AZ

KOBSKA-nın sədri: "Sahibkarlar şəbəkəsi qurmaq, türk dünyasıyla..." - Müsahibə

Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyasının (KOBSKA) sədri Nigar Ələsgərova Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Nigar xanım, Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyasının (KOBSKA) fəaliyyəti haqqında məlumat verməyinizi istərdik. Assosiasiyanın hədəfləri nədən ibarətdir?

- Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyası 2020-ci ildə təsis edilib. Bilirsiniz ki, həmin ildə I Qarabağ müharibəsi baş verdi, eləcə də pandemiya dövrü idi. Bu səbəbdən assosiasiyanın əsas fəaliyyəti 2021-ci ilə təsadüf edir.

2021-ci ilin noyabr ayından etibarən aktiv şəkildə fəaliyyətə başladıq. Assosiasiyamız "Sahibkarlıqda oyun strategiyası" adlı strateji həllərə həsr olunmuş böyük bir layihə ilə sahibkarlara təqdim olundu. Ardıcıl 3 fərqli tarixdə və məkanda 200-ə yaxın sahibkar layihədə iştirak etdi. Assosiasiyanın əsas məqsədi ölkədə yeni dövr sabibkarlıq mühitinin inkişafına xidmət etməkdir. Bu istiqamətdə qarşımıza qoyduğumuz vacib vəzifələrimiz var. Onlardan biri və ən əsası maraqlı tərəflərarasında əlaqələndirici rol oynamaqdır.

Biz "B2B", "B2G", "B2C" və sair formatlarda görüşlər təşkil edir və ciddi əməkdaşlıqlar qururuq. Maraqlı tərəflər arasında əlaqələndirici, körpü rolunu oynamağa çalışırıq. Digər əsas vəzifələrimizdən biri sahibkarların maliyyə imkanlarına çıxışını təmin etməkdir. Bu sahədə də maarifləndirmə və əlaqələndirmə işlərini həyata keçiririk.

Qlobal çağırışlara uyğun peşəkar biznes savadlılığını artırmaq qarşımıza qoyduğumuz vacib istiqamətlərdən biridir. Əlverişli investisiya mühitinin formalaşdırılması üçün tədbirlər görmək də əsas 6 vəzifəmizə daxildir. Sektorda maliyyə savadlılığının, o cümlədən investisiya mədəniyyətinin inkişaf etdirilməsinə çalışırıq. Çünki bu sahibkarlığın inkişafında çox vacib şərtlərdən biridir. Eyni zamanda korporativ sosial məsuliyyət fəlsəfəsini təbliğ etmək və bu istiqamətdə ciddi maarifləndirici işlər görürük.

Qarşıya qoyduğumuz bu vəzifə sahibkarların cəmiyyətin müxtəlif problemlərinin həllinə cəlb olunmasında çox vacibdir. Digər vacib öhdəliyimiz ölkə iqtisadiyyatına və biznes mühitinə real təsir edən sahibkarlar şəbəkəsini formalaşdırmaqdır. Əlverişli bir platformaya çevrilməklə "networking"i təmi etməkdir.

- KOBSKA-nın türk dövlətləri ilə əlaqələrinin formalaşması mərhələsi necə baş tutdu? Bu sahədə nə kimi işlər görürsünüz?

- KOBSKA təsis olunduğu ilk gündən qardaş Türkiyə ilə sıx əməkdaşlıq qurub və bu istiqamətdə bir çox addımlar atıb. Bizim Türkiyədə sıx əməkdaşlıq etdiyimiz qurumların adını çəkmək istəyirəm. Onlardan biri Kiçik və Orta Müəssisələrin İnkişafı və Dəstəklənməsi Mərkəzidir (Küçük ve Orta Ölçekli İşletmeleri Geliştirme ve Destekleme İdaresi Başkanlığı - KOSGEB). Onlarla geniş əməkdaşlıq edirik. Eyni zamanda OSTİM Organize Sanayi Bölgesi böyük sənayeçiləri özündə birləşdirir. DEİK - Dış Ekonomik İlişkiler Kurulu Türkiyədə həm dövlət, həm də özəl sektoru özündə birləşdirir. Çox böyük bir qurumdur. Onlarla ilk əməkdaşlıq qadın sahibkarlığın inkişafı ilə bağlı idi və İstanbulda böyük bir forum həyata keçirmişik.

