AZ

İqlim dəyişikliyinin fəsadlarının qarşısını almaq bəynəlxalq dialoq və əməkdaşlıqdan asılıdır - NAZİR

İqlim dəyişikliyinin fəsadlarının qarşısının alınması və yumşaldılması böyük ölçüdə bəynəlxalq dialoqdan və əməkdaşlıqdan asılıdır. SİA xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev VI Ümumdünya Forumu çərçivəsində “Yaşıl gələcəyə davamlı yol: COP29 və sonrakı dövr üçün birgə fəaliyyət” mövzusunda keçirilən iclasda deyib.

Nazir vurğulayıb ki, heç bir ölkə iqlim dəyişikliyi kimi universal məsələlərin həllinə təkbaşına nail ola bilməz:

"Tərəflər arasında səmərəli və effektiv əlaqələrin və əməkdaşlığın qurulmasını təmin edən mədəniyyətlərarası dialoq iqlim dəyişikliyi ilə bağlı qlobal gündəliyin həyata keçirilməsi, ortaq sosial və ekoloji dəyərlərin qorunmasında da vacib rol oynayır".

Onun sözlərinə görə, yeni qlobal çağırışların yarandığı indiki mərhələdə enerji transformasiyası Azərbaycanın da gündəliyində dayanan vacib məsələlər sırasındadır:

"Son zamanlar həyata keçirilmiş layihələr hesabına enerji səmərəliliyi və alternativ enerji mənbələrindən istifadə göstəriciləri yüksəlir. Karbohidrogen resursları ilə zəngin olan Azərbaycanda elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələri və yaşıl enerjinin xüsusi çəkisinin artırılması hədəflənib. Bu hədəf özəl sektor və investorlar üçün uzunmüddətli baxışı təmin edir və yeni layihələrin inkişafına təkan verir. Ətraf mühitə buraxılan emissiyaların udulması və sağlam ekoloji mühitin yaradılması məqsədilə ölkədə meşə və yaşıllıq ərazilərinin genişləndirilməsi üçün kütləvi şəkildə ağacəkmə, meşə əkinləri və aqrobağların salınması işləri həyata keçirilir".

Nazir Qarabağ və Şərqi Zəngəzurun bərpası istiqamətində ölkə rəhbərliyi tərəfindən verilmiş region iqtisadiyyatının yaşıllaşdırılması ilə bağlı mühüm qərarlar iqlim dəyişmələrinin təsirlərinin azaldılması üçün imkanlar yaratdığına diqqət çəkib:

"Bu ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma prosesində ətraf mühitin qorunması prioritetdir. Həmin ərazilərdə “ağıllı şəhər”, “ağıllı kənd” kimi innovativ yanaşmalar tətbiq edilir, ekosistem bərpa olunur. Yaşıl artım konsepsiyasının tərkib hissəsi kimi işğaldan azad edilmiş ərazilərin “yaşıl enerji” zonasına çevrilməsi və burada karbon neytrallığı hədəfinə nail olunması istiqamətində siyasət həyata keçirilir".

Seçilən
18
1
Mənbələr
Şərh ()
Bağla

Reytinq

“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
20647
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
19235
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
18206
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
17604
Çingiz Mustafayevin toyudur - FOTOLAR
16557
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
16371
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
16043
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
15379
4 ailə üzvünü öldürən polisin mesajları yayıldı - FOTO
11874
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
11243
"Zaur, yenə çaşdın..." - VİDEO
8825
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
8563
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
7976
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
7971
Elçin boşandığını etiraf etdi - FOTOLAR
7419
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
7082
Minimum əmək haqqı nə qədər arta bilər?
7042
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
6230
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
5731