AZ

Ölkədə “yaşıl iqtisadiyyat”ın inkişafı ilə bağlı mövcud olan potensialın reallaşdırılması istiqamətindəislahatlar aparılır - Nazir

Bakı. Trend:

Hazırda Azərbaycanın sosial-iqtisadi islahatlara əsaslananinkişaf konsepsiyasında davamlı inkişafın bir komponenti olanyaşıl iqtisadiyyata keçid mühüm yer tutur. Azərbaycanın 2030-cuilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindənbiri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyənedilmişdir. Həmin prioritetə uyğun olaraq, ətraf mühitinsağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, suehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəliistifadənin təmin edilməsi istiqamətində işlər aparılır.

Trend-in məlumatına görə, bunu ekologiya və təbii sərvətlərnaziri Muxtar Babayev Bakıda keçirilən VI ÜmumdünyaMədəniyyətlərarası Dialoq Forumu çərçivəsində “Yaşıl gələcəyədavamlı yol: COP29 və sonrakı dövr üçün birgə fəaliyyət” mövzusundapanel müzakirələri zaman deyib.

O qeyd edib ki, son illər ölkədə “yaşıl iqtisadiyyat”ın inkişafıilə bağlı mövcud olan potensialın reallaşdırılması istiqamətindəqanunvericilik sahəsində müasir dövrün tələblərinə uyğun olaraq,islahatlar aparılır, dekarbonizasiya, yaşıl investisiyaların cəlbi,“yaşıl maliyyələşdirmə” təşəbbüslərinin dəstəklənməsiistiqamətlərində mühüm addımlar atılır.

“Ekoloji problemlərdən biri olan qlobal iqlim dəyişmələridayanıqlı inkişafın nəinki ekoloji, həm də iqtisadi və sosialaspektlərinə ciddi təsir göstərir. Beynəlxalq ictimaiyyətinetibarlı və məsuliyyətli üzvü kimi ölkəmiz iqlim dəyişmələri iləbağlı qlobal məsələlərin həllinə böyük önəm verir və bu istiqamətdəəməli işlər görür. Bu gün Azərbaycan dünyanın prioritet qəbuletdiyi “yaşıl keçid” platformasının da əsasiştirakçılarındandır.
İqlim dəyişikliyinin fəsadlarının qarşısının alınması vəyumşaldılması böyük ölçüdə bəynəlxalq dialoqdan və əməkdaşlıqdanasılıdır. Heç bir ölkə iqlim dəyişikliyi kimi universal məsələlərinhəllinə tək başına nail ola bilməz. Tərəflər arasında səmərəli vəeffektiv əlaqələrin və əməkdaşlığın qurulmasını təmin edənmədəniyyətlərarası dialoq iqlim dəyişikliyi ilə bağlı qlobalgündəliyin həyata keçirilməsi, ortaq sosial və ekoloji dəyərlərinqorunmasında da vacib rol oynayır.

Təmiz texnologiyalar dünya enerji sistemində getdikcə daha böyükrol oynayır. Yeni qlobal çağırışların yarandığı indiki mərhələdəenerji transformasiyası Azərbaycanın da gündəliyində dayanan vacibməsələlər sırasındadır. Son zamanlar həyata keçirilmiş layihələrhesabına enerji səmərəliliyi və alternativ enerji mənbələrindənistifadə göstəriciləri yüksəlir. Karbohidrogen resursları iləzəngin olan respublikamızda elektrik enerjisi istehsalında bərpaolunan enerji mənbələri və yaşıl enerjinin xüsusi çəkisininartırılması hədəflənib. Bu hədəf özəl sektor və investorlarüçün uzunmüddətli baxışı təmin edir və yeni layihələrininkişafına təkan verir.

Ətraf mühitə buraxılan emissiyaların udulması və sağlam ekolojimühitin yaradılması məqsədilə ölkədə meşə və yaşıllıq əraziləriningenişləndirilməsi üçün kütləvi şəkildə ağacəkmə, meşə əkinləri vəaqrobağların salınması işləri həyata keçirilir”, - deyə o əlavəedib.

Qeyd edək ki, Bakıda VI Ümumdünya Mədəniyyətlərarası DialoqForumu öz işinə başlayıb.

“Sülh və Qlobal Təhlükəsizlik Naminə Dialoq: Əməkdaşlıq vəQarşılıqlı Əlaqələr” mövzusunda keçirilən forumda dünyanın müxtəlifölkələrindən ümumilikdə 700 qonaq iştirak edir.

100-dən çox ölkəni təmsil edən iştirakçılar arasında nazirlərləyanaşı, 60-a yaxın ölkənin mədəniyyət nazirliklərinin, 28beynəlxalq təşkilatın nümayəndələri var. Forum çərçivəsində onpanel müzakirə və dörd plenar sessiyanın keçirilməsi nəzərdətutulur.

Azərbaycan Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçiriləntədbir beynəlxalq təşkilatlar, o cümlədən, Birləşmiş MillətlərTəşkilatının Sivilizasiyalar Alyansı (UNAOC), UNESCO, İSESCO vəBMT-nin Ümumdünya Turizm Təşkilatının tərəfdaşlığı iləkeçirilir.

Tədbir 1-3 may tarixlərini əhatə edəcək.

Seçilən
46
Mənbələr
Şərh ()
Bağla

Reytinq

“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
20949
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
19298
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
18241
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
17629
Çingiz Mustafayevin toyudur - FOTOLAR
16706
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
16498
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
16090
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
15451
4 ailə üzvünü öldürən polisin mesajları yayıldı - FOTO
11933
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
11255
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
8866
"Zaur, yenə çaşdın..." - VİDEO
8853
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
8154
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
7988
Elçin boşandığını etiraf etdi - FOTOLAR
7486
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
7136
Minimum əmək haqqı nə qədər arta bilər?
7070
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
6316
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
5735