AZ

Çinin addımı: Birinci növbədə “Fələstindaxili barışıq” - TƏHLİL

Fələstinin azadlığı uğrunda yanaşma və mübarizə metodologiyasında fərqli dünyagörüşünə sahib olan HƏMAS-la FƏTH təmsilçiləri Pekində görüşüblər.

Qəzza zolağına nəzarət edən HƏMAS-la Fələstin Muxtariyyətinin təmsilçisi olan FƏTH arasındakı gərginliyin aradan qaldırılmasında Çinin vasitəçiliyi iki məqamla diqqət çəkir.

Birincisi, Pekin Yaxın Şərqdə ABŞ-nin əhəmiyyətli sıxışdırılmasının aktiv tərəfdarıdır. Vaşinqtonun isə Qəzza zolağındakı müharibəni idarəedilə bilən səviyyədə dayandırmaq cəhdləri boşa çıxır.

Çünki onun İsraillə qırılmış ipləri yenidən bərpa etmək istəklərinə Təl-Əvivdən müsbət cavab verilmir.

İkincisi, Çin İranla Səudiyyə Ərəbistanı arasında vasitəçiliyi ilə Yaxın Şərqdə geosiyasi ambisiya qoyduğunu göstərəndən sonra münaqişələrin həllinə olan həvəsini artırıb.

İndi aydın görünür ki, Çin HƏMAS-ın Fələstin Muxtariyyəyinə daxil edilməsini asanlaşdırmaq üçün danışıqlar masası qurur və prosesdə etibarlı broker olmaq niyyətini göstərir.

Pekinin “Fələstindaxili barışıq” modeli, güman ki, daha geniş mənada İsrail-Fələstin münaqişəsinin nizamlanması üçün atılan qarmaqların tərkib hissəsidir.

Çinin belə dinamikası Rusiyanın da mövqeyi ilə səsləşir və ümumilikdə Fələstində konsensus hökuməti yaratmaq planını əks etdirir.

Ancaq Yaxın Şərq arenasında Çinin münaqişə arteriyalarına müdaxilə cəhdləri ABŞ-ni adekvat cavab tədbirlərinə vadar edir.

Buna görə də, ABŞ hər necə olursa-olsun İsraili Çinin vasitəçilik vədlərinə inanmamağa dəvət edə bilər. Bir məqam da var ki, İsraillə ABŞ arasında İran mövzusundan tutmuş, Rəfahda quru əməliyyatına qədər məsələlərdə fikir ayrılıqları mövcuddur.

Pekinin isə bu ziddiyyətlərdən doğan boşluqlara sızmaq üçün fürsəti yaranır. Böyük bir ehtimalla Çin maneələri aşmaq üçün Rusiya ilə mövqelərini tutuşduracaq. Hələlik ABŞ-nin Çinin genişlənən maraqları qarşısında həlledici addımları görünmür.

Vaşinqton nəticə əldə etmək üçün münaqişələrin alovunun bir qədər yüksəlməsini seçim kimi nəzərdən keçirə bilər. Misal üçün İranla İsrail arasında tənzimlənən qarşıdurma ABŞ-nin Yaxın Şərqdə potensial imkanlarını artıran vasitə kimi diqqətdə saxlanıla bilər.

Aqşin Kərimov

Seçilən
6
Mənbələr
Şərh ()
Bağla

Reytinq

“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
21798
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
19461
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
18323
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
17793
Çingiz Mustafayevin toyudur - FOTOLAR
17242
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
17122
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
16226
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
15644
4 ailə üzvünü öldürən polisin mesajları yayıldı - FOTO
12163
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
11311
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
9788
"Zaur, yenə çaşdın..." - VİDEO
8900
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
8692
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
8079
Elçin boşandığını etiraf etdi - FOTOLAR
7652
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
7283
Minimum əmək haqqı nə qədər arta bilər?
7122
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
6471
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
5829