AZ

Sosioloqdan sərt REAKSİYA: “Universitetlərdə qızların geyimlərinə normalar qoyulsun”

“Bəzi qız tələbələrinin cəlbedici, açıq-saçıq geyimlərlə ali təhsil ocağına gəlməsinə qadağa qoyulmur, lakin oğlan tələbələrə saqqala qadağa qoyulur”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında ötən gün saqqalına görə universitetə girişinə qadağa qoyulan tələbələr haqda danışan sosioloq Elçin Bayramlı deyib.

Onun sözlərinə görə, saqqalın olması şəxsin nə özünə, nə təhsilə nə də başqalarına problem yaratmır.

“Oğlan tələbələrin saqqalına görə universitetə buraxılmaması məsələsinə bir tərəfdən baxsaq, ali təhsil müəssisəsinin öz davranış, geyim qaydaları, təlimatları və normaları ola bilər və buna riayət olunmalıdır. Digər tərəfdən, təbii-bioloji qanunlara baxsaq, kişilərdə üzündə tük olması ta qədimdən min illərlə mövcud olub və bunu kimsə təmizləməyə və ya qırxmaya bilər.

Saqqalın olması şəxsin nə özünə, nə təhsilə nə də başqalarına problem yaratmır. Bu səbəbə görə tələbəni ciddi şəkildə cəzalandırmaq, məhdudiyyət tətbiq etmək yolverilməzdir. Bu, insan hüquqlarına zidd addımdır. Əgər belə hallar varsa, əlbəttə, çox uzunluqda saqqal saxlamaqda düzgün olmaz. Düşünürəm ki, digər hallarda buna hər hansı müdaxilə edilməməlidir”, – deyə o bildirib.

Sosioloq əlavə edib ki, kişilərdə elementar, təbii-bioloji üz tükünə görə cəzalandırılması nə hüquqi, nə də mənəvi, sosioloji, psixoloji baxımından düzgün deyil:

“Bəzi təhsil müəssisələri tamamilə cızığından çıxmış məsələlərlə məşğul olsalar, daha yaxşı olar. Bu da bəzi qız tələbələrin geyim formasıdır. Bəzi qız tələbələrinin cəlbedici, açıq-saçıq geyimlərlə ali təhsil ocağına gəlməsinə qadağa qoyulmur, lakin oğlan tələbələrə saqqala qadağa qoyulur. Bəzi qız tələbələrin hər cür geyim formasında gəlməyə məhdudiyyət qoyulmaması, lakin kişilərdə elementar, təbii-bioloji üz tükünə görə cəzalandırılması nə hüquqi olaraq, nə də ki, mənəvi, sosioloji, psixoloji baxımından düzgün deyil. Yaxşı olar ki iş yerlərində, məktəblərdə, universitetlərdə bəzi qızların geyimlərinə konkret normalar qoyulsun. Əsas problemlər bir kənarda qalıb, lakin heç bir şeyə mane olmayan, min illərdir insanların bu formada normal yaşayış tərzi olan bir saqqal məsələsini şouya çevirmək yolverilməzdir”.

İsmayıl Bakuvi

Seçilən
32
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Bakıda hoteldə yanğın başlayıb
439
Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
278
Bu yol qovşağında təmir işləri aparılacaq
195
Bakıda 84 yaşlı kişi bərbərxanada dünyasını dəyişib - Məhkəmə qərar verdi
167
AFFA "Karvan"a bu qədər cəza "yüklədi"
136
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
118
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
100
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
89
Bakıda 9 otaqlı evdə yanğın baş verib
78
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
72
Prezident İlham Əliyev Slovakiyanın Baş nazirinə sui-qəsdlə bağlı paylaşım edib
68
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
67
"Qarabağ"ın Norveçdəki oyundan əvvəl son məşqi Bakıda olacaq
64
32 il əvvəl həyat yoldaşı tərəfindən tərk edilən Aybəniz Məsimova sosial müavinət ala bilmir - VİDEO
57
Çingiz Mustafayevin toyudur - FOTOLAR
56
Gözəllik salonunda işləyən qadınların başına görün taksidə nə iş gəldi: Biri öldü - VİDEO
55
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
37
Ожидается перезапуск франшизы «Бегущий в лабиринте»
31
Güllələnən baş nazirin dosyesindən sensasion detallar - katibəsindən HƏMAS-a qədər...
28
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
28