AZ

Alpaslan Özerdem: Ksenofobiya və ayrı-seçkilikdən söhbət açarkən siyasi qütbləşmədən də danışmaq lazımdır

Alpaslan

Bakı, 1 may, AZƏRTAC

Təhsil az maliyyələşdirilən sahədir. Burada sosial və mədəni baryerlər var. Adət-ənənə baryerləri köklərimizə qədər dərinləşib və bunları dəyişdirmək çətindir.

AZƏRTAC xəbər verir ki, bunu ABŞ-ın Corc Meyson Universitetində Cimmi və Rozalin Karter Sülh və Münaqişələrin Həlli Məktəbinin dekanı Alpaslan Özerdem VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən “Təhsilin və gənclərin ayrı-seçkilik və ksenofobiya ilə mübarizəyə cəlb edilməsinin rolu” mövzusunda paneldə deyib.

O bildirib ki, inkişaf etməkdə olan ölkələrdə gənclər iş tapmaqda çətinliklərlə qarşılaşırlar: “Ksenofobiya və ayrı-seçkilik adətən kiberməkanlarda baş verir. Bunların qarşısını almaq olduqca çətindir. Ksenofobiya və ayrı-seçkilik haqqında danışanda siyasi qütbləşmədən danışmaq lazımdır".

Xatırladaq ki, Forum “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusuna həsr edilib.

Seçilən
30
Mənbələr
Şərh ()
Bağla