AZ

Pərakəndə satış yerlərində tütün məmulatlarının görünüşü tam qadağan edilməlidir -Tofiq Musayev

Elekton siqaretlərin yayılması son illər müşahidə edilən bir tendensiyadır. Dünyanın bir sıra ölkələrində tütünçəkməyə qarşı rəsmi səviyyədə sərt tədbirlər görülür. Bu tədbirlər əhalinin xüsusən də passiv siqaretçəkmədən xilas olunmasına yönəldilib. Azərbaycanda da tütünçəkmənin məhdudlaşdırılması istiqamətində qanunvericiliyin təkmilləşdirilməsi əhalinin sağlamlığının qorunması, sağlam həyat tərzinin təbliği, uşaqların, yeniyetmələrin və gənclərin sağlam böyüməsi və inkişafı, zərərli vərdişlərə aludəçiliyin profilaktikası məqsədini daşıyır.

Bu fikirləri “İki sahil”ə açıqlamasında Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin İctimai sağlamlıq şöbəsinin müdiri Tofiq Musayev bildirdi.

Yetkinlik yaşına çatmayan şəxslərin tütündən istifadəsinə icazə verilmir

Şöbə müdiri qeyd etdi ki, “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının Qanununun 6-cı Maddəsinin (Tütündən istifadənin nəticələrindən qorunma sahəsində fiziki və hüquqi şəxslərin hüquq və vəzifələri) 6.2.2-ci bəndində uşaqlarda və gənclərdə tütün istifadəsinə mənfi münasibət formalaşmasının, habelə onların tütün istifadəsi prosesinə cəlb edilməsinin yolverilməzliyinin qeydinə qalmaq qeyd olunub. Həmin Qanunun 13-cü Maddəsi yetkinlik yaşına çatmayanlara tütün məmulatlarının satışının və onların tütündən istifadə etməsinin qadağan edir, o cümlədən 13.1.-ci bəndə görə yetkinlik yaşına çatmayanlara tütün məmulatlarının satışı və ya satış məqsədi olmadan verilməsi, habelə onların tütündən istifadə prosesinə cəlb edilməsi qadağandır; 13.2.-ci bəndə görə tütün məmulatlarının buraxılmasını bilavasitə həyata keçirən şəxs (satıcı) tütün məhsulunu istifadə edən şəxsin (alıcının) yetkinlik yaşına çatmasına şübhə etdikdə satıcı alıcıdan onun şəxsiyyətini təsdiq edən və yaşını müəyyən etməyə imkan verən sənəd tələb edir; 13.3.-cü bəndə görə alıcının yetkinlik yaşına çatmasına şübhə olduqda, onun şəxsiyyətini təsdiq edən və yaşını müəyyən etməyə imkan verən sənəd təqdim edilmirsə, satıcı tütün məmulatını alıcıya satmaqdan imtina edir; 13.4.-cü bəndə görə yetkinlik yaşına çatmayan şəxslərin tütündən istifadəsinə icazə verilmir.

Uşaq və yeniyetmələri tütün məmulatlarının dolayı reklamı, sponsorluğu və satışın stimullaşdırılmasından qorumaq olduqca vacibdir

Tofiq Musayev qeyd etdi ki, Azərbaycan Respublikasinin İnzibati Xətalar Məcəlləsinin 212.3.-cü maddəsinə görə yetkinlik yaşına çatmayanlara tütün məmulatı almaqla, verməklə, tütün məmulatından istifadəni təklif və ya tələb etmək yolu ilə onların tütündən istifadə prosesinə cəlb edilməsi - yüz manat məbləğində cərimə edilir; 455.2.-ci maddəsinə görə etil (yeyinti) spirti, alkoqollu içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə - yüz manat məbləğində cərimə edilir. “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsində uşaqların zərərli informasiyadan qorunması sahəsində əsas prinsiplərdən biri kimi uşaqların tütün məmulatlarının təbliğinin yolverilməzliyi qeyd edilib. Həmçinin “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanununun 5.7.1-ci maddəsi ilə 18 yaşınadək gənclərin mənəvi-əxlaqi tərbiyəsinin təmin edilməsi və sağlam gəncliyin formalaşdırılması məqsədi ilə onlara tütün məmulatlarının, spirtli və energetik içkilərin satışına yol verilmir. “Tütün və tütün məmulatı haqqında” Qanunun 15.5.-ci maddəsinə görə tədris, tərbiyə, səhiyyə, sağlamlıq və mədəniyyət obyektlərində, habelə uşaq və yeniyetmələr üçün malların satışı yerlərində tütün məmulatının ticarətinə yol verilmir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsi ilə uşağın həyatı və sağlamlığının mühafizəsi hüququ tütün məmulatlarının uşaqlara satılması qadağandır.

Uşaq və yeniyetmələri tütün məmulatlarının dolayı reklamı, sponsorluğu və satışın stimullaşdırılmasından qorumaq olduqca vacibdir. Gənc nəsli marketlərdəki tütün məmulatları yerləşən rəflərin həvəsləndirici təsirindən qorumaq üçün pərakəndə satış yerlərində tütün məmulatlarının görünüşü tam qadağan edilməlidir. Həmçinin tütün məmulatlarının hər bir qutusunda şəkilli xəbərdarlıqların əks olunması da əhəmiyyətlidir.

Yaqut Ağaşahqızı “İki sahil”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
32
ikisahil.az

1Mənbələr

Şərh ()
Bağla