki sahil"in suallarını Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru, Birinci Türk Dövlətləri Kardioloji Qurultayının sədri, professor Gülnaz Dadaşova cavablandırır: 

- Türk dövlətləri arasında əlaqələrin inkişafında yeni mərhələ başlayıb. Digər sahələrdə olduğu kimi tibb sahəsində də bu ölkələr arasında əməkdaşlıq mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan Birinci Türk Dövlətləri Kardioloji Qurultayının Bakıda keçirilməsini necə dəyərləndirirsiniz?

- Bu gün Prezidentimizin qeyd etdiyi kimi, biz bir türk ailəsiyik devizini rəhbər tutaraq, bütün sahələrdə olduğu kimi səhiyyədə də Türk dünyasının bir araya gəldiyi bir zamandır. Bakıda I Türk Dövlətləri Kardioloji Qurultayının keçirilməsini ölkə rəhbərinin yürütdüyü siyasətin  bir hissəsi kimi dəyərləndirə bilərik.

- Hazırda tibbin ən vacib sahələrindən olan kardiologiyanın inkişafı baxımından Azərbaycanda vəziyyəti necə dəyərləndirisiniz? Digər türk dövlətləri bu sahədə təcrübə mübadiləsi aparılırmı?

- Tibbin bütün sahələrində olduğu kimi, ölkəmizdə kardiologiyanın da müasir səviyyədə inkişafı izlənilməkdədir. Bü gün Türkiyə Cümhuriyyəti ilə sıx əməkdaşlıq mövcuddur. Hazırda Qazaxstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan Respublikalarının da kardiologiya sahəsində mütəxəssislər birliyini gücləndirmək,  birgə əməkdaşlıq çərçivəsində müştərək tədqiqatlar vasitəsilə ən son peşəkar məlumat mübadiləsini həyata keçirmək, bilik mübadiləsi və elmi-tədqiqat iş imkanlarımızı və elmi əməkdaşlığı genişləndirmək üçün layihələr hazırlanır.

- Ümumiyyətlə, qurultayda hansı problem mövzular müzakirə olundu? Elmi-Tədqiqat Kardiologiya İnstitutu sözügedən qurultayda hansı məruzələrlə çıxış etdi?

- Qurultayda 8 sessiyada elmi müzakirələr aparılmış, satellit simpoziumlar keçirilmişdir. Medikamentoz müalicə rəhbər tövsiyələrdə, Kardiostimulyatorlar və Cihazlar, Komorbid hallar, Pediatrik kardiologiya, Qapaq patologiyaları və invaziv kardiologiyanın, kardiocərrahiyyənin incəlikləri, ürək çatışmazlığında yeniliklər kimi mövzular ətrafında məruzələr dinlənilmişdir. Hər ölkədən məruzəçilər aktiv çıxış etmiş, ölkələrin kardioloji durumu müzakirə edilmişdir. Türk dövlətlərində ürək çatışmazlığının müalicəsində cihaz implantasiyası, ürək transplantasiyası ilə bağlı təcrübələr bölüşmüş, qapaq patologiyalarında müasir cərrahi əməliyyatlar, minimal invaziv əməliyyatlar barədə məruzələr edilmişdir, klinik hal üzərində göstərilmişdir. Qurultay çərçivəsində respublikada ilk dəfə olaraq TAVİ, EVAR, TEVAR, Renal denervasiya kurslarını təşkil etmiş, gənc tədqiqatçıların klinik hal təqdimatları müzakirə edilmişdir. TAVİ, EVAR, TEVAR, Renal denervasiya kusrlarında təməl biliklər ilə yanaşı simulyasiya da aparılmışdır. Qurultayda Abstraktların dəyərləndirilməsi Komitəsi tərəfindən tezislər toplanmış və tezislər toplusu çap edilmişdir.

- Sizcə, qurultayın nəticələri ölkəmizə kardiologiya sahəsində hansı məqsəd və hədəfləri reallaşdırmağa kömək edəcək?

- Ürək-damar xəstəliklərinin profilaktikasında, diaqnostikasında və müalicəsində yeni istiqamətlərin, innovativ tibbi texnologiyaların işlənib hazırlanmasına və geniş tətbiqinə, laboratoriya və instrumental diaqnostika perspektivlərinə, ürək-damar xəstəliklərinin sübuta əsaslanan farmakoterapiyası, standartlaşdırma, əhaliyə kardioloji xidmətin keyfiyyətinin yaxşılaşdırılmasına kömək edəcəkdir. Hazırda kardiologiyanın üzləşdiyi ən aktual problem: ürək transplantasiyası ilə bağlı proqramın hazırlanmasına təkan verəcək.

Cavid Əkbər, "İki sahil"

Seçilən
29
Mənbələr
Şərh ()
Bağla

Reytinq

“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
20388
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
19201
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
18179
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
17570
Çingiz Mustafayevin toyudur - FOTOLAR
16426
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
16230
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
16030
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
15325
4 ailə üzvünü öldürən polisin mesajları yayıldı - FOTO
11831
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
11237
"Zaur, yenə çaşdın..." - VİDEO
8819
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
8331
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
7947
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
7831
Elçin boşandığını etiraf etdi - FOTOLAR
7399
Minimum əmək haqqı nə qədər arta bilər?
7039
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
6964
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
6201
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
5727