AZ

Nazir: Böyük şərəf hissi ilə COP29-a ev sahibliyi edəcəyik

Böyük şərəf hissi ilə COP29-a ev sahibliyi edəcəyik.

APA xəbər verir ki, bunu mədəniyyət naziri Adil Kərimli VI Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində “Müxtəliflik harmoniyası: qlobal mədəni intibah naminə mədəniyyətlərarası dialoqun təşviqi” sırasında nazirlərin V görüşündə çıxışı zamanı deyib.

“Ümid edirik ki, bu forum ilkin təmas rolunu oynayacaq. Biz bəşəriyyətin ümumi gələcəyi üçün müsbət tendensiyaların formalaşdırılmasına çalışırıq. Dini sahədə olan dəyərlərin qorunması buna nümunədir”, - əlavə edib.

Adil Kərimli qeyd edib ki, Azərbaycanda mədəni müxtəliflik hər zaman ciddi formada qorunub.

“Mədəni və dini fərqlər ortaya çıxdığı zaman bu mövzuda dövlət olaraq ümid çırağı olmağa çalışırıq. Biz müharibələr görmüşük, pandemiya, xəstəliklər və sair. Amma bu gün dünyada yeni növ hədələr var. Terror, iqlim dəyişmələri və digər bu kimi amillər hazırda dünyada birlik və dialoqa çağırış üçün növbəti məsələlərdir”, - o bildirib.

Nazir deyib ki, Azərbaycanın özünün dövlət sərhədlərini 30 illik işğaldan sonra bərpa edib və mədəniyyət vasitəsilə münasibətləri yenidən bərpa etmək niyyətindədir.

Adil Kərimli yekunda "mədəni irsimizi qorumalı və dünyada mümkün qədər təbliğ etməliyik" fikrini ifadə edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
58
1
apa.az

4Mənbələr

Şərh ()
Bağla