AZ

Azərbaycanlı milyarderin sərvəti 2 milyard dollar artıb

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

Azərbaycanlı milyader Vahid Ələkbərovun sərvəti artıb.

Banco.az xəbər verir ki, “Lukoyl”un ortaq sahibi 2024-cü ilin əvvəlindən bəri 2,78 milyard dollar artaraq 27,4 milyard dollara çatıb.

“Bloomberg Milyarderlər İndeksi”nin məlumatına görə, Vahid Ələkbərov Rusiyada sərvətini ən çox artıran 2-ci milyaderdir. 

Qeyd edək ki, bu yaxınlarda  “Forbes”in siyahısında  “Lukoyl”un Vahid Ələkbərov ilk pilləyə başçılıq edib.  O, il ərzində beş pillə yüksələrək qlobal reytinqdə 59-cu yerə çıxıb. 

Sonrakı yerləri isə 27,4 milyard dollar (illik +5,8 milyard dollar) kapitalı ilə “Novatek PJSC”nin İdarə Heyətinin sədri Leonid Mixelson   “NLMK”nın ortağı Vladimir Lisin tamamlayır.

Ən sərfəli kredit üçün müraciət et

Seçilən
29
Mənbələr
Şərh ()
Bağla