AZ

COP29 dünyada ən mötəbər beynəlxalq tədbirlərdən biri olacaq -ŞƏRH

COP29 -a ev sahibliyi etmək Azərbaycan üçün həm  böyük şərəf, həm də məsuliyyətdir

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəfıər Konfransının 29-cu sessiyası, yəni COP29 bu il Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar COP28-in ötən il -2023-cü il dekabrın 11-də Dubayda keçirilmiş plenar iclasında qəbul olunub.

COP nədir? BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq məqsədilə 1992-ci ilin iyununda Rio-De-Janeyro şəhətində keçirilmiş Yer sammitində imzalanmış sazişdir. COP- ingilis dilindən  tərcümədə Tərəflərin Konfransı deməkdir. Tərəflərin Konfransı İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icrasına nəzarət edən ali qərarverici orqandır. Burada tərəflərin Konvensiyaya üzv olan 198 ölkədir. Əgər tərəflərin fərqli qərarı olmazsa, COP hər il keçirilir.

COP-nın ilk tədbiri 1995-ci ilin martında Berlində baş tutub, katibliyi Bohn şəhərində yerləşir. COP29 bir sıra iqlim dəyişikliyii məsələlərini müzakirə etmək və danışıqlar aparmaq üçün dünya liderləri, hökümət rəsmiləri, alimləri, QHT-ləri və digər maraqlı tərəflərii bir araya gətirən böyük tədbir olacağı gözlənilir. İndiyə kimi belə ənənə formalaşıb ki, illik COP tədbiri keçirilməzdən əvvəl dünyanın fərqli ölkələrinin iqlim icmasından olan tanınmış şəxslər və nazirlər Berlində yığışaraq bu tədbirində gündəliyini müəyyən edir. Burada nazirlər və diplomatlar növbəti COP tədbiri-əsas iqlim konfransı üçün prioritetləri müəyyənləşdirirlər.

2015-ci ildə dekabrda BMT-nin  İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına üzv ölkələrin 21-ci konfransında Paris Razılaşması qəbul olunub. Sənədi 171 ölkənin hökümətləri adından dövlət və hökümət rəhbərləri, xaricii işlər, ətraf mühit nazirləri imzalayıb. COP tədbirlərinin məqsədi, Paris sazişinin tələbi olaraq dünyada karbon qazının (CO2) miqdarını sənayeləşmədən əvvəli dövrdə olduğu kimi 1.5 dərəcə selsi ilə məhdudlaşdırmaq üzrə irəlilıyişə nail olmaq olur.

 Bundan başqa inkişaf etmiş ölkələr inkişaf etməkdə olan ölkələrə iqlim dəyişikliyinin təsirini azaltmaq və uyğunlaşdırmaqda kömək etmək üçün maliyyə yardımı üçün fond toplayırlar. COP29 Konfransı iştirakçı ölkələr üçün yeni öhdəliklər götürmək üçün və iqlim böhranını həll etmək üçün konkret addımlar atmaq üçün bir fürsətdir.

"Hesab edirəm ki, COP29 dünyada ən mötəbər beynəlxalq tədbirlərdən biridir. Ölkəmiz təmsilçilik nöqteyi nəzərdən BMT Baş Assambleyasından geri qalmır. Ona görə də biz dərhal bütün hazırlıq işlərinə start verməliyik. Bizim vaxtımız o qədər də çox deyil, 11 aydan az vaxtımız var"- Prezident İlham Əliyev deyib. Ehtimallara görə təqribən 70-80-min xarici qonaq 2 həftə ərzində Azərbaycanda olacaq.

2023- cü ildə Dubayda keçirilən COP28 tədbirində rəsmçi rəqəmlərə görə 70 min xarici qeydiyyatdan keçib. Qeyri rəsmi rəqəmlərə görə , bu tədbirlərə qatılanların sayı 100 min çoxdur. Bu o deməkdir ki, Azərbaycanda COP29 tədbirində iştirakk etmək üçün 10 minlərə xarici ölkəyə gələcək. Hətta bu tədbirə virtual qoşulanlar da olmuşdur. Bu rəqəmlər qlobal iqlim dəyişikliyinin həllində COP konfranslarının artan əhəmiyyətini vurğulayır çünki, getdikcə daha çox ölkə , təşkilat və fərdlər tədbirdə iştirak edir. Azərbaycan Prezidentinin Sərəncamı ilə 2024-cü il ölkədə “Yaşıl dünya naminə həmrəylik” ili elan edilib. Azərbaycan Respublikasının Prezidenti işğaldan azad edilmiş torpaqları “Yaşıl enerji” zonası elan edib və 2022-2026- cı illər üzrə tədbirlər planı təsdiqlənib, bu ərazilərin 2050-ci ilədək “Netto sıfır emmisiya” zonasına çevrilməsi nəzərdə tutulur.

Əslində belə tədbirlərin neft-qaz hasil edən və neft – qaz keçmişi olan ölkələrdə keçirilməsi daha önəmlidir.

Bu onun göstəricisidir ki, biz istəyirik öz vəsaitimizi bu sahəyə ayıraq ki, həm ölkələrimizdə , necə deyərlər, yaşıl enerji inkişaf etsin, həm də dünyaya töhfə verək. Bəli,  COP29-a ev sahibliyi etmək Azərbaycan üçün həm böyük şərəf, həm də məsuliyyətdir.

Rövşanə Hacıyeva,
Bakı şəhəri, Xətai rayon 59 № li tam orta məktəbin Tarix müəllimi,
YAP Xətai rayon təşkilatının üzvü

Seçilən
77
50
Mənbələr
Şərh ()
Bağla

Reytinq

“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
22172
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
19534
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
18406
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
17870
Çingiz Mustafayevin toyudur - FOTOLAR
17539
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
17390
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
16310
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
15745
4 ailə üzvünü öldürən polisin mesajları yayıldı - FOTO
12227
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
11343
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
10121
"Zaur, yenə çaşdın..." - VİDEO
8926
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
8919
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
8124
Elçin boşandığını etiraf etdi - FOTOLAR
7731
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
7391
Minimum əmək haqqı nə qədər arta bilər?
7157
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
6557
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
5881