AZ

Azərbaycanda kluba super şərait yaradıldı, görənlər mat qaldı - VİDEO

Bu gün bazalaşmaq klublarımızın ən böyük arzularından biridir.

Premyer Liqada 10 iştirakçı var və onların bir neçəsi hələ də belə bir imkandan, belə bir şəraitdən məhrumdur.

«Kəpəz», «Turan Tovuz», «Araz-Naxçıvan» və başqalarını misal çəkə bilərik. Hansılar ki, mövcud problemin tam həllini gözləyirlər.

I Liqa təmsilçilərinin ümumi vəziyyəti daha ağlamalıdır. Əslində, aşağı dəstədə yarışan komandaların əksəriyyəti həvəskar səviyyədə fəaliyyət göstərir.

Bəzi partiyalar kimidirlər: bir sədrdən və bir portfeldən ibarətdilər. Nə bazaları var, nə stadionları, nə də infrastruktur adına nəsə başqa bir şey.

«Araz Saatlı» belə bir dəmdə irəli düşəyi baxarıb. Debüt ilində çox zəif çıxış etmələrinə rəğmən.

Hazırda 10 xalla turnir cədvəlinin son pilləsində qərarlaşan Aran komandası gözəl bir lütflə qarşılaşıb. Saatlıdan olan xeyirxah insan Mircavan Kazımov «Araz»ı baza ilə təmin edib.

Uzun illər hüquq-mühafizə orqanlarında çalışmış, rayonda kifayət qədər hörmət qazanmış M.Kazımov Ağarəhimli kəndində yerləşən şəxsi villasını əvvəlcə otelə çevirib, indi isə futbolçuların ixtiyarına verib.

Dörd ulduzlu «Hunter» bir neçə hektarlıq ərazisiylə bərabər kollektivin istifadəsindədir. İkimərtəbəli binada yerləşən futbolçular burada gündə 3 dəfə qidayla təmin edilir.

Şəraitə söz ola bilməz, görənlərin ağzı açıq qalır, gözü dörd olur. Bir kəlmə ilə şərait lyuksdur!

Futbola sevgisi ilə tanınan Kazımov bazaya çevirdiyi otelin ərazisində hazırda geniş meydança tikdirir. Yaşıl sahə bir müddət sonra hazır vəziyyətə gətiriləcək.

Həmçinin burada oyunçuların ailə üzvləri ilə yaşaması üçün koteclərin inşası planlaşdırılıb. O da yayın sonundək istifadəyə veriləcək.

Əlqərəz, bura gələn deyir, bir də gəlim, görüm, amma getməyim.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
46
sportinfo.az

1Mənbələr

Şərh ()
Bağla