Bundan başqa, Bilişim Vadisi ilə İT və "start ap" sahəsində işləyirik. Türkiye Azerbaycan Dostluk İşbirliği ve Dayanışma Vakfı (TADİV) memorandum imzaladığımız və bərabər layihələr icra etdiyimiz təşkilatlardan biridir. MÜSİAD-Azərbaycan və MÜSAİD-in müxtəlif ölkələrdə olan ofisləri ilə əməkdaşlıq edirik.

Bir neçə ticarət odası ilə əməkdaşlığa dair memorandum bağlamışıq. 2023-cü ilin noyabr ayında Türkiyənin 100 illik Ticarət Odası - Ankara Ticaret Odası ilə, 2024-cü il martın 17-də isə Ege Bölgesi Sanayi Odası ilə memorandum bağladıq. Həmçinin 18 mart tarixində İzmir Ticarət Odası ilə memorandum imzaladıq. Bu memorandumlar imkan verir ki, biz həmin qurumlarla sıx əməkdaşlığımızı inkişaf etdirək. Beləliklə, mövcud əməkdaşlıqlar Azərbayana gələn, o cümlədən də Azərbaycandan Türkiyəyə gedib iş qurmaq istəyən sahibkarlar üçün bizi güvənilir ünvana çevirir.

- KOBSKA-nın Türkiyə təmsilçiliyi də təsis edilib. Bu təmsilçiliyin iki ölkə arasında əhəmiyyəti nədən ibarətdir?

- Bəli, aprelin 18-dən KOBSKA-nın Türkiyədə təmsilçiliyi qurulub. Çoxsaylı müraciətlərə baxdıqdan sonra bu addımı atdıq. Çoxsaylı müraciətlər olur və bəzən biz burada olduğumuz halda kordinasiya edə bilmirik. Yaxud Türkiyədəki sahibkar haqqında məlumat lazım olur. Onların bizə təqdim etdiyi məlumatın nə dərəcəsə doğru olduğunu öyrənmək ehtiyacı ilə qarşılaşırıq.

Ona görə də KOBSKA-nın Türkiyə təmsilçiliyini təsis etmişik. Məsələn, yaxın günlərdə ölkəmizə Türkiyədən bir heyət gələcək. Onlar təmsilçiliyimizə müraciət edib və bizim təmsilçiliyimiz yerində həmin sahibkarın nə qədər peşəkar və düzgün fəaliyyəti haqqında məlumat alıb. Onları buradakı doğru tərəflə görüşdürəcəyik.

Çox təəssüf ki, bəzən neqativ hallar da olur. Tərəflər bir-birinə qarşı dürüst davranmaya bilirlər. Bu səbəbdən də təmsilçiliyin olması çox vacibdir ki, yerində vəziyyət öyrənilir və sahibkara daha düzgün xidmət göstərilmiş olur. Həm biz, həm də qarşı tərəf üçün daha əhəmiyyətli əməkdaşlıq yarana bilir.

Türkiyə və Azərbaycan arasındakı iqtisadi münasibətlərə təsirimizdən danışmışkən, "İş dünyası 100 ilin zirvəsi" adlı layihəni xüsusi vurğulamaq istəyirəm. Bu layihə 2023-cü il Ulu Öndər Heydər Əliyevin 100 illiyinə və Türkiyə Cümhuriyyətinin 100 iliyinə həsr olunurdu. Layihə iki ölkə arasında sahibkarlıq və iqtisadi əməkdaşlığın inkişafına töhvə vermək məqsədi daşıyırdı. Bilirsiniz ki, hər iki dövlətin prezidentləri ölkələrarasındakı ticari dövriyyənin artırılması istiqamətində qarşıya hədəf qoyublar. Düşünürük ki, bu layihə də məhs qarşıya qoyulan hədəfə çatmaqda kiçik də olsa dəstək addımıdır.

