AZ

Çində fəlakət - 19 ölü, 30 yaralı

Çində güclü yağışlar baş verib. Bunun nəticəsində avtomobil yolu çöküb. 

Yenisabah.az xəbər verir ki, hadisə Quanqdonq əyalətinin Meyçjou şəhərində  yaşanıb. 

Çin dövlət televiziyası bu barədə açıqlamasında Meizhou-Dabu magistralının 17,9 metrlik hissəsinin yerli vaxtla saat 02.10 radələrində çökməsi nəticəsində 18 avtomobilin yolda qaldığı bildirib: 

“Hadisə nəticəsində 19 nəfər həlak olub, 30 nəfər yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib, onların həyatı təhlükəsi yoxdur. Axtarış-xilasetmə işlərində 500-dən çox şəxsi heyət iştirak edib.” 

Şeyla Səmiyeva 


Telegram kanalımız
Seçilən
40
Mənbələr
Şərh ()
Bağla