AZ

Bakı və İrəvan Zəngəzur dəhlizi məsələsində uzlaşır? – “Ermənistan bunu yerinə yetirməlidir”

“Zəngəzur dəhlizi, prinsip etibarilə, Ermənistanın Azərbaycan və Rusiya ilə birgə imzaladığı üçtərəfli bəyanatda yer alan öhdəliyidir ki, İrəvan bunu yerinə yetirməlidir”.

Bu sözləri Yenicag.az-a Ədalət, Hüquq və Demokratiya Partiyasının (ƏHDP) sədr müavini, politoloq Elçin Mirzəbəyli deyib.

O, 2020-ci il müharibəsindən sonra üçtərəfli bəyanatda yer alan Zəngəzur dəhlizi ilə bağlı müddəanın həyata keçirilməsi məsələsindən söz açıb.

ƏHDP funksionerinin sözlərinə görə, bu məsələnin sülh müqaviləsinə birbaşa aidiyyəti yoxdur, lakin bu prosesin sülh müqaviləsi imzalanana qədər həyata keçirilməsi ona görə zəruridir ki, müharibənin dayandırılmasının əsas səbəblərindən biri də Ermənistanın bu öhdəlikləri üzərinə götürməsidir:
“İkinci – növbəti mərhələyə adlamaq üçün Ermənistan mütləq bu istiqamətdə addımlar atmalıdır. Eyni zamanda, delimitasiya prosesinin də sülh müqaviləsinə birbaşa aidiyyəti yoxdur. Çünki bu proses uzun illər boyu davam edə bilər və zaman aparan bir prosesdir. Həmçinin sülh müqaviləsinin özündə də bütün faktorların nəzərdə tutulacağını düşünmürəm. Ona görə ki, sülh müqaviləsi bir qayda olaraq çərçivə sazişi xarakteri daşıyır ki, orada da yalnız prinsipial müddəalar – dövlətlərin qarşılıqlı ərazi bütövlüyü və s. bu kimi məsələlər yer alır”.

E.Mirzəbəyli qeyd edib ki, sülh müqaviləsinə qədər Ermənistanın görəcəyi işlər çoxdur ki, bu da təkcə Zəngəzur dəhlizi ilə məhdudlaşmır.
“Eyni zamanda, Ermənistanın Müstəqillik Bəyannaməsində yer alan və Ermənistan Konstitusiyasında istinad olunan Azərbaycan torpaqlarının ilhaqını nəzərdə tutan müddəaların sənədlərdən çıxarılması, habelə Ermənistandakı Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alan hüquqi-normativ aktlara yenidən baxılması İrəvan üçün prioritet məsələ olmalıdır. Ermənistan, ən azı, bu gün mümkün olanları etməlidir və Zəngəzur dəhlizi də bunun bir hissəsidir. Yəni Zəngəzur dəhlizi üçün referendum keçirilməsinə ehtiyac yoxdur”, – deyə o bildirib.

Siyasi təhlilçi hesab edir ki, eyni zamanda, hüquqi-normativ aktlardan Azərbaycana qarşı olan ərazi iddialarının çıxarılması üçün də referendum keçirməyə ehtiyac yoxdur:

“Çünki bunlar Ermənistanın Milli Təhlükəsizlik Konsepsiyası və hərbi doktrinadan çıxarıla bilər. Məsələn, həmin doktrinada özünü buraxmış qondarma “Artsax”ın təhlükəsizliyinə təminat haqqında müddəalar hələ də var ki, bunların çıxarılması baş nazir Nikol Paşinyanın müvafiq sərəncamı ilə mümkündür. Yaxud parlament səviyyəsində Müstəqillik Bəyannaməsinə Konstitusiya aktı olmadığı üçün ona əlavə və dəyişikliklər edilə bilər. Qısacası, Paşinyan və Ermənistan bu istiqamətdə sülh müqaviləsinə qədər asan və bir o qədər də güc tələb etməyən addımları ata bilər. Bu həm də Ermənistanın sülhə hazır olduğunu və onu istədiyini nümayiş etdirən bir faktor kimi dəyərləndirilir və yekun müqavilənin imzalanmasını yaxınlaşdırır”.

Qeyd edək ki, bir sıra analitiklərin iddiasına görə, tərəflər arasında sərhəd dirəklərinin basdırılması, o cümlədən demarkasiya işlərinin başlanması yekun sazişin imzalanmasına qədər Bakı və İrəvanın Zəngəzur dəhlizi ilə bağlı məsələdə uzlaşacağı anlamına gəlir.

Rafi Müslümov

Seçilən
27
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Bakıda hoteldə yanğın başlayıb
314
Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
221
Bakıda 84 yaşlı kişi bərbərxanada dünyasını dəyişib - Məhkəmə qərar verdi
157
Bu yol qovşağında təmir işləri aparılacaq
153
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
86
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
79
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
69
Prezident İlham Əliyev Slovakiyanın Baş nazirinə sui-qəsdlə bağlı paylaşım edib
66
AFFA "Karvan"a bu qədər cəza "yüklədi"
64
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
61
32 il əvvəl həyat yoldaşı tərəfindən tərk edilən Aybəniz Məsimova sosial müavinət ala bilmir - VİDEO
57
Bakıda 9 otaqlı evdə yanğın baş verib
57
Gözəllik salonunda işləyən qadınların başına görün taksidə nə iş gəldi: Biri öldü - VİDEO
51
Çingiz Mustafayevin toyudur - FOTOLAR
51
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
46
Ожидается перезапуск франшизы «Бегущий в лабиринте»
29
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
29
Güllələnən baş nazirin dosyesindən sensasion detallar - katibəsindən HƏMAS-a qədər...
27
Kirayə evə görə vergini kim ödəməlidir?
27
Rusiya XİN: Rusiya sərhədçilərinin çıxarılması Ermənistan tərəfinin xahişi ilə müzakirə olunub
26