AZ

Azərbaycan-Almaniya əlaqələrinin inkişafı hər iki ölkənin maraqlarına uyğundur

Almaniya Azərbaycanı Cənubi Qafqazda vacib tərəfdaş kimi qəbul edir, ölkəmizin regionda lider mövqeyini, həmçinin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyini və ərazi bütövlüyünü tam dəstəkləyir. Eyni zamanda bu ölkə Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rolunu təqdir edir.

Azərbaycan Almaniya şəhərləri ilə də əməkdaşlıq əlaqələrinin qurulmasına maraq göstərir. Belə ki, Bakı ilə Mayns, Sumqayıt ilə Lüdviqşafen şəhərləri "qardaşlaşıblar". Bütün bunları nəzərə alaraq əminlikdə demək olar ki, bu səfər zamanı keçiriləcək görüşlər, aparılacaq danışıqlar nəticəsində Azərbaycanla Almaniya arasında münasibətlər yeni inkişaf mərhələsinə qədəm qoyacaq, bir sıra sahələrdə əməkdaşlıq əlaqələrinin qurulması və genişləndirilməsi üçün əlverişli imkanlar yaranacaq.

Almaniya Avropa və dünya ölkələri arasında kifayət qədər siyasi nüfuza və güclü iqtisadiyyata sahib olan ölkələrdən biridir. Bu baxımdan Almaniya ilə iqtisadi, siyasi və mədəni əlaqələrin inkişafı həmişə Azərbaycanın maraq dairəsində olub. Azərbaycan isə Almaniya üçün neft-qaz ölkəsi kimi beynəlxalq layihələrdə mühüm tərəfdaşlardan biridir. XIX əsrdə bir sıra alman tayfaları Azərbaycan ərazisinə köçmüş, burada üzümçülüyün və şərabçılığın inkişafında mühüm rol oynayıblar. Hazırda da Azərbaycan dövləti və xalqı ölkəmizdə alman tarixi və mədəni irsinə böyük hörmətlə yanaşır, onun qorunub-saxlanılmasını təmin edir.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin 2030-cu ilədək “yaşıl artıma” nail olmağı hədəfləyən siyasətinin, 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsinin və ölkəmizin COP29 tədbirinə ev sahibliyinin “yaşıl enerji keçidi” prosesinə milli töhfələri daha da artıracağı qeyd edilib. Ölkəmizdə elektrik enerjisinin istehsal gücündə bərpa olunan enerjinin payının əhəmiyyətli artımını təmin edəcək külək və günəş enerjisi stansiyalarının inşası, bu güclərin enerji sisteminə inteqrasiyası, həmçinin Xəzər dənizindən Avropaya “yaşıl enerji”nin ixracı məqsədilə 4 ölkənin iştirakı ilə “Yaşıl Enerji Dəhlizi”nin yaradılması, azad edilmiş ərazilərin “yaşıl enerji zonası”na çevrilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verilib. Söhbət zamanı iqlim dəyişmələrinə qarşı mübarizədə enerji sektorunun rolu və qlobal öhdəliklərlə bağlı fikir mübadiləsi aparılıb.

”Prezident İlham Əliyev Almaniya-Azərbaycan əlaqələrinin inkişafının həm ölkələrimiz üçün, həm də bütövlükdə, Cənubi Qafqazın inkişafı və sabitliyi üçün çox böyük əhəmiyyət kəsb etdiyni bildirdi. Çünki Almaniyanın Avropanın inkişaf etmiş qüdrətli dövlətlərindən biri olduğu hamıya bəllidir. Bu baxımdan Azərbaycanın bu ölkə ilə əməkdaşlığı əhəmiyyətlidir. Dövlətimizin başçısı bu il Azərbaycanın COP29-a evsahibliyi edəcəyini də diqqətə çatdırdı. Dedi ki, COP29-a evsahibliyi etmək Azərbaycan üçün həm böyük şərəf, həm də məsuliyyətdir. Azərbaycanın yaşıl gündəliyi artıq dünyaya bəllidir. Prezident qeyd etdi ki, Avropaya yaşıl enerjini ixrac etmək üçün fəal çalışırıq və təbii qaz təchizatçısı olan Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı da olacaqdır. 

Aysel Sultanlı,
Bakı şəhəri, Xətai rayonu, Ayaz Məhərrəmov adına 95 saylı tam orta məktəbin direktor müavini,
YAP Xətai rayon təşkilatının üzvü

Seçilən
11
Mənbələr
Şərh ()
Bağla

Reytinq

“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
21038
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
19315
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
18256
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
17651
Çingiz Mustafayevin toyudur - FOTOLAR
16786
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
16590
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
16100
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
15491
4 ailə üzvünü öldürən polisin mesajları yayıldı - FOTO
11957
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
11259
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
9022
"Zaur, yenə çaşdın..." - VİDEO
8863
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
8279
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
7992
Elçin boşandığını etiraf etdi - FOTOLAR
7495
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
7146
Minimum əmək haqqı nə qədər arta bilər?
7082
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
6335
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
5754