AZ

Xəqani Bəşirlinin ümidinə qalan KADR SİYASƏTİ… – “Bu adam ən böyük sehrbazdır…”

Bir neçə gün əvvəl “Azəriqaz”-da cərəyan edən bir neqativ faktı işıqlandırmışdıq.


YAZISI BURADA: “Azəriqaz”da ƏCAİB-QƏRAİB İŞLƏR… – AXI NİYƏ?

“Niyə, cənablar?”. Dia-az.info olaraq xatırladaq ki, bu ritorik sualla növbəti dəfə “Azəriqaz”da müşahidə olunan bir faktı açıqlayan Neftçilərin Hüuqlarının Müdafiəsi Təşkilatının sədri Mirvari Qəhrəmanlı çıxış etmişdi.

Tanınmış hüquq-müdafiəçisi daha sonra bildirmişdi: ” “Azəriqaz” İstehsalat Birliyində eyni şöbədə işləyən iki işçisi (biri qadın olmaqla ) tarif maaşının dərəcəsini artırılması üçün SOCAR İRD-nin təşkil etdiyi imtahanda iştirak edib.

İkisi də eyni balı toplayıb: 20 bal… İmtahanda iştirak edənlərdən biri (qadın) həmin şöbədə 20 il, o biri şəxs (kişi) həmin şöbədə 4 ay (ümumilikdə Azəriqazdakı iş stajı 17 il) çalışır.

Nəticədə xanımın yox, o biri işçinin tarif dərəcəsi artırılıb. Xanımın “niyə”, “hansı kriteriyalar əsas götürülüb” kimi suallarına cavab verilmir(????).

Bu halda sual edirəm: “Azəriqaz” İB seçim zamanı hansı amillərə üstünlük verib?

Nepotizm… qadına qarşı diskrinimasiya… yoxsa gender yanaşması ilə kişiyə üstünlük verilməsi?”

Qeyd edək ki, bu məsələyə qarşı tərəf olaraq “Azəriqaz”-ın İnsan Resurslari Departamentindən cavab verilib. Həmin cavabı da təqdim edirik:

“AR Əmək Məcəlləsinin 156.3- cü hissəsinə görə işçilərə növbəti əməyin ödənilməsi və ixtisas dərəcəsinin verilməsi növbəli və ya növbədənkənar artırıla bilər. Birliyin İdarəetmə Aparatının müvafiq struktur bölməsində yaranmış vakant yer üzrə bir aşağı dərəcədə işləyən ən yüksək eyni dərəcəli mütəxəssislərin hər ikisinin namizədliyinə birlikdə baxılmış, onların hər ikisi kvalifikasiya tələblərini (təhsil və iş stajı baxımından) ödədikləri üçün biliklərin yoxlanılması imtahanına cəlb edilmişdir. Əməkdaşlarımızın hər ikisi 20/20 bal toplamışdır. Vakant yer sayı bir vahid, namizəd sayı iki nəfər olduğu üçün işəgötürən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 156. 3-cü hissəsi ilə ona verilmiş hüquqlarından istifadə edərək mülahizəsinə əsasən əməkdaşların birinə birinci növbədə növbəti əməyin ödənilməsi dərəcəsini vermiş, digər əməkdaşı isə Kadr Ehtiyatı Bazasına daxil etmişdir. Məlumat üçün bildiririk ki, Kadr Ehtiyatı Bazasına daxil edilmiş namizədlərin imtahan tarixindən etibarən bir il müddətində həmin struktur bölmədə vakant yer yarandıqca növbəlilik əsasında yerləşdirilməsi təmin edilir. Yeri gəlmişkən, həmin struktur bölmədə bu dövrdə daha bir vakant yerin yaranması gözlənilir. Həmin yer yarandıqda digər əməkdaşa növbəti əməyin ödənilməsi dərəcəsinin verilməsi təmin olunacaq.”

Qeyd edək ki, qurumun məlum məsələyə reaksiyası NHMT sədri tərəfindən etirazla qarşılanıb.

Bu arada isə aktuallığını nəzərə alaraq “Azəriqaz”-ın İnsan Resurslari Departamentinin rəisi Xəqani Bəşirli ilə bağlı bəzi iddiaları təqdim edirik. Dia-az.info-ya yazan oxucular bildirir:

“Bu gün “Azəriqaz”dakı məlum eybəcər kadr siyasətinin arxasında “Azəriqaz”-ın İnsan Resurslari Departamentinin rəisi Xəqani Bəşirli dayanır. Çünki, kadr məsələləri birbaşa olaraq onun rəyi olmadan həll olunmur. O, ,,Azəriqaz”İ.B-də neqativ məsələlər üzrə , mütəxəssisdir.

Özü isə 8 saatlıq iş vaxtında 2 yerdə işləyir… Gah Universitetdə auditoriyada olur, gah da ,,Azəriqaz”İ.B-də eyni vaxtda meydana çıxır…

Digər sehirbazlığı da var bu adamın…


Qeyri-ixtisaslı operatoru mühəndis və qeyri ixtisas sahibi özü kimi ailə üzvlərini yüksək məvacibli işlərə gətiribsə, deməli bu adam ən böyük sehrbazdır…

Seçilən
225
Mənbələr
Şərh ()
Bağla

Reytinq

“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
20994
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
19302
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
18249
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
17647
Çingiz Mustafayevin toyudur - FOTOLAR
16749
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
16545
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
16092
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
15467
4 ailə üzvünü öldürən polisin mesajları yayıldı - FOTO
11953
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
11259
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
8940
"Zaur, yenə çaşdın..." - VİDEO
8863
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
8228
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
7988
Elçin boşandığını etiraf etdi - FOTOLAR
7491
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
7138
Minimum əmək haqqı nə qədər arta bilər?
7072
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
6328
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
5746