AZ

Dövlət Xidməti: Didivan qülləsinin yaxınlığındakı qanunsuz tikintinin sökülməsi tələb olunub

Didivan qülləsi Qazax rayonunun Xanlıqlar kəndində yerləşən ölkə əhəmiyyətli memarlıq abidəsidir.

Bunu APA-nın sorğusuna cavab olaraq, Mədəni İrsin Qorunması İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən bildiriblər.

Qeyd olunub ki, tarixi abidənin yaxınlığında tikinti işləri bir neçə il öncə aparılıb. Aparılan qanunsuz tikinti işləri müəyyən olunaraq dayandırılıb.

“2021-ci ildə tarixi abidənin yerləşdiyi ərazinin özəlləşdirilməsi ilə bağlı Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə müraciət daxil olub. “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ölkə əhəmiyyətli tarixi abidələrin xüsusi mülkiyyətə verilməsinin, eləcə də əhəmiyyət dərəcəsindən asılı olmayaraq bütün abidələrin görkəmini və daxili quruluşunu pozmaq, onların mədəni, tarixi dəyərinə xələl gətirə biləcək hər hansı hərəkət etməyin qadağan olduğu diqqətə çatdırılıb. Müraciətdə qeyd olunan işlərinin aparılması qanunvericiliyin tələblərinə zidd olduğundan sözü gedən məsələyə razılıq verilməyib. Ərazidə qanunsuz aparılan tikintinin də sökülməsi tələb olunub. Məsələ diqqətdə saxlanılır”.

Qeyd edək ki, sözügedən qülləyə qanunsuz müdaxilə ilə bağlı sosial mediada görüntülər yayılmışdı.

Seçilən
26
1
Mənbələr
Şərh ()
Bağla

Reytinq

“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
19712
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
19057
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
18119
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
17412
Çingiz Mustafayevin toyudur - FOTOLAR
16025
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
15923
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
15749
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
15191
4 ailə üzvünü öldürən polisin mesajları yayıldı - FOTO
11679
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
11188
"Zaur, yenə çaşdın..." - VİDEO
8785
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
7862
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
7466
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
7380
Elçin boşandığını etiraf etdi - FOTOLAR
7298
Minimum əmək haqqı nə qədər arta bilər?
6999
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
6822
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
6052
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
5687