AZ

“Yuventus” Ronaldo ilə bağlı məhkəmə qərarından şikayət edəcək

“Yuventus” apreldə keçmiş hücumçusu, portuqal ulduz Kristiano Ronaldonun xeyrinə çıxarılmış məhkəmə qərarından şikayət etmək niyyətindədir.

Arena.az “Tuttomercatoweb” dərgisinə istinadən məlumat verir.

Bu qərara əsasən, İtaliya klubu keçmiş hücumçusu Kristiano Ronaldoya koronavirus pandemiyası səbəbindən ödəmədiyi 9,8 milyon avro məbləğində maaşı ödəməyə mükəlləf edilib.

Turin təmsilçisinin belə bir məhkəmə qərarı ilə razılaşmadığı vurğulanır, amma hazırda apellyasiya şikayəti vermək niyyətinin dəqiq vaxtı məlum deyil.

“Qoca sinyora”nın Ronaldoya borcu var. Belə ki, 2020-ci il koronavirus pandemiyası zamanı Turin klubu portuqal ulduzla və bir neçə klub oyunçusu ilə onların maaşlarının bir hissəsini sonra ödəyəcəyinə dair müqavilə bağlayıb.

Xatırladaq ki, Kristiano Ronaldo 2018-2021-ci illərdə “Yuventus”da çıxış edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
46
arena.az

1Mənbələr

Şərh ()
Bağla