AZ

Mədəniyyət naziri İordaniya şahzadəsi və Səudiyyə Ərəbistanından olan həmkarı ilə görüşüb

Mayın 1-də Bakı Konqres Mərkəzində “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu öz işinə başlayıb.

“Bakı Prosesi” çərçivəsində Azərbaycan hökumətinin təşkilatçılığı, UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı və ICESCO-nun tərəfdaşlığı ilə keçirilən Forumda 100-dən çox ölkəni təmsil edən 700 mötəbər qonaq iştirak edir.

Mədəniyyət naziri Adil Kərimli Forum çərçivəsində İordaniya şahzadəsi xanım Dana Firas və Səudiyyə Ərəbistanının mədəniyyət naziri – Təhsil, Mədəniyyət və Elm üzrə Milli Komitənin sədri Şahzadə Bədr bin Abdullah bin Fərhan ilə görüşüb.

“İki sahil” xəbər verir ki, nazirlikdən bildirilib ki, görüşdə Azərbaycan Respublikası ilə İordaniya Haşimilər Krallığı arasında müxtəlif sahələrdə yaxşı əlaqələrin qurulduğunu diqqətə çatdıran nazir mədəni əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş imkanların və hüquqi bazanın mövcud olduğunu deyib. Bildirib ki, 2019-cu ildə Azərbaycan Mədəniyyət Nazirliyi ilə İordaniya Mədəniyyət Nazirliyi arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb. 2010-cu ildə İordaniyada Azərbaycan Mədəniyyəti Günləri keçirilib. Ölkəmizdə təşkil edilən bir sıra beynəlxalq incəsənət layihələrində İordaniya da təmsil olunur.

Adil Kərimli deyib ki, Azərbaycan və Səudiyyə Ərəbistanı Krallığının rəhbərləri arasında mövcud olan səmimi dostluq münasibətləri əməkdaşlıq əlaqələrinin inkişafına da öz müsbət təsirini göstərir. Bildirilib ki, mədəni əlaqələrin daha da inkişaf etdirilməsi üçün geniş potensial var. Bu kontekstdə qarşılıqlı mədəniyyət günlərinin əhəmiyyəti qeyd edilib.

Söhbət zamanı şahzadə xanım Dana Firas və mədəniyyət naziri Bədr bin Abdullah bin Fərhan bu mötəbər tədbirdə iştiraklarından məmnunluqlarını bildiriblər. Qeyd olunub ki, Azərbaycan mədəniyyətlərarası dialoqa, həmçinin İslam həmrəyliyinə mühüm töhfələr verir, ikitərəfli və beynəlxalq təşkilatçılar çərçivəsində müsəlman ölkələri ilə əlaqələrini daha da dərinləşdirir.

Görüşdə bu il ölkəmizdə keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində iqlim dəyişiklikləri və mədəniyyət mövzusu üzrə də müzakirələrin təşkil edilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Seçilən
65
5
Mənbələr
Şərh ()
Bağla

Reytinq

“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
21185
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
19332
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
18273
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
17678
Çingiz Mustafayevin toyudur - FOTOLAR
16873
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
16689
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
16104
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
15524
4 ailə üzvünü öldürən polisin mesajları yayıldı - FOTO
11993
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
11269
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
9179
"Zaur, yenə çaşdın..." - VİDEO
8875
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
8345
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
8004
Elçin boşandığını etiraf etdi - FOTOLAR
7529
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
7170
Minimum əmək haqqı nə qədər arta bilər?
7094
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
6366
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
5772