"İş dünyası 100 ilin zirvəsi" layihəsi ilk dəfə 2023-cü ilin iyulunda İstanbulda baş tutdu. Azərbaycandan 70-ə yaxın sahibkar orada iştirak etdi. Ümumilikdə, 300-dən çox sahibkar foruma qatıldı. Azərbaycandan və Türkiyədən dövlət rəsmiləri iştirak etdi. Tədbir maraqlı panel müzakirələri və sərgi ilə başa çatdı. "İş dünyası 100 ilin zirvəsi" ikinci dəfə 2023-cü ilin noyabr ayında Ankarada oldu və sahibkarlar tərəfindən çox böyük maraqla qarşılandı. Ankarda keçirilən layihədə isə 30-dan azərbaycan şirkəti iştirak etdi. Yenə də 300-ə yaxın sahibkar foruma qatıldı.

Üçüncü dəfə isə "İş dünyası 100 ilin zirvəsi" 2024-cü ilin aprelində İzmirdə təşkil olundu. 20-dən çox azərbaycanlı sahibkar olmaqla, ümumilikdə 200-dən çox sahibkar foruma qatıldı. Əməkdaşlıqdan danışmışkən, fəxr hissi ilə nəzərinizə çatdırım ki, 2 və 3 may tarixində ölkəmizdə əlamətdar hadisə baş verəcək. Ölkəmiz "Türk Dövlətləri İqtisadi Forumu" na ev sahibliyi edəcək. Forum KOBSKA və Azərbaycan Françayzinq Asossasiyasının (AFA) birgə təşkilatçılığı ilə baş tutacaq.

Forum çərçivəsində dövlət qurumları və özəl sektor təmsilçiləri bizim əməkdaşlarımızdır. Türk Dövlətləri Təşkilatı forumun əsas rəsmi tərəfdaşıdır. Şübhəsiz ki, Türk Dövlətləri Təşkilatı ilə əməkdaşlıq etmək ciddi bir hadisədir. Forumda türk dövlətlərindən 100-dən qonaqlarımız olacaq. Ümumilikdə, forumda 300 nəfərdən çox iş dünyası təmsilçisinin iştirakçı nəzərdə tutulub.

Forumda “Türk dövlətləri arasında iqtisadi əməkdaşlıq, qlobal iqtisadiyyata təsiri və töhfəsi”, “Çin yoxsa Hindistan yolu?", Ələt Azad İqtisadi zonasının əhəmiyyəti”, “Türk qadını – Qadın sahibkarlığının inkişafı”, “Türkdilli ölkələrdə iqtisadi əməkdaşlıq – Brendləşmə, Françayzinq” başlıqlı panel müzakirələri keçiriləcək.

Hər bir paneldə müxtəlif dövlət qurumlarından yüksək vəzifəli şəxslər, investorlar, xarici ölkələrdən gəlmiş qonaqlar çıxış edəcək. Forumda açılış Türk Dövlətləri Təşkilatının rəhbərliyi tərəfindən aparılacaq və maraqlı, əhəmiyyətli bir proqram bizi gözləyir. Forumda şirkətlərin sərgisi də keçiriləcək.

- KOBSKA-nın Türkiyə ilə geniş əməkdaşlığını vurğuladınız. Başqa hansı türk dövlətləri ilə əməkdaşlıq edirsiniz?

- Ümumiyyətlə, "Türk Dövlətləri İqtisadi Forumu" layihəsini davamlı həyata keçirmək istəyirik, 2024-cü il Azərbaycanda, 2025-ci ildə Türkiyədə. Bu minvalla forumun digər türk dövlətlərində baş tutması planlaşdırılır. Ümumiyyətlə, KOBSKA olaraq bütün layihələrimizdə dayanıqlılıq və davamlılıq prinsipinə çox ciddi önəm veririk. Biz türk dövlətlərindən olan Özbəkistanla sıx əməkdaşlıq etməyə başlamışıq. Özbəkistanla əməkdaşlıq, iki ölkə arasında ticari dövriyyənin artırılması, genişləndirilməsi ölkə başçımızın çağırışlarından biridir. Biz də bu çağırışa uyğun olaraq kiçik addımlar ataraq dəstək olmağa çalışırıq.

