AZ

Avropada yeni mənbələrdən olan qaza təlabat artır

Dünya ölkələri ilə siyasi, iqtisadi əməkdaşlığı daim inkişaf etdirən  ölkə prezidenti İlham Əliyevin təqdirə layiq siyasətinin nəticəsidir ki, bu gün Azərbaycana maraq daha da artmaqdadır. Bu gün Avropa və digər ölkələr dünyada böyük iqtisadi ponetsiala malik ölkə kimi səciyyələndirilən Azərbaycana əməkdaşlığın genişləndirilməsi ehtiyacını yaşayır. Xüsusilə, Azərbaycan təbii qaz ehtiyatlarına olan marağın artması öz siyasəti ilə heyran duyduğumuz ölkə prezidentinin məruzə və çıxışlarında aydın ifadəsini tapmaqdadır. O öz çıxışlarında Azərbaycanın enerji strategiyasında neftlə yanaşı qaz yataqlarının da istismara verilməsinin mühüm yer tutmasını dəfələrlə qeyd etmişdir.

Rusiya-Ukrayna müharibəsinin başlandığı vaxtdan sonra çox ölkə qaz ixracının artırılması ilə bağlı Azərbaycana rəsmi müraciət etmişdir. Bu, Azərbaycan təbii qazına tələbatın artdığını göstərirdi. Bu baxımdan, qaz çatışmazlığı yaşayan Avropa İttifaqı ilə Azərbaycan arasında enerji ilə bağlı dialoqa start verilməsi, əlbəttə ki, prezidentin düşünülmüş siyasətində təqdirə layiq idi.

Yaradılan Cənub Qaz Dəhlizi- Cənubi Qafqaz qaz boru kəmərini genişləndirmək, Türkiyədə TANAP qaz kəmərinin tikintisi və Avropada TAP- qaz kəmərinin genişləndirilməsi üzrə olan layihə kimi Azərbaycanın dünya bazarlarına açılan bir qapı oldu. Dəhlizin 4 layihəsi- “Şahdəniz ”    “Cənub Qafqaz boru kəməri”  “TANAP”  “TAP ” – ın genişləndirilməsi ilə ölkə prezidentinin imzaladığı Sərəncamı- Cənub Qaz Dəhlizi formatında işə salınaraq Azərbaycan qazının Avropaya təchiz edilməsinə start verdi.

Cənub Qaz Dəhlizinin Avropa hissəsi olan TAP vasitəsilə hər il İtaliyaya səkkiz milyard kub metr, Yunanıstan və Bolqarıstanın hər birinə 1 milyard kub metr qaz nəql olunur. TAP vasitəsilə Avropaya gündəlik 28 milyon kub metrdən də çox qaz verilir. 2025-ci ilin sonrasında isə İtaliyaya əlavə olaraq 1 milyard kub metr, Albaniyaya isə 200 milyon kub metr “mavi yanacaq” ötürüləcəyi vurğulanmışdır. 19 milyard kub metrlik qaz ixracı gedən bu dəhliz nəinki Avropa ölkələrinin, həmçinin Asiya ölkələrinin də bu layihəyə qoşulmaq niyyətini özündə daşıdı.

Azərbaycanın “Şahdəniz” yatağı Avropanın mühim “mavi yanacaq” mənbəyi rolunu oynayırdısa, artıq “Abşeron” kimi zəngin qaz yatağının da resursları ölkəmizin ixrac gücünə əlavə güc qatır. Bununla yanaşı, cari ilin sonunadək “Azəri-Çıraq-Günəşli” yataqları blokunda “Dərin qaz” adlandırılan layihə çərçivəsində də ilk qaz əldə olunacaq. Bu il isə “Abşeron” yatağında illik hesabatın həcmi 5 milyard kub metrə çatdırılmalıdır. Həmçinin “Şəfəq” “Asiman” “Ümid” yataqlarının da potensialı olduqca qiymətləndirilir.

Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlıq haqqında memorandumun imzalanması mərasımındə Prezident İlham Əliyev bu ixracın gələcəkdə 2 dəfə artıracağını qeyd edərək Azərbaycanın qaz ehtiyatının 2, 6 milyon kubmetr olduğunu bildirmişdir.

İndi ölkəmizin qaz təchizatının coğrafiyası xeyli genişləndirilməkdədir. Azərbaycan 8 ölkəyə qaz nəql edir ki, onlardan 6-sı Avropa ölkəsidir. Beləliklə, bizim ölkənin müəllifi olduğu Cənub Qaz Dəhlizi layihəsi region ölkələrin və Avropanın enerji təhlükəsizliyinə töhfə vermək üçün hədəflənərək çox mühüm əhəmiyyət kəsb etdi və bununla da Avropanın enerji xəritəsini yenidən formalaşdırır. Bunun üçün Azərbaycan xalqı öz liderinin xarici siyasətinin əhəmiyyətini qiymətləndirir, ona hər zaman olduğu kimi güvənməkdədir.

Güntəkin Tağıyeva,
Bakı şəhəri, Xətai rayon 59 № li tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi,
YAP Xətai rayon təşkilatının üzvü

Seçilən
102
Mənbələr
Şərh ()
Bağla

Reytinq

“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
22047
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
19483
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
18374
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
17842
Çingiz Mustafayevin toyudur - FOTOLAR
17417
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
17269
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
16285
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
15693
4 ailə üzvünü öldürən polisin mesajları yayıldı - FOTO
12203
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
11335
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
10003
"Zaur, yenə çaşdın..." - VİDEO
8922
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
8808
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
8107
Elçin boşandığını etiraf etdi - FOTOLAR
7691
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
7342
Minimum əmək haqqı nə qədər arta bilər?
7135
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
6533
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
5865