AZ

Bakıdan dünyaya verilən mesajlar - RƏY


"Şimal ilə Cənubun, Şərqlə Qərbin kəsişmə nöqtəsində yerləşən Azərbaycan dünya xalqları arasında dialoqun təşviqi və inkişafında mühüm rol oynamaqdır. Bu səbəbdən də Bakı mədəniyyətlərarası, o cümlədən beynəlxalq humanitar problemlərin ənənəvi müzakirə edildiyi dialoq mərkəzinə çevrilib. Bu səbəbdən müxtəlif mədəniyyətlərin və qitələrin qovşağında yerləşən Azərbaycanın həm geosiyasi vəziyyəti, həm də mədəni zənginliyi "Bakı Prosesi" çərçivəsində mədəniyyətlərarası dialoq təşəbbüslərini Avropa və ona qonşu regionların hüdudları çərçivəsindən çıxarıb daha qlobal səviyyəyə yüksəltməyə imkan verir. Bu gün Bakıda öz işinə başlayan “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu da bundan öncə keçirilən forumlar kimi beynəlxalq aləmdəki problemlərin dialoq yolu ilə həllinə öz töhfəsini verəcək".

Bunu Ölkə.Az-a açıqlamasında deputat İltizam Yusifov deyib.

Deputat bildirib ki, Forumda Azərbaycan Prezidenti çıxış etdi və bu çıxış beynəlxalq aləmə bir çox ciddi mesajları ilə yadda qaldı:

"Birincisi, dünyanın bəzi inkişaf etmiş ölkələrinin, xüsusən də Fransanın  yeni müstəmləkəçilik siyasətinə qarşı çıxaraq, yürüdülən neokolonialist siyasətinin dünyada  dayanıqlı sülhə və qlobal təhlükəsizliyə ciddi təhdid olduğunu bəyan etdi.  Ölkə başçısı Avropa strukturlarının da həmin ölkələrin neokolonialist siyasətində başqa ölkələrə qarşı təzyiq aləti rolunda çıxış etməsini təəssüflə qeyd edərək onların bu fəaliyyətini qınadı. Bildirdi ki, Avropa strukturları neokolonialist  siyasətə qarşı çıxmaq əvəzinə başqa ölkələrin daxili işinə müdaxiləsi yolverilməzdir. Dövlət başçısı Avropa strukturlarını bu hərəkətlərinə görə ikiüzlülükdə ittiham edərək dünyada qlobal təhlükəsizliyə nail olmaq üçün bu cür hərəkətlərə son verməyə çağırdı.

İkincisi, Prezident müstəmləkəçilik siyasəti yürüdən ölkələrdən fərqli olaraq Azərbaycanın Qərblə Şərq arasında qarşılıqlı etimada əsaslanan sıx əməkdaşlıq münasibətləri qurulması məqsədilə fəal körpü rolunu oynamağa hazır olduğunu bəyan etdi.

Üçüncüsü, COP29 qlobal iqlim dəyişikliyi ilə yanaşı, "Qlobal Şimal"la "Qlobal Cənub" arasında körpü rolunu oynamağa və bu işdə öz töhfəsini verməyə hazırdır. O, Azərbaycanın COP29-a sədrliyi dövründə Qoşulmama Hərəkatına rəhbərliyi dövründəki təcrübəsindən istifadə edərək müxtəlif inkişaf səviyyələrinə malik “Qlobal Şimal” və “Qlobal Cənub”u bir araya gətirməkdə qərarlı olduğunu bildirib. 

Dördüncüsü, Azərbaycanın "yaşıl enerji" gündəliyini müəyyən etdiyini və bu istiqamətdəki planlarını açıqladı.

Beşincisi, postmünaqişə dövrü üçün Azərbaycanın regional əməkdaşlıq planlarını açıqladı. 

Ölkə başçısı postmünaqişə dövründə bölgədə mövcud vəziyyət, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, bu fəaliyyətə təhdid törədən mina təhlükəsi, habelə Azərbaycan və Ermənistan arasında normallaşma prosesi barədə ətraflı məlumat verdi. Ölkəmizin tərəfdarı olduğu ikitərəfli və birbaşa sülh danışıqlarının Cənubi Qafqazda dayanıqlı sülh və sabitliyə hesablandığı, habelə delimitasiya komissiyaları arasında əldə olunmuş son razılıqların da nümayiş etdirdiyi kimi qarşılıqlı şəkildə qəbul oluna bilən nəticələrin əldə edilməsi baxımından ən effektiv və uğurlu xətt kimi özünü doğrultduğu bildirilib.

Altıncısı, Prezidentin çıxışı Ermənistanın havadarlarına ciddi xəbərdarlıq baxımdan yadda qaldı. Prezident bəyan etdi ki, Azərbaycan sülhü müharibə yolu ilə əldə edib. Lakin bəzi qüvvələrə hələ də bölgədə münaqişəni yenidən alovlandırmağa çalışırlar, amma buna imkan verilməyəcək. Azərbaycanın bölgədə vəziyyəti gərginləşdirib, münaqişəni alovlandıranlara mövqeyi sərt olacaq.

Yeddincisi, Azərbaycan sülhə müharibə yolu ilə nail olsa da, bölgədə sülhün əldə olunması üçün ilk sülh gündəliyi ilə çıxış edən də Bakı olub. Bu gün Ermənistanla Azərbaycan arasındakı danışıqlar Bakının şərtləri əsasında hazırlanan sülh gündəliyinə uyğun davam etdirilir. İrəvandakılar da artıq Bakının bölgədə sülhlə bağlı mövqeyini bilir və buna uyğun addım atmağa cəhd edirlər. Bakı və İrəvan hər hansı üçüncü tərəf olmadan ikitərəfli formatda bölgədə daha tez dayanıqlı sülhə nail ola bilər. Elə son günlərdə bu istiqamətdə gedən proseslər bunun bariz nümunəsidir.

Əminəm ki, Forum qarşıya qoyduğu hədəflərə nail olacaq və Azərbaycan dünyada sülhün və qlobal təhlükəsizliyin əldə olunmasında öz müstəsna rolunu oynamış olacaq. Bu da Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan roluna və nüfuzuna öz müsbət təsirini göstərəcək".

Mürtəza
Ölkə.Az

Seçilən
47
Mənbələr
Şərh ()
Bağla

Reytinq

“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
21721
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
19445
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
18319
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
17783
Çingiz Mustafayevin toyudur - FOTOLAR
17206
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
17073
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
16215
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
15624
4 ailə üzvünü öldürən polisin mesajları yayıldı - FOTO
12150
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
11303
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
9724
"Zaur, yenə çaşdın..." - VİDEO
8896
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
8652
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
8071
Elçin boşandığını etiraf etdi - FOTOLAR
7651
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
7257
Minimum əmək haqqı nə qədər arta bilər?
7122
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
6464
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
5819