AZ

Çinin üçüncü təyyarədaşıyan gəmisi ilk səfərinə başlayıb

Çinin

Pekin, 1 may, AZƏRTAC

Çinin üçüncü təyyarədaşıyan gəmisi olan “Fucien” mayın 1-də Şanxaydakı Ciannan gəmiqayıma zavodundan ilk səfərinə başlayıb.

AZƏRTAC xəbər verir ki, ilk səyahət zamanı yeni nəsil təyyarədaşıyan gəmidə bir neçə parametr üzrə sınaqlar aparılacaq. 2022-ci ildə inşası başa çatan gəmidə aparılmış texniki yoxlamalardan sonra onun dəniz səfərinə çıxmasına icazə verilib.

Su tutumu 80 min ton olan “Fucien” Asiyada ən iri, dünyada isə ABŞ təyyarədaşıyanlarından sonra ən böyük hərbi gəmidir.

Uzunluğu 300 metr olan gəmi sabitqanadlı təyyarələri havaya qaldırmaq üçün elektromaqnit işəsalma və katapult sistemləri ilə təchiz olunub. Bu amil “Fucein”i Çinin digər iki təyyarədaşıyan gəmisindən daha çox döyüşqabiliyyətli edir.

Qeyd edək ki, Çin ordusunun istismarında “Fucien”dən başqa “Liaonin” və “Şandon” adlı iki təyyarədaşıyan gəmi də var. “Liaonin” keçmiş sovet hərbi dəniz qüvvələrinin “Varyaq” gəmisidir. Çin həmin gəmini yenilədikdən sonra 2012-ci ildə istismara verib. Tamamilə yerli istehsal olan “Şandon” təyyarədaşıyan gəmisi isə 2019-cu ildə silahlı qüvvələrin istifadəsinə verilib. Hər iki gəminin su basımı təxminən 50 min tondur.

Çin 2035-ci ilədək ən azı altı hərbi təyyarədaşıyan gəmiyə sahib olmağı hədəfləyib.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Seçilən
37
1
Mənbələr
Şərh ()
Bağla

Reytinq

“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
21494
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
19382
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
18294
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
17728
Çingiz Mustafayevin toyudur - FOTOLAR
17049
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
16879
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
16140
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
15581
4 ailə üzvünü öldürən polisin mesajları yayıldı - FOTO
12077
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
11295
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
9518
"Zaur, yenə çaşdın..." - VİDEO
8884
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
8531
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
8035
Elçin boşandığını etiraf etdi - FOTOLAR
7579
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
7217
Minimum əmək haqqı nə qədər arta bilər?
7111
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
6416
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
5799