AZ

Yaşar Nurinun ailəsi aktyorların davasına qarışdı - Görün nələr deyildi...

"İctimai TV"də yayımlanan "Alatava" serialı müzakirələrə səbəb oldu. Bir sıra narazılıqlardan sonra serialın ssenari müəlliflərindən olan aktyor Taleh Yüzbəyov tənqidlərə cavab verdi. O, "Alatava" serialını tənqid edən Xalq artistlərini tərbiyəsiz adlandırdı. 

Gənc aktyorun Xalq artistinə bu cür cavabı isə birmənalı qarşılanmadı. Bəziləri yaşlı sənətkara münasibətdə bu cür davranışın qəbuledilməz olduğunu bildirdi. 

Məsələ ilə bağlı Yenisabah.az-a mərhum Xalq artisti Yaşar Nurinin xanımı Rəhimə Nuriyeva danışıb. O, aktyorlar arasında bu cür intriqaların baş verməsinin yolverilməz olduğunu deyib: 

“Bu məsələdə hər iki tərəf aqressiv danışıb. Əgər Yaşar Nuri sağ olsaydı, bu məsələ tamamilə başqa cür yoluna qoyulardı. Əminəm ki, o, əvvəlcə sözügedən seriala baxardı, daha sonra gənclərlə bir araya gələrdi, oturub onlarla söhbət edərdi, söhbət əsnasında gördüyü problemləri onlara izah edərdi, deyərdi ki, filan şeyi dəyişdirsəniz, daha yaxşı olar. Bu mövzunu məntiqli əsaslarla yoluna qoyardı və hər şey bu söhbətlə bitə bilərdi. 

Amma bu cür aqressiv yanaşma ilə razı deyiləm. Həm sənətkar, həm də gənclər bir-birinə kifayət qədər sərt cavablar veriblər. Mən şəxsən bunu düzgün hesab etmirəm. Hər halda, məsələni başqa cür həll etmək olardı. Onlar bir-birini anlaya bilsəydilər, məsələ bu qədər böyüməzdi”. 

R.Nuriyeva qeyd edib ki, aktyorlar arasında davamlı intriqalarla mədəniyyət sahəsi inkişaf edə bilməz:

“Əminəm ki, Yaşar olsaydı, gəncləri başına yığıb söhbət edərdi və məsələ elə yerindəcə həll olunardı. Yoxsa o belə dedi, bu belə cavab verdi... Bu şəkildə, sərt ritorika ilə hər hansı məsələni həll etmək mümkünsüzdür. Nəzərə almaq lazımdır ki, cavanların da öz sanbalları var, onlar da adi aktyorlar deyillər, hər halda, adları çəkiləndə böyük əksəriyyət onları tanıyır, sevir və izləyir. Onlar  gələcəkləri parlaq aktyorlardır. Rasim Balayevin də özünə görə hörməti, sanbalı var, bütün ölkə onu tanıyır, hörmət edir. Ortada yaş fərqi də var, gərək bütün bunlar nəzərə alınaydı və bu cür söhbətlər olmazdı. 

Onlar bir araya gəlib, bir süfrə arxasında çox rahat şəkildə məsələni həll edə bilərdilər. Sənət adamlarının, gənc nəsillə, yaşlı nəslin bir-birini başa düşüb dəstək olması mədəniyyətin inkişafı üçün də çox yaxşıdır. Normal münasibətlə daha da irəli getmək olar, amma bu cür intriqalarla bir yerə varmaz olmaz. Bu, heç kimə lazım deyil

Həm də cavandılar, cavanlar hansısa yolu düz seçməyiblərsə, sanballı, yaşlı sənətkar onları çağırıb başa sala bilərdi”. 

Əsmətxanım Rzazadə 


Telegram kanalımız
Seçilən
36
4
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Bakıda hoteldə yanğın başlayıb
1251
Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
841
Bu yol qovşağında təmir işləri aparılacaq
540
Sabah 5 kəndin qazı kəsiləcək
523
AFFA "Karvan"a bu qədər cəza "yüklədi"
439
Bakıda 9 otaqlı evdə yanğın baş verib
407
Bakıda 84 yaşlı kişi bərbərxanada dünyasını dəyişib - Məhkəmə qərar verdi
342
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
292
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
290
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
270
"Qarabağ"ın Norveçdəki oyundan əvvəl son məşqi Bakıda olacaq
210
Çingiz Mustafayevin toyudur - FOTOLAR
189
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
183
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
177
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
177
Gözəllik salonunda işləyən qadınların başına görün taksidə nə iş gəldi: Biri öldü - VİDEO
147
Prezident İlham Əliyev Slovakiyanın Baş nazirinə sui-qəsdlə bağlı paylaşım edib
84
32 il əvvəl həyat yoldaşı tərəfindən tərk edilən Aybəniz Məsimova sosial müavinət ala bilmir - VİDEO
83
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
77
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
75