Cari ilin fevral ayında Özbəkistana işgüzar səfərimiz baş tutdu. Həmin səfərdə şirkətlərimiz arasında görüşlər keçirildi və bu əməkdaşlıqlar inkişaf edən xətlə davam edir. Ümumiyyətlə, Özbəkistan bazarı azərbaycanlı sahibkarlar üçün çox diqqət mərkəzindədir. Orada çox yaxşı potensial var. Biz Özbəkistana gedən və oradan ölkəmizə gələn sahibkaralara diqqətlə yanaşırıq.

Ötən ilin dekabrda Azərbaycan-Özbəkistan ticarət evi açıldı. Bu evin açılmasında KOBSKA-da ciddi rol oynadı və tərəflərdən biri idi. Özbəkistan-Azərbaycan ticarət evi ilə birlikdə Özbəkistanla münasibətləri daha da inkişaf etdirəcəyik.

İl sonuna qədər Özbəkistana növbəti səfər planlaşdırılır. Bundan başqa digər ölkələrlə də danışıqlar aparırıq. Müxtəlif assosasiyalar ilə də əməkdaşlıq qururuq. İlin sonuna qədər türk dövlətləri ilə əməkdaşlıq beynəlxalq siyasətimizdə əsas prioritetlərimizdən biri olacaq. Ümumiyyətlə, türk dövlətləri və bu istiqamətdə atdığımız addımlar yenə də ölkə başçısı cənab prezident İlham Əliyevin çağırışına söykənir.

- Yaxın günlərdə KOBSKA ilə Şimali Kipr Türk Respublikasının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Ufuk Turganer arasında işgüzar görüş baş tutub. Bilmək istərdik ki, bu görüş iki ölkə arasında əməkdaşlığa səbəb ola bilərmi?

- Bəli, bu görüş işgüzar xarakter daşıyırdı. Şimali Kipr Türk Respublikasından sahibkarlarının "Türk Dövlətləri İqtisadi Forumu"nda iştirakını da müzakirə etdik. Həmçinin gələcəkdə, iki böyük layihəmiz olacaq.

Ufuk Turganerlə həmin layihələr haqqında, iki ölkə sahibkarlarının iştirakıyla bağlı birgə layihə müzakirələri apardıq.

- Gələcəkdə daha hansı layihələri icra edəcəksiniz?

- Mayın 24-25-də Dədə Qorqud parkında "Baku EduExpo" beynəlxalq təhsil sərgi-satış yarmarkası baş tutacaq. Fürsətdən istifadə edib, həm oxucuları, həm də şirkətləri həmin sərgidə fəal iştiraka dəvət edirəm. Sərgidə Türkiyədən sürpriz tanınmış professor qonağımız da olacaq. Bu sərgi ilk dəfə 2022-ci ilin sentyabrında baş tutub. Açılışda Elm və Təhsil naziri Emin Əmrullayev iştirak edib. Sərgidə 5000-dən çox ziyarətçi var idi. Bu il sərgini festival şəkilində həyata keçiririk.

31 may və 1 iyunda isə "Ifest"`adlı informasiya texnologiyaları və start ap-lara həsr olunmuş "Yaşıl Dünya Naminə" şüarı ilə festival təşkil olunacaq. Festival "Teknofest"in ölkəmizdəki kiçik versiyasıdır.

"Teknofest" çox əzəmətli bir layihədir. Düşünürəm ki, bu kiçik bir addımdır. Gələcəkdə biz də "Teknofest" qədər böyüməyi qarşımıza hədəf qoymuşuq. Oxucularımızı böyük məmnuniyyətlə festivala dəvət edirik.

Foto: Elnur Muxtar


Müəllif: Rəqsanə Həsənova
Seçilən
37
Mənbələr
Şərh ()
Bağla

Reytinq

“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
21173
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
19331
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
18273
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
17678
Çingiz Mustafayevin toyudur - FOTOLAR
16868
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
16674
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
16100
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
15523
4 ailə üzvünü öldürən polisin mesajları yayıldı - FOTO
11992
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
11268
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
9166
"Zaur, yenə çaşdın..." - VİDEO
8875
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
8344
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
8004
Elçin boşandığını etiraf etdi - FOTOLAR
7524
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
7162
Minimum əmək haqqı nə qədər arta bilər?
7091
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
6366
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
5768