- Gecə Modu
- Ana səhifə
- İstifadəçilər
- Səhifələr
- Reytinq
- Hava
- Valyuta
Qusarda oğurluq etməkdə təqsirləndirilən Ramazan Əliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Qusar Rayon Məhkəməsinə göndərilib.
Hakim Anar Qasımovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclası mayın 14-nə təyin olunub.
Qeyd edək ki, Xaçmaz rayon sakini Ramazan Əliyev ayrı-ayrı vaxtlarda kirayə qaldığı evdən və işlədiyi obyektdən soyuducu, televizor və pul oğurlamaqla zərərçəkmişlərə ümumilikdə 1512 (min beş yüz on iki) manat ziyan vurmaqda təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə