AZ

Müxtəlif qitələrin ölkələri arasında körpülər salınır

Azərbaycan xarici siyasətinin əsas istiqamətlərindən biri Avropa ölkələri ilə əlaqələrin qurulması və yüksələn xətlə  inkişaf etdirilməsidir. Bu baxımdan dövlət başçısı İlham Əliyevin aprelin 26-da Almaniyaya işgüzar səfəri bu gün də ölkə mətbuatında geniş müzakirə olunmaqdadır. Dövlət başçısı İlham Əliyevin həm Almaniya Prezidenti Frank Valter Ştaynmayer, həm də Almaniyanın Federal Kansleri Olaf Şolts ilə təkbətək və geniş tərkibdə görüşləri, həmçinin Almaniyanın paytaxtı Berlində keçirilən “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirakı bir daha iki ölkənin münasibətlərinin dünəninə, bu gününə və perspektivlərə işıq saldı. Əminliklə söyləmək olar ki, bu səfər bütün sahələr üzrə əməkdaşlığın daha yüksək səviyyəyə qaldırılmasına əhəmiyyətli təkan verəcək, gələcək inkişaf üçün böyük perspektivlər açacaq.   Almaniya Azərbaycanı Cənubi Qafqazda vacib tərəfdaş kimi qəbul edir, ölkəmizin regionda lider mövqeyini, həmçinin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyini və ərazi bütövlüyünü tam dəstəkləyir. Cənab İlham Əliyevin Almaniya Prezidenti Frank Valter Ştaynmayer ilə görüşündə əsas diqqət göstərilən məsələ hazırkı dövrün əsas çağırışı olan sülh müqaviləsinin imzalanması oldu. Prezident İlham Əliyev qeyd etdi ki, Ermənistan ilə Azərbaycan arasında sülh gündəliyinin təşəbbüskarı məhz Azərbaycan tərəfi olub. Sülh gündəliyinin əsasını təşkil edən fundamental prinsiplər Azərbaycan tərəfindən formalaşdırılıb və təqdim olunub. Azərbaycan tərəfi, həmçinin bunun əsasında sülh müqaviləsinin mətnini hazırlayıb.  Cənab İlham Əliyev, həmçinin  Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Almaniya Kansleri Olaf Şoltsun dəstəyi ilə Ermənistanın baş naziri ilə keçirilmiş görüşü, bu görüş çərçivəsində də məhz delimitasiya və demarkasiya məsələlərinin, sülh gündəliyinin irəlilədilməsinə dair müsbət müzakirələrin olduğunu vurğuladı. Bu mühüm məqam da diqqət çatdırıldı ki, Qazaxıstan tərəfinin təklifi ilə Ermənistanın və Azərbaycanın xarici işlər nazirlərinin sülh müqaviləsi üzrə danışıqları davam etdirmələri üçün növbəti görüşü Qazaxıstanda təşkil olunacaq. Almaniya Prezidenti Frank-Valter Ştaynmayer bildirdi ki, Almaniya tərəfi Ermənistanla Azərbaycan arasında sülh gündəliyini yaxından dəstəkləyir və bundan sonra da dəstəkləyəcək.

Ölkələr arasında əlaqələrin inkişafında iqtisadi amilin də xüsusi əhəmiyyət kəsb etdiyini nəzərə alsaq cənab İlham Əliyevin “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirakı və çıxışı Azərbaycanın iqtisadi imkanlarının təqdimatında öz sözünü dedi. Belə ki, cənab İlham Əliyev diqqəti bu reallığa yönəltdi ki, Azərbaycan faydalı qazıntı ilə zəngin olan ölkə kimi OPEC+ platformasının üzvüdür. Bu, həmçinin əlavə üstünlükdür. Çünki təbii sərvətləri, xüsusən də neft və qazı zəngin olan ölkə iqlim dəyişmələri məsələlərinin həllində ön cərgədə olmalıdır.

Azərbaycan tarixən neft ölkəsi kimi tanınıb və nüfuz qazanır.  Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının uğurlu icrası Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyinin möhkəmləndirilməsində əhəmiyyətli rol oynayır. “Əsrin müqaviləsi”nini imzalanmasından  23 il sonra 2017-ci ildə “Yeni əsrin müqaviləsi”nin imzalanması, həmçinin 2014-cü ildə çoxtərəfli əməkdaşlığın başlanğıcı kimi dəyərləndirilən Cənub Qaz Dəhlizinin təməlinin qoyulması, 2018-ci ildə rəsmi açılışı və sair kimi biri-birindən mühüm  addımlar Azərbaycanın enerji diplomatiyasının uğurlarıdır. 2018-ci ilin iyununda TANAP-ın, 2020-ci ilin dekabrında TAP-ın istifadəyə verilməsi ilə Cənub Qaz Dəhlizi layihəsinin icrası tam şəkildə başa çatdı. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, neft və qazımız, həmçinin Avropa bazarlarına hələ uzun illər ərzində lazım olacaq. 2022-ci ildə Avropa İttifaqı və Azərbaycan arasında enerji sahəsində Strateji Tərəfdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb və Avropa İttifaqına təbii qaz təchizatımız artmaqdadır: “Bu, Avropa Komissiyasının xahişi idi. Biz buna müsbət cavab verdik. Hazırda təbii qaz ixracımızın yarısı, xüsusən də 12 milyard kubmetri Avropa İttifaqının bazarına gedir. Qeyd edilən Memoranduma əsasən, 2027-ci ilə qədər Avropa İttifaqına ixracımız 20 milyard kubmetrə çatmalıdır. Hamımız anlayırıq ki, bu geosiyasi durumda həmin məsələ Azərbaycanın məsuliyyətli olmağının təzahürüdür, çünki biz qaz hasilatımızın artırılmasına böyük həcmdə sərmayə yatırırıq və Avropaya yeni mənbələrdən daha çox qaz lazımdır. Eyni zamanda, yaşıl gündəliyimiz hələ COP29 qərarından əvvəl icra olunmağa başlanıb.”

Hazırda enerji sektorunda mühüm uğurlarımızdan biri də xarici tərəfdaşlarla və sərmayədarlarla yaşıl keçid üzrə nəhəng layihələrə başlanılmasıdır. Azərbaycanın noyabr ayında mötəbər tədbirə- COP29-a ev sahibliyi bu sahədə mövcud imkanların dünyaya təqdimatında öz sözünü deyəcək. Dövlətimizin başçısının qeyd etdiyi kimi, COP29-a ölkəmizin ev sahibliyi böyük məsuliyyətdir. Çünki biz nəinki yaxşı tədbir təşkil etməli, o cümlədən yaxşı nəticələrə nail olmalıyıq. Azərbaycanın müxtəlif beynəlxalq təşkilatlarla beynəlxalq əlaqələri və onlarda fəal iştirakı bizə müxtəlif qitələrin ölkələri arasında körpülər salmaq və ya onları gücləndirmək, eləcə də onların həmrəyliyini möhkəmləndirmək imkanını yaradacaq.

Abil Ağasəfov,
​YAP Qəbələ rayon təşkilatının sədri

Seçilən
43
2
Mənbələr
Şərh ()
Bağla

Reytinq

“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
21197
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
19337
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
18273
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
17678
Çingiz Mustafayevin toyudur - FOTOLAR
16888
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
16692
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
16104
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
15528
4 ailə üzvünü öldürən polisin mesajları yayıldı - FOTO
12012
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
11273
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
9192
"Zaur, yenə çaşdın..." - VİDEO
8875
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
8372
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
8007
Elçin boşandığını etiraf etdi - FOTOLAR
7537
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
7174
Minimum əmək haqqı nə qədər arta bilər?
7094
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
6378
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